Məhkəmə qərarları › İş №3(006)-730/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-730/2024

04.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-730/2024 04.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iştirakı ilə, X1 xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X2 şikayət ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati protokol əsasında çıxarılmış eyni tarixli TP ******* inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, etibarnamə əsasında idarə etdiyi “Toyota Camry” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsi ilə metronun «Memar Əcəmi» stansiyası istiqamətində hərəkət edərkən, «Cavadxan», «20 yanvar» və «Hüseyn Seyidzadə» küçələrinin kəsişməsindəki dairəyə daxil olub, dairədən çıxıb Cavadxan küçəsi ilə hərəkətini davam etdirmək istəyərkən yol patrul xidmətinin əməkdaşı tərəfindən saxlanılıb, döngə işığını yandırmadığım bildirilərək İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı İXP5972151 nömrəli elektron protokol tərtib edilmiş, həmin protokol üzrə qərar qəbul edilərək 40 manat cərimə edilmişdir. İnzibati xətanın törədildiyi yer kimi Bakı şəhəri, 20 yanvar 208 ünvanı göstərilmişdir. Halbuki yol patrul xidmətinin əməkdaşı onu 20 yanvar küçəsində deyil, Cavadxan küçəsində, ərizəsinə əlavə etdiyi sxemdəki «B» nöqtəsində saxlamışdır. Hətta həmin vaxt dairədə yol nəqliyyat hadisəsi baş vermişdir, YPX əməkdaşlarından biri də hadisə yerində idi. YPX əməkdaşı protokolun planşetlə elektron qaydada tərtib edildiyini bildirə bilər, lakin bunun barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmış şəxs kimi onun əhəmiyyəti yoxdur, çünki nəticə etibarı ilə protokol düzgün tərtib edilməmişdir və bu hal onun barəsində inzibati xəta haqqında iş üzrə icraata obyektiv baxılmasına maneçilik törədir. Bundan başqa, ümumiyyətlə hər hansı inzibati xəta törətməmiş, protokolda əks hərəkətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasının pozulduğu əks olunmuşdur. Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi ilə metronun «Memar Əcəmi» stansiyası istiqamətində hərəkət edərkən, «Cavadxan», «20 yanvar» və «Hüseyn Seyidzadə» küçələrinin kəsişməsindəki dairəyə daxil olub, sağdan, 20 yanvar küçəsindən gələn avtomobilləri buraxıb, dairədən çıxıb Cavadxan küçəsi ilə hərəkətini davam etdirmək istəyərkən yol patrul xidmətinin əməkdaşı tərəfindən saxlanılmışdır. Beləliklə də, dairə nəzərə alınmadıqda o faktiki olaraq Cavadxan küçəsi ilə düz, heç bir istiqamətə dönmədən hərəkət etmişdir. Digər tərəfdən o dairəyə daxil olarkən bu məqamda xarici işıq siqnalı yandırmalı olmağından təbii ki, söhbət gedə bilməz, sonra isə dairədə, ərizəyə əlavə etdiyi «A» nöqtəsində gözləyib 20 yanvar küçəsindən gələn avtomobilləri buraxdıqdan sonra Cavadxan küçəsi ilə hərəkət edəcəyini bildirmək üçün xarici işıq siqnalından istifadə etməli deyil. Çünki həmin məqamda sağ işığı yandırsa, digər nəqliyyat vasitələri 20 yanvar küçəsinə, sol işığı yandırdıqda isə Hüseyn Seyidzadə küçəsinə dönəcəyini zənn edəcəkdilər ki, bu da səhv olmaqla yanaşı digər nəqliyyat vasitələrinin hərəkətinə çətinlilk yaradacaqdı. O, Cavadxan küçəsi istiqamətində hərəkət etdiyindən heç bir işıqdan istifadə etməməli olduğunu bildirdi. Həmin hissədə yol bir qədər maili olsa da, nəticə etibarı ilə eyni küçənin davamıdır və eyni yol ilə hərəkət edərkən yolun istiqaməti sağa və ya sola mailləndikcə hərəkətin dönmə kimi qiymətləndirilməsi və xarici işıq siqnallarından istifadə edilməsinin tələb olunması yol verilməzdir. Qeyd edilənlərə əsasən, barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 izahat verərək şikayətin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq şikayətçi X2 məhkəmə iclasına gəlməmişdir. O, xx.xx.2024-cü il tarixdə məhkəməyə teleqramla müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını, şikayətdə göstərdiklərini təsdiq edərək protokol və qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının X1 iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə protokol və xx.xx.2024-cü il tarixli TP ******* saylı qərardan görünür ki, X2 xx.xx.2024-cü il tarixində saat 12:02-də Bakı şəhəri, 20 Yanvar, 208 ünvanında “Toyota Camry” minik markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə riayət edilməməsi səbəbindən İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, iş üzrə sübutların şəxsin təqsirinin sübuta yetirilməsində kifayətedici olmamasına dair qeyd edir ki, iş materiallarında inzibati tənbeh vermə haqqında qərardan başqa heç bir sənəd mövcud deyil. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı, iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Hazırki halda, şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi hər hansı sübutla təsdiq olunmur. Həmçinin, inzibati orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilərək sübutları təqdim etməsi təklif edilmiş, inzibati orqan tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, iş üzrə tədqiq edilmiş sənədlər məhkəmədə işə baxılarkən X2 tərəfindən qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Çünki, X2 həmin inzibati xətaya aidiyyəti olmadığını göstərmişdir. Habelə iş üzrə aşkar edilmiş inzibati xətanın məhz X2 tərəfindən törədilməsinə dəlalət edə biləcək hər hansı sübut və əsas göstərilmədən X2 barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və onun əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. İş üzrə tədqiq edilmiş hallar məhkəmədə X1 inzibati xətanın subyekti olmasına şübhə yaradır. İnzibati xətalara dair qanunvericiliyin tələbinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr isə onun xeyrinə həll edilir. Məhkəmə sadalanan xüsusatlara əsasən qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. İnzibati Xətalar Məcəlləsinin prinsiplərinə dair normalar xətada təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı qərarda həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxsin) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X1 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək sonuncunun hüquqlarını pozmuşdur. Eyni zamanda məhkəmə iclasında araşdırılan sübutlarla X1 Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması öz təsdiqini tapmadığından o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də Bakı şəhər X4 İdarəsi tərəfindən qəbul edilmiş edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-in 53.2-ci maddəsinin tələbinə görə şəxsin inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 şikayəti təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhər X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar