Məhkəmə qərarları › İş №3(006)-724/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-724/2021

14.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-724/2021 14.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 Şikayət vermiş şəxs: X2 iştirakları ilə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin sahə rəisi tərəfindən qəbul edilmiş 12.12.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X5 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, hazırki iş üzrə 11.12.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilən zaman orada göstərilən vaxtda və ünvanda olmamış, protokola heç bir qeyd verməmiş, onu imzalamamışdır. O, 11.12.2020-ci il tarixdə saat 09:30-19:00-a kimi “Əhmədli” qəsəbəsində yerləşən “Bravo” hipermarketdə olan “Miniso Co” adlı mağazada iş yerində olmuş, protokolda göstərilən metronun “20 Yanvar” stansiyasının qarşısında isə ümumiyyətlə olmamışdır. Buna görə də barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş şikayətçi X5 şikayətdə göstərilənlərə uyğun izahat verərək bildirmişdir ki, 11.12.2020-ci il tarixdə onun barəsində belə bir araşdırmanın aparılmasından xəbərsiz olmuş, bu barədə yalnız Nizami rayon İcra şöbəsi tərəfindən ona məlumat verildikdə öyrənmişdir ki, barəsində 12.12.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar mövcuddur. İnzibati xəta haqqında protokoldakı onun adından aparılmış qeydlər və çəkilmiş imzalar ona məxsus deyil. Məhkəmə iclasında iştirak etmiş qərarından şikayət verilən 19-cu polis şöbəsinin nümayəndəsi X3 izahat verərək göstərmişdir ki, Covid-19 infeksiyası ilə əlaqədar tətbiq olunmuş karantin qaydalarının tələblərinə əməl edilməsinə riayət olunması üzrə polis əməkdaşları tərəfindən mütəmadi olaraq tədbirlər keçirilir, qanun pozuntularına yol verən şəxslər barəsində müvafiq tədbirlər görülür. Bununla bağlı 11.12.2020-ci il tarixdə xidməti ərazi hesab olunan metronun “20 Yanvar” stansiyasının ətrafında növbəti belə tədbirlər keçirilən zaman bir çox insanların, o cümlədən X2 tibbi maskadan istifadə etmədiyi halları müəyyən edilmiş və onlar barəsində o və digər iş yoldaşları tərəfindən inzibati xəta haqqında protokollar tərtib olunaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi üzrə qərarlar qəbul edilmişdir. Tərtib edilmiş protokollar barəsində icraat aparılan şəxslərə təqdim edilmiş, onlar tərəfindən imzalanmışdır. X2 şikayətində göstərilənlər əsassızdır. İş materiallarında olan: - Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin sahə rəisi tərəfindən qəbul edilmiş 12.12.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X1 rayonu ərazisində qaydalarının tələblərini pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi üzrə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 18 may 2021-ci il tarixli, 4/423 saylı rəyinə əsasən ekspertizaya təqdim edilmiş, işin 19-20-ci vərəqlərində olan 11 fevral 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun üz tərəfində “izahatında bildirdi ki” qrafasında “Aax məkand düzgün istifadə etmədim” yazıları və həmin yazıların qarşısındakı imza, protokolun arxa tərəfində “İmzalar” qrafalarında “2.” və “1” rəqəmlərin qarşısındakı “O.E.Əhmədli” yazıları önündəki imzalar və “O.E.Əhmədli” yazıları, həmin protokolun sonunda “İmza” qrafasındakı imza və “O.E.Əhmədli” yazıları – X5 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən:  bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir (5.2-ci maddə);  inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (48-ci maddəsi);  inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir (6.2-ci maddə);  inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun (61.3-cü maddə);  inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə);  hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: işin baxılması onun səlahiyyətinə aiddirmi; işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; işin icraatını rədd edən hallar mövcuddurmu; mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; iş üzrə vəsatətlər və etiraz etmə vardırmı (106.0-cı maddə). Göründüyü kimi, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsi tərəfindən hazırki inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə riayət olunmamış, işin bütün halları tədqiq edilmədən, zəruri araşdırma aparılmadan, barəsində icraat aparılan şəxsin iştirakı təmin olunmadan və şəxsin təqsirliliyinə dair hər hansı təkzibedilməz dəlil olmadan işə baxılaraq inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin sahə rəisi tərəfindən qəbul edilmiş 12.12.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin sahə rəisi tərəfindən qəbul edilmiş 12.12.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar