Məhkəmə qərarları › İş №3(006)-738/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-738/2025

27.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-738/2025 27.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında protokol tərtib olunan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə 22 yanvar 2025-ci il tarixli, 00700-00009/25 nömrəli (EP № 0198111) inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün adiyyatı üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, rəsmiləşdirmə mərkəzindən Əməliyyat və təhqiqat şöbəsinə daxil olmuş xx.xx.2024-cü il tarixli 3-33-1800/012/005092 nömrəli raporta əsasən, "xxxx" MMC-nin ünvanına (VÖEN: **********) Türkiyə Respublikasının “X2 Ticarət Limited” şirkətinin tapşırığı ilə İran İslam Respublikasının “X1” LTD-dən 35AA381/35AA382, 68AA129/68AA130, 45AA711/45AA712 nömrəli nəqliyyat vasitələrilə ümumi çəkisi 35385 kq təşkil edən “heyvan yemi hazırlayan avadanlıq” yükü ölkə ərazisinə daxil olmuş və müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında xx.xx.2024-cü il tarixli **********4239 sorğu nömrəli gömrük bəyannaməsi ilə qeydə alınmışdır, müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların saxlanc müddətinin xx.xx.2024-cü il tarixdə bitməsinə baxmayaraq bugünədək heç bir tədbir görülməmişdir. Araşdırma zamanı faktla bağlı izahat verilməsi üçün "xxxx" MMC-nin ünvanına xx.xx.2024-cü il tarixli 3-33-1800/2-001865/2024 nömrəli məktub göndərilmiş, lakin nümayəndə qismində heç kim gəlməmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixli **********4239 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda yerləşdirilən malın istifadə edilmədən qalıb-qalmaması barədə Əməliyyat və təhqiqat şöbəsinə məlumat verilməsi üçün Rəsmiləşdirmə mərkəzinə xx.xx.2025-ci il tarixdə 3-33-1800/013/000052 nömrəli raportla sorğu verilmişdir. Rəsmiləşdirmə mərkəzindən Əməliyyat və təhqiqat şöbəsinə cavab olaraq daxil olmuş xx.xx.2025-ci il tarixli 3-33-1800/012/000228 nömrəli raporta əsasən, "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixli **********4239 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda yerləşdirilən, gömrük dəyəri 309570 manat təşkil edən, ümumi çəkisi 35385 kq olan 1 ədəd “heyvan yemi hazırlayan avadanlıq" yükünün markası və digər göstəriciləri eyniləşdirilərək həmin malın müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda istifadə edilmədən qaldığı müəyyən edilmiş və bu barədə fotoşəkil akta əlavə edilmişdir. Həmçinin həmin mal xx.xx.2025-ci il tarixli **********2797 sorğu nömrəli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda yerləşdirilmiş, yəni "xxxx" MMC tərəfindən öhdəlik icra edilmişdir. "Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli, 229 saylı Qərarına əsasən mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək, digər gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya gömrük anbarında yerləşdirilməlidir. Nəticədə hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, məhkəmə, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Sumqayıt Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə Baş Gömrük İdarəsinə Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3- 33-1800/012/005092 nömrəli raporta əsasən, Türkiyə Respublikasının “X2 Ticarət Limited” şirkətinin tapşırığı ilə İran İslam Respublikasının “X1” LTD-dən 35AA381/35AA382, 68AA129/68AA130, 45AA711/45AA712 nömrəli nəqliyyat vasitələrilə ümumi çəkisi 35385 kq təşkil edən “heyvan yemi hazırlayan avadanlıq” yükü ölkə ərazisinə daxil olmuş və müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında xx.xx.2024-cü il tarixli **********4239 sorğu nömrəli gömrük bəyannaməsi ilə qeydə alınmışdır, müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların saxlanc müddətinin xx.xx.2024-cü il tarixdə bitməsinə baxmayaraq bugünədək heç bir tədbir görülməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü tarixli 229 saylı qərarında müəyyən edilmiş 04 (dörd ay) müddətinin bitməsinə baxmayaraq müvəqqəti saxlancda qalmış yükü heç bir digər gömrük proseduru altında yerləşdirməmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, hüquqi şəxs "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar