Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-7364/2025 10.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxxx 1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2025-ci il tarixdə saat təxminən 23:20 radələrində etibarnamə olmadan, sürücülük hüququ ilə idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Lexus LX570” minik markalı **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Rövşən Cəfərov küçəsi ilə hərəkət edərək, sağa dönmə əməliyyatı yerinə yetirən zaman, yolun sağ hissəsində dayanıqlı vəziyyətdə olan X2 yol vərəqəsi və sürücülük hüququ olmaqla idarə etdiyi “Hyundai Sonata” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə vuraraq idarə etməni itirərək yolun kənarında dayanmış X6 vurmuş və daha sonra yolun səki üzərinə çıxaraq səki üzərində piyada olan X1 vuraraq avtobus dayanacağına çırpılaraq dayanmışdır. Hadisə zamanı X3 həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmayan xəsarət almışdır. Digər piyada X8 isə dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarət almışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, onun atası Yaşar Məmmədov səhhəti ilə əlaqədar İran İslam Respublikası getmişdir. O, isə atası Yaşar Məmmədova məxsus “Lexus LX570” markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnaməsiz idarə etmişdir. xx.xx.2025-ci il tarixdə saat 23:10 radələrində idarə etdiyi “Lexus LX570” markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Nəsimi rayonu X13 küçəsi ilə 20 yanvar dairəsi istiqamətinə doğru hərəkət etmiş, bu vaxt yol ayrıcına daxil olmaq istəyən zaman, Tbilisi prospekti ilə hərəkət edən avtomobilləri gözləməyə başlamış və sol hissəsilə avtomobillər gəlmədiyini görüb hərəkət etmək üçün qaz əyləcindən istifadə etmiş, bu vaxt avtomobilinin qarşısında markasını bilmədiyi avtomobil dayandığını görmüş və özünü itirib tormoz əyləci əvəzinə qaz əyləcindən istifadə edib həmin avtomobilin arxa sağ hissəsinə, daha sonra avtomobilin yaxınlığında piyadaya və daha sonra avtomobili səkinin üzəri ilə hərəkət etdirərək səkinin üzərində digər piyadaya və sonuncu isə səkinin üzərində avtobus dayanacağına çırpılmışdır. Nəticədə isə o, xəsarət almasa da, avtomobili tam yararsız vəziyyətə düşmüşdür. Onun idarə etdiyi “Lexus LX570” markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə ondan başqa sərnişin kimi oğlu Bəylər, Raul və baldızı oğlu Ağasəməd və ailə dostunun övladı Ayxan adlı az yaşlı uşaqlar olmuşdur. Həmçinin həmin uşaqlarda hər hansı bir xəsarət almamışdırlar. Qəzanın qarşısını almağa imkanı olmamışdır, Belə ki, qəzadan öncə o, sol hissəsilə avtomobillərin gəlmədiyini gördükdən sonra hərəkət etməyə başlamış, lakin avtomobilin qabaq hissəsinə baxmadığı üçün hərəkətini davam etdirməyə başlamışdır. Bu səbəbdən də qəzadan yayına bilməmişdir. Həmçinin avtomobildə özünü itərərək tormoz əlyəci əvəzindən qaz əyləcindən istifadə etdiyi üçün qəzanın qarşısını almaq mümkün olmamışdır. Hal-hazırda zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alaraq barəsində cərimə cəzasının təyin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq zərərçəkmiş şəxs X9 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə zərərçəkmiş şəxs X5 iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X14 tərəfindən verilən xx.xx.2025-ci il tarixli 1520 saylı ekspert rəyindən görünür ki, X9 xx.xx.2025-ci il tarixdə X11 müraciət edərkən ona “bədənin bir neçə nahiyəsini əhatə edən səthi müştərək travmalar, başın səthi travması” diaqnozu təyin olunmuşdur. Qeyd olunan xəsarətlər küt yaranma mexanizminə malik olub, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Muxtar Həsənov tərəfindən qəbul edilmiş 07 noyabr 2025ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərara əsasən 1 saylı HK- 1099 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iclasda iştirak edən şəxsi dinləyib, inzabati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi DYPŞ YNH üzrə inspektoru X4 tərəfindən tərtib edilmiş 19 noyabr 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və digər iş materialları ilə sübuta yetirilir. Məhkəmədə Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsim qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-7364/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-7364/2025
10.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver