Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-732/2021 19.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, şikayətçi X1 iştirakları ilə, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, xx xxxxxxx 2020-ci il tarixdə tərtib edilmiş inzibati xəta haqqında EQ ******* saylı protokol (qərar) ona şəxsən təqdim edilsə də qərarı xx xxxxxx 2021-ci il tarixdə öz təşəbbüsü ilə rəsmi qaydada özü gedib almışdır. Protokolun məzmunundan görünür ki, ona sahiblik etdiyi Volkswagen Passatminik markalı, **-XN-*** qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2020-ci il tarixdə, saat 08:29 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının 52-ci maddəsinin tələblərini pozmuş və buna görə ona barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi ilə 40 manat cərimə tətbiq edilmişdir. Belə ki, o, həqiqətəndə heç bir qayda pozmamış və onun barəsində əsassız protokol tərtib edilmişdir. Həmçinin bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə tərtib edilmiş inzibati xəta haqqında EQ ******* saylı protokol (qərar) ona şəxsən təqdim edilsə də, qərar xx xxxxxx 2021-ci il tarixdə öz təşəbbüsü ilə rəsmi qaydada özü gedib alımışdır. Bu barədə protokolun (qərarın) üzərində vəzifəli şəxs qeyd aparmamış və imzalamamışdır. Mülkiyyətçisi olduğu avtomaşın onun yeganə qazanc yeridir, ailəlidir, ailəsini və övladlarını saxlamaq üçün arada taksi fəaliyyəti məşğul olub onların ehtiyacların bir təhər ödəməyə çalışır. Göstərilənləri nəzərə alaraq barəsində qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi O.A.Əhmədov şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmiş və əlavə olaraq xx xxxxxxx 2020-ci il tarixdə avtomobilini ümumi istifadədə olan dayanacaqda saxladığını və həmin dayanacağın 10 ildir ki istifadə olunmadığını bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, şikayətçi Azərbaycan Respublikası DİN BDYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatlarına və digər sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, O.A.Əhmədov xx xxxxxxx 2020-ci il tarixdə, saat 08:29-da ünvan 1 B ünvanında “Volkswagen Passat” minik markalı, **-XN-*** qeydiyyat nişanlı avtomobilini ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmış və buna görə barəsində Azərbaycan Respublikasının İXM-nin 346.2-ci maddəsi ilə təqsirli bilinərək 40 (qırx) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Bakı Nəqliyyat Agentliyi tərəfindən O.A.Əhmədova ünvanlanmış xx xxxxxx 2021-ci il tarixli məktubun surətindən görünür ki, onun Hüseyn Seyidzadə 35 ünvanında yerləşən avtobus dayanacaq məntəqəsinin ərazisində barənizdə tətbiq edilmiş inzibati tənbeh vermə haqqında qərar ilə əlaqədar ünvanladığı müraciətə baxılmış və bildirilmişdir ki, perspektiv planlaşdırmanı nəzərə alaraq hazırda agentlik tərəfindən istifadəsiz olan avtobus dayanacaqlarının fəaliyyətini bərpa etmək üçün marşrut xətlərinin optimallaşdırılması istiqamətində işlər aparılır. Görülən işlər çərçivəsində Hüseyn Seyidzadə 35 ünvanında yerləşən avtobus dayanacaq məntəqəsinin bərpa edilməsi və həmin ərazidə yaşayan sakinlərin ictimai nəqliyyat ilə təmin edilməsi planlaşdırılır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər BPİnin DYPİ tərəfindən O.A.Əhmədova ünvanlanmış xx xxxxxx 2021-ci il tarixli məktubun surətindən görünür ki, xx xxxxxxx 2020-ci il tarixdə idarə etdikləri “Volkswagen Passat” minik markalı, **-XN-*** qeydiyyat nişanlı avtomobilini paytaxtın H.Seyidzadə küçəsində ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında saxlamaqla dayanma qaydalarını pozması həmin ərazidə xidmət edən YPX əməkdaşı tərəfindən aşkar edildiyindən barəsində Azərbaycan Respublikasının İXM-nin 346.2-ci maddəsinə əsasən qanunvericiliyin tələblərinə uyğun inzibati xəta haqqında iş üzrə elektron qərar tərtib olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, O.A.Əhmədov xx xxxxxxx 2020-ci il tarixdə, saat 08:29-da ünvan 1 B ünvanında “Volkswagen Passat” minik markalı, **-XN-*** qeydiyyat nişanlı avtomobilini ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş həmin tarixdə, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək sonuncu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. Göstərilənlərə əsasən məhkəm hesab edir ki, O.A.Əhmədov dayanacağın istifadə olunmamasını bildiyi halda həmin dayanacaqda avtomobilini saxlamış və Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən əsaslı olaraq barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitəvə ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 346.2-ci maddəsinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə - qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il, EQ ******* saylı qərarı qanuni və əsaslı olduğundan O.A.Əhmədovun verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il, EQ ******* saylı qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-732/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-732/2021
19.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver