Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-735/2019 25.04.2019 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Hakim Pənahov Babək Əkbər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndəsi Əli-zadə Şamil Çingiz oğlunun iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 101, mənzil 14, qanuni təmsilçisi: X2, VÖEN: **********)barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokola görə Şəxs MMC 9.472,50 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 270 gündən artıq müddətin keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclasında Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndəsi Əli-zadə Şamil Çingiz oğlu izahatında göstərdi ki, "xxxx" ASC tərəfindən Palataya bir sıra müştərilərin xarici valyutada olan vəsaitlərini bank hesablarından müvafiq rekvizitlər üzrə köçürməklə malların idxal edilmədiyi, xidmətlərin göstərilmədiyi və ya qabaqcadan ödənilmiş vəsaitin geri göndərilmədiyi nəzərə alınmaqla qabaqcadan ödəniş əməliyyatlarına dair sənədlər təqdim olunmuşdur. Həmin sənədlərdə adı qeyd edilmiş Şəxs MMC barəsində müvafiq araşdırma aparılmış və nəticədə xx.xx.2018-cı il tarixdə cəmiyyətin 9.472,50 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən bankda olan hesabından Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürdüyü və 270 gündən artıq müddətin keçməsinə baxmayaraq həmin vəsait müqabilində müvafiq malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etmədiyi, avans yolu ilə ödənilmiş valyuta vəsaitini xaricdən geri qaytarmadığı müəyyən edilmişdir. Bu səbəbdən MMC barəsində müvafiq qaydada inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq barəsində icraat aparılan hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin lazımi qaydada məlumatlandırılması üçün görülmüş tədbirlərə baxmayaraq, Şəxs MMC-yə göndərilmiş bildiriş “köçüb” qeydi ilə geri qaytarılmış, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndəsi isə məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Eyni zamanda müəyyən olunur ki, hazırki işə ilkin olaraq Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılarkən məhkəmə prosesində Şəxs MMC-nin nümayəndəsi məhkəmədə iştirak etmiş və şirkətin hüquqi ünvanının ünvan 2 baxılması üçün aidiyyəti üzrə göndərilməsini xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Təqdim edilmiş materiallardan görünür ki: - "xxxx" ASC tərəfindən Maliyyə Bazarlarına Nəzarət Palatasına göndərilmiş məktubda Şəxs MMC-nin ödənişin aparıldığı gündən 270 gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin təqdim edilməməsi göstərilmişdir; - Bu məktuba əlavə edilmiş köçürmə haqqında sənəddən aydın olur ki, Şəxs MMC tərəfindən Türkiyədə yerləşən “Turan Engineering and Elektronics Company” şirkətinin hesabına xx.xx.2018-ci il tarixli, 25/2018 saylı müqavilə üzrə xx.xx.2018-ci il tarixli, 21401030 saylı invoysla bağlı xx.xx.2018-ci il tarixdə 9.472,50 ABŞ dolları məbləğində pul göndərilmişdir. Beləliklə müəyyən edilir ki, Şəxs MMC 9.472,50 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti xx.xx.2018-ci il tarixdə bank vasitəsilə Azərbaycan Respublikasından kənara köçürmüş və bunun müqabilində həmin vəsait hesabına alınan 4.078,19 ABŞ dolları məbləğində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Azərbaycan Respublikası Mərkəzi X4 xx.xx.2016-cı il tarixli, 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 270 (iki yüz yetmiş) gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 2 (iki) iş günü ərzində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati xətanın obyekti olmuş valyuta vəsaitinin dəyəri həcmində cərimə tənbeh növü tətbiq olunmalı və qurum tərəfindən həmin cərimə inzibati xətanın törədildiyi günün (xx.xx.2019-cu il) məzənnəsi üzrə Azərbaycan manatı ilə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizi – 1.894 (min səkkiz yüz doxsan dörd) ABŞ dolları 50 (əlli) sent, milli məzənnə ilə 3.220 (üç min iki yüz iyirmi) manat 65 (altmış beş) qəpik məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov İş № 3(006)-735/2019 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU 25 aprel 2019-cu il Bakı şəhəri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Hakim Pənahov Babək Əkbər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallaraaçıq məhkəmə iclasında baxılır. Sədrlik edən məhkəmə iclasını saat 16:30-da açır və baxılacaq işi elan edir. Sədrlik edən tərəflərin gəlib-gəlməməsi barədə məlumat vermək üçün məhkəmə iclasının katibinə söz verir. Məhkəmə iclasının katibi məruzə edərək bildirir ki, məhkəmə iclasına inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndəsi gəlmiş, məhkəmə iclasının vaxtı və yeri barədə barəsində icraat aparılan hüquqi şəxs Şəxs MMC-yə göndərilmiş bildiriş “köçüb” qeydi ilə geri qaytarılmışdır. Sədrlik edən inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsinin şəxsiyyətini müəyyən edir və səlahiyyətini yoxlayır. İnzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi: Əli-zadə Şamil Çingiz oğlu – xx.xx.1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasında işləyən, Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi, ev 37, mənzil 08-də qeydiyyatda olan Sədrlik edən məhkəmə tərkibini elan edir və kimin məhkəmə iclasının katibi qismində iştirak etdiyini bildirir: - Hakim – Pənahov Babək Əkbər oğlu; - Məhkəmə iclasının katibi – X3. İnzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsinə sədrlik edənə və katibə etiraz etmək hüququ izah olunur. Etiraz daxil olmadı. Sədrlik edən edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsə hüquq və vəzifələrini elan edir. İnzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi: Hüquq və vəzifələrim mənə aydındır. Sədrlik edən barəsində icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan iclasın davam etdirilməsi barədə proses iştirakçısının fikrini öyrənir. İnzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi: Hörmətli hakim! İş materiallarından aydın olur ki, hazırki işə ilkin olaraq Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılarkən məhkəmə prosesində Şəxs MMC-nin nümayəndəsi məhkəmədə iştirak etmiş və şirkətin hüquqi ünvanının ünvan 2 baxılması üçün aidiyyəti üzrə göndərilməsini xahiş etmişdir. Deməli şirkət onlara ünvanlanan məktubları alır. Lakin hal-hazırda ora göndərilmiş bildirişin “köçüb” qeydi ilə geri qaytarılması başa düşülən deyil. Yəgin hansısa başqa məqsəd güdülür. Xahiş edirəm işə baxılsın. Sədrlik edən proses iştirakçısından hər hansı vəsatətin olub-olmamasını soruşur. Vəsatət daxil olmadı. Sədrlik edən inzibati xəta haqqında protokolu elan edir. Sədrlik edən izahat vermək üçün sözü inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsinə verir. İnzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsinin izahatı: "xxxx" ASC tərəfindən Palataya bir sıra müştərilərin xarici valyutada olan vəsaitlərini bank hesablarından müvafiq rekvizitlər üzrə köçürməklə malların idxal edilmədiyi, xidmətlərin göstərilmədiyi və ya qabaqcadan ödənilmiş vəsaitin geri göndərilmədiyi nəzərə alınmaqla qabaqcadan ödəniş əməliyyatlarına dair sənədlər təqdim olunmuşdur. Həmin sənədlərdə adı qeyd edilmiş Şəxs MMC barəsində müvafiq araşdırma aparılmış və nəticədə xx.xx.2018-cı il tarixdə cəmiyyətin 9.472,50 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən bankda olan hesabından Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürdüyü və 270 gündən artıq müddətin keçməsinə baxmayaraq həmin vəsait müqabilində müvafiq malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etmədiyi, avans yolu ilə ödənilmiş valyuta vəsaitini xaricdən geri qaytarmadığı müəyyən edilmişdir. Bu səbəbdən MMC barəsində müvafiq qaydada inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Sədrlik edən iş materiallarını elan edir. Sədrlik edən əlavə və vəsatətlərin olub-olmaması haqqında soruşur. Əlavə və vəsatətlər daxil olmadı. Sədrlik edən məhkəmə araşdırmalarının başa çatdığını elan edir. Sədrlik edən məhkəmə çıxışlarının başlandığını elan edir. İnzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi: Barəsində icraat aparılan hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsini xahiş edirəm. Sədrlik edən məhkəmə çıxışlarının başa çatdığını elan edir. Məhkəmə müşavirə otağına gedir, qayıtdıqdan sonra sədrlik edən qərarı elan və izah edir. Qərardan şikayət vermə müddəti və qaydası, habelə iclas protokolu ilə tanış olmaq və ona dair qeydlər vermək hüququ izah olunur. Məhkəmə iclası saat 16:45-də bağlı elan olunur. Protokol 25 aprel 2019-cu il tarixdə tərtib olundu. Hakim Babək Pənahov Katib Gülnar Şükürova
Məhkəmə qərarları › İş №3(006)-735/2019
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-735/2019
25.04.2019 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver