Məhkəmə qərarları › İş №3(006)-7283/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-7283/2025

22.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-7283/2025 22.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının nümayəndəsi X3 iştirakı ilə, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 12 noyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı tərəfindən 30 yanvar 2025-ci il tarixdən 12 fevral 2025-ci il tarixədək əmək müqaviləsi və ya mülki müqavilə hüquqi qüvvəyə minmədən X10 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının nümayəndəsi X9 məhkəmə iclasında yazılı etiraz təqdim edib ona uyğun izahatında bildirmişdir ki, Müdafiə Nazirliyinin Tibb İdarəsinin tabeliyində fəaliyyət göstərən (Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası, Müdafiə Nazirliyinin Mərkəzi Stomotoioji Poliklinikası, Müdafiə Nazirliyinin İstirahət evi, Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5, Müdafiə Nazirliyinin Sanitar X2, Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivi, N nömrəli hərbi hissə, N nömrəli hərbi hissə və N nömrəli hərbi hissə) müəssisələrin maliyyə təmanatı, mərkəzləşdirilmiş formada Müdafiə Nazirliyinin Baş X1 Maliyyə Təminatı şöbəsi tərəfindən həyata keçirildiyindən, hospitalda aylıq maliyyə hesabatları, qeyd olunan qurumların rəisləri tərəfindən möhürlə təsdiq olunaraq Baş Klinik Hospitalına təqdim olunmuş mülki işçilərin tabel cədvəli əsasında həyata keçirilir. Həmçinin, Müdafiə Nazirliyinin Baş X1 Maliyyə Təminatı şöbəsinin əməkdaşlarının, Müdafiə Nazirliyinin Tibb İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisə rəhbərləri tərəfindən əmək müqavilələrinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi kimi hallarının elektron informasiya sistemində olub olmamasını yoxlamaq kimi səlahiyyətləri yoxdur. Bu ancaq hər ayın sonu maliyyə hesabatları zamanı, qeyd olunan qurumlardan təqdim olunan tabel cədvəlinə əlavə olunmuş (müəssisə rəisi tərəfindən möhürlə təsdiq olunmuş) işə qəbul və ya işdən azad olunmasına dair əmrdən çıxarışlar əsasında həyata keçirilir. Göründüyü kimi, Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin mülki işçilərinin 01 yanvar 2025-ci il tarixdən 31 yanvar 2025-ci il tarixədək tərtib edilmiş tabel cədvəli, Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin rəisi mayor Ruhin Tağıyevin, 01 fevral 2025-ci il tarixdən 28 fevral 2025-ci il tarixədək tərtib edilmiş tabel cədvəli isə, Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin rəisi vəzifəsini müvəqqəti icra edən mayor İlqar Baxşəliyev tərəfindən möhürlə təsdiq edilərək Müdafiə Nazirliyinin Baş X1 Maliyyə Təminatı şöbəsinə təqdim olunmuşdur. Qeyd edir ki, hansısa dövlət qurumundan sorğu əsasında hər hansı bir sənəd tələb olunarsa, təbii ki, qeyd olunan sorğuya cavab həmin dövlət qurumunun rəhbərinin adı, soyadı və imzası ilə icra olunur. Lakin, qeyd olunan fakt üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsində aparılan araşdırma zamanı, idarənin əməkdaşları vətəndaş X6 Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına heç bir aidiyyətinin olmadığını biləbilə, sonuncu ilə Baş Klinik Hospitalı arasında hansısa əlaqəni yaratmaq üçün vətəndaş Ə.A.Əliyevanın ancaq maliyyə hesabatları ilə bağlı Baş Klinik Hospitalına aid sənədlərini işə əlavə etməklə, guya ki, həmin şəxsin hospitalın əməkdaşı olması sübut edilmiş və bununla da işlərinin yekunlaşmasını hesab edərək, əsassız şəkildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin əmək müfəttişi Aysel Hüseynova, 12 noyabr 2025-ci il tarixdə MN2408414 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci və 49-cu maddələrinin tələblərinin pozularaq X6 Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivində xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək əmək müqaviləsinin hüquqi qüvvəyə minmədən “xadimə” vəzifəsi üzrə işlərin yerinə yetirilməsinə cəlb edildiyinin müəyyən olunmasını və bununla da, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının (VÖEN **********, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə 3) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətatın törədildiyini qeyd etmişdir. Bununla da, müəyyən olunmuşdur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin əmək müfəttişi Aysel Hüseynovanın, 12 noyabr 2025-ci il tarixdə tərtib etdiyi MN2408414 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, əmək müfəttişi A.Hüseynova qeyd olunan fakt üzrə aparılan araşdırma zamanı Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına aid olmayan işçisinin, elə çalışdığı digər qurumda əmək hüqüqlarının pozulmasını aşkar etmiş, lakin protokolda məlum olmayan səbəblərdən əsassız olaraq Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətatın törədildiyini qeyd etmişdir. Bundan başqa, vətəndaş X10 ilə işə götürən (Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivi) arasında bağlanmış əmək müqaviləsinin 1.1-ci bəndində həmin qurumun rəisi X4 adı qeyd olunmaqla, həmin sətirdə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının adı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ********** nömrəsidə qeyd olunmuşdur. Lakin, bu kimi qeyd vətəndaş X8 Nazirliyinin Baş Klinik Hospitalının işçisi olmağına əsas vermir, sadəcə Müdafiə Nazirliyinin Tibb İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrin maliyyə təmanatı, mərkəzləşdirilmiş formada Müdafiə Nazirliyinin Baş X1 Maliyyə Təminatı şöbəsi tərəfindən həyata keçirildiyindən, VÖEN ********** və Baş Klinik Hospitalın adı orada göstərilir. Belə ki, vətəndaş X10 ilə işə götürən (Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivi) arasında bağlanmış əmək müqaviləsinin 1.2-ci bəndindən də görünür ki, vətəndaş Ə.A.Əliyeva xx.xx.2025-ci il tarixdə Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin xadiməçisi vəzifəsinə işə qəbul edilir. Eləcə də, həmin əmək müqaviləsinin 11-ci bəndində vətəndaş Ə.A.Əiiyevanın hansı qurum tərəfindən işə götürülməsi qeyd olunmuşdur və bununla bağlı toplanmış sənədlər həmin ərəfələrdə Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivindən materiala əlavə olunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilmişdir. Əlavə olaraq onu bildirir ki, vətəndaş X10 ilə işə götürən (Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivi) arasında bağlanmış əmək müqaviləsinin 2.1-ci bəndində qeyd olunanlarla (əmək müqaviləsi müddətsiz bağlanmışdır), Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin rəisinin 30 yanvar 2025-ci il tarixli 11 nömrəli əmri (3 ay sınaq müddəti ilə işə qəbul edilsin) arasında olan ziddiyətin Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına heç bir aidiyyəti yoxdur. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci və 49-cu maddələrinin tələblərinin pozulması faktının Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına aidiyyəti olmadığını və eləcə də, vətəndaş Əminə Əliyevanın əmək hüquqlarının Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında pozulmadığını nəzərə alaraq, Əmək və Əhalinin Sosial Qeyd edilənlərə əsasən Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materillarında olan əmək müqaviləsindən görünür ki, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı ilə X10 arasında 13 fevral 2025-ci il tarixdən müddətsiz əmək müqaviləsi bağlanmışdır. İş materillarında olan Müdafiə Nazirliyinin Tibb İdarəsi tərəfindən təsdiq olunmuş 2025-ci ilin yanvar və fevral ayında iş günlərinin tabelindən görünür ki, X6 iş günləri tarixində 30 yanvar 2025-ci il tarixdən 12 fevral 2025-ci il tarixədək müddət vəzifəsini yerinə yetirdiyi iş günü olaraq qeyd edilmişdir. Məhkəmə, inzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edir ki, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7.2-ci maddəsinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 73-cü maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Məhkəmə hesab edir ki, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı ilə X10 arasında əmək müqaviləsi bağlanılsa da, iş üzrə digər sənədlərdən sonuncunun Müdafiə Nazirliyinin Tibb İdarəsində əmək fəaliyyətini həyata keçirdiyi məlum olmuşdur. Lakin inzibati araşdırma orqanı tərəfindən yalnış olaraq Müdafiə Nazirliyinin Baş Klinik Hospitalını Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi əsası ilə inzibati məsuliyyətə cəlb etmişdir. Beləliklə, hüquqi şəxsin inzibati xəta törətməsinə dair sübutlar kifayət etmir, yaranmış zidiyyətli məqamlar onun xeyrinə həll edilməlidir. Yuxarıda qeyd edilmiş vəziyyətdə hüquqi şəxsin inzibati xəta törətməsi sübut olunmur. Beləliklə məhkəmə hesab edir ki, aydınlıq gətirilməmiş qeyd edilən ziddiyyətli məqamlarla şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Yaranmış şübhələr və ziddiyyətlər hər bir halda İXM-in 8-ci maddəsinə əsasən şəxsin xeyrinə həll edilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı ilə X10 arasında əmək müqaviləsi bağlanılsa da, sonuncunun Müdafiə Nazirliyinin Tibb İdarəsində əmək fəaliyyətini həyata keçirməsi inzibati xətanı törətmiş hüquqi şəxsin subyekt olaraq düzgün müəyyən edilməsini, yəni Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının inizabti məsuliyyətə cəlb edilməsini istisna edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İstinad edilən Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında materialda olan sübutlarla Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar