Məhkəmə qərarları › İş №3(006)-728/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-728/2020

12.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-728/2020 12.06.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə, «xxxxxxxxxxxxxxxx» x3 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi 4-cü Ərazi Dövlət x6 səlahiyyətli şəxsi tərəfindən qəbul edilən 10 fevral 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 25 fevral 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: «xxxxxxxxxxxxxxxx» x3 nümayəndəsi Röyal İsayev şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək 10 fevral 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 25 fevral 2020-ci il tarixli, MN ******* saylı qərarın əsassız və qanunsuz olduğundan ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 4-cü ərazi DYNİ-nin rəisi x4 tərəfindən qəbul olunmuş MN № ******* saylı 25.02.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla “xxxxxxxxxxxxxxxx” MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 350 (üç yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. MN № ******* saylı 25.02.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarda 07.02.2020-ci il tarixdə Sabunçu rayonu, Maştağa-Zabrat yolu 27-ci sahədə yerləşən “Araz” supermarketdə planlı YTM keçirilən zaman YTQ № 01-2001 6.1 bəndinin tələblərinin pozulduğunun müəyyən edildiyi qeyd edilmişdir. “xxxxxxxxxxxxxxxx” MMC-nin barəsində səlahiyyəti olmayan vəzifəli şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qəbul edilmiş qərarı qanunsuz və əsassız hesab etdiklərindən məhkəməyə müraciət etməyi məqsədə müvafiq hesab etmişdir. Yoxlama zamanı “xxxxxxxxxxxxxxxx” MMC-də yanğın təhlükəsizi qaydalarına tam şəkildə əməl olunmuş, heç bir pozuntu halı mövcud olmamışdır. Qeyd edilir ki, əgər yoxlama zamanı pozuntu halı, yəni yanğın təhlükəsizliyi qaydalarına əməl olunmaması ilə bağlı hər hansı bir hal olduğu aşkar olunmuş olsaydı yoxlama aparan mütəxəssis tərəfindən dərhal inzibati xəta haqqında protokol tərtib olunardı. Qanunvericiliyin tələbinə əsasən, inzibati xəta haqqında protokol inzibati xətanı törədilməsi faktı aşkar edildikdən dərhal sonra, işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda isə iki gün müddətində tərtib edilir. MN № ******* saylı 25.02.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın verilməsinə səbəb olan MN №0530511 saylı inzibati xəta haqqında protokol qanunvericiliklə müəyyən olunmuş prosessual müddət ötürülməklə tərtib olunmuşdur. Belə ki, yuxarıda adı çəkilən inzibat xəta haqqında protokoldan da görünür ki, 07.02.2020-ci il tarixdə aparılmış yoxlama zamanı guya, inzibati xətanın törədilməsi faktı aşkar olunmuşdur. Lakin inzibati xəta haqqında protokol qanunvericiliklə müəyyən olunmuş müddət ərzində deyil, yalnız protokolda göstərilmiş inzibati xətanın törədilməsinin aşkar edilməsindən 4 gün sonra, yəni 10.02.2020-ci il tarixdə tərtib olunmuşdur. xxxxxxxxxxxxxxxx” MMC hüquqi şəxs olduğundan onun barəsində inzibati tənbehi yalnız hakim tətbiq edə bilər. Bu müddəa qanunvericiliyin birmənalı tələbidir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair”Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2019-cu il tarixli qərarında da bu məsələ aydın şəkildə öz əksini tapmışdır. Belə ki, həmin qərarda qeyd edilmişdir ki, inzibati məsuliyyətə cəlb edilməsi mümkün sayılan subyektlərin dairəsi isə İnzibati Xətalar Məcəlləsinin 16, 17 və 18-ci maddələrində göstərilmişdir. Bu subyektlərə fiziki, vəzifəli, habelə hüquqi şəxslər aid edilir. Burada nəzərə alınmalıdır ki, həmin Məcəllənin 18.5-ci maddəsində hüquqi şəxs barəsində inzibati tənbehin yalnız hakim tərəfindən tətbiq edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. Göründüyü kimi qanunvericiliyin hüquqi., şəxsin barəsində inzibati tənbeh tətbiq edə bilən subyekt barəsində mövqeyi qətidir. Hazırki məqamda 4-cü ərazi DYNİ-nin rəisi x1 olmadan hüquqi şəxs olan xxxxxxxxxxxxxxxx” MMC barəsində inzibati tənbeh tətbiq etməsi qanunvericiliyin kobud şəkildə pozulmasıdır ki, bu da qərarın qanuni olması müddəasına cavab vermir. Yuxarıda qeyd olunan hallar qanunvericiliyin tələblərinə əməl olunmadığının göstəricisidir. Qanunvericiliyin müddəalarının və “xxxxxxxxxxxxxxxx” MMCnin hüquqlarının kobud səkildə pozulması ilə qanunsuz və əsassız olaraq tərtib olunan inzibati xəta haqqında protokol və inzibati tenbeh vermə haqqında qərar ləğv edilməli və inzibati is üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir.Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi 4-cü Ərazi Dövlət x6 səlahiyyətli şəxsi tərəfindən qəbul edilən 10 fevral 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 25 fevral 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxxxxxxxxxxxxxx” x5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsi barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası İXM-in 64.3-cü maddəsinə əsasən hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İstinad olunmuş hüquq normasının tələbinə əsasən məhkəmə işə hüquqi şəxs “xxxxxxxxxxxxxxxx” x3 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 10 fevral 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, «xxxxxxxxxxxxxxxx» x3 barəsində Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarına əlavə edilmiş 25 fevral 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki,«xxxxxxxxxxxxxxxx» Məhdud MəsuliyyətliCəmiyyəti Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 350 (üç yüz əlli) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinin tələbinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 18.6-cı maddəsinin tələbinə əsasən səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, 10 fevral 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol «xxxxxxxxxxxxxxxx» x3 barəsində səlahiyyətli şəxs tərəfindən tərtib edilsə də, baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilməli olduğu halda göndərilməmiş və bu iş materiallarında olan sənədlərlə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, səlahiyyətli orqan tərəfindən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edilməmiş, subyektiv hüquq pozuntusuna yol verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məhkəmə hesab edir ki, Fövqəladə Hallar Nazirliyi 4-cü Ərazi Dövlət x6 səlahiyyətli şəxsi tərəfindən «xxxxxxxxxxxxxxxx» x3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair qərar qəbul edilərkən qanunvericiliyin yuxarıda qeyd edilən tələbləri pozulduğuna görə «xxxxxxxxxxxxxxxx» x3 nümayəndəsi İsayev Röyal Abdulla oğlu tərəfindən verilmiş şikayət qismən təmin edilməli, MMC barəsində qəbul edilmiş MN ******* saylı, 25 fevral 2020-ci il tarixli qərar ləğv edilməli və «xxxxxxxxxxxxxxxx» x3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair materiallar tam və hərtərəfli araşdırılması üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi 4-cü Ərazi Dövlət x8 göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələrinin tələblərinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. «xxxxxxxxxxxxxxxx» x3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi 4-cü Ərazi Dövlət x6 səlahiyyətli şəxsi tərəfindən qəbul edilən MN ******* saylı, 25 fevral 2020-ci il tarixliqərar ləğv edilsin. «xxxxxxxxxxxxxxxx» x3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair materiallar yenidən baxılması üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi 4-cü Ərazi Dövlət x8 göndərilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar