Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-7382/2025 10.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs vəkili X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin sahə inspektoru Elməddin Tağıyev tərəfindən tərtib edilmiş protokol və iş üzrə digər materiallar aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs vəkili X2 bildirdi ki, xx.xx.2025-ci il tarixdə İlkin Qurbanova məxsus olan “Nissan Maxima” markalı **-MU-*** dövlət nömrə nişanlı avtomobilin ünvan 1 ünvanında yeni tikilməkdə olan binanın qarşısında yolun kənarında saxlamışdır. Nəticədə həmin ərazidə podrat müqaviləsi əsasında fəaliyyət göstərən Şəxs briqadası tərəfindən ehtiyatsız hərəkətlər edilmiş və avtomobilə ziyan dəymişdir. Halbuki həmin ərazidə tikinti işlərinin getməsi ilə əlaqədar avtomobilin saxlanmasının təhlükəli olması barədə xəbərdar edici nişanlar qoyulmuşdur. İlkin Qurbanov sonradan ona 3000 manat ziyan dəydiyini bildirsə də, qeyd olunan maddi ziyanın 3000 manat olması nə ekspertiza rəyi ilə, nə də qüsur aktı ilə öz təsdiqini tapmışdır. Vurulmuş zərərin məbləği sadəcə zərərçəkmiş şəxsin izahatı ilə müəyyən edilmiş, zərərin həcminin müəyyən edilməsi üçün hər hansı ekspertiza təyin edilməmiş və ya mütəxəssis rəyi alınmamışdır. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, inzibati xəta haqqında material natamam olduğu üçün Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinə geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında materialdan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vurmuş olduğu zərərin həcmini (məbləğini) müəyyən etmək mümkün deyil, buna dair hər hansı bir sübut iş materiallarında mövcud deyil. Halbuki vurulmuş zərərin həcmi (məbləği) inzibati xəta haqqında iş üzrə qərar qəbul edilərkən (şəxs barəsində inzibati tənbeh tətbiq olunacağı təqdirdə) mühüm əhəmiyyət kəsb etdiyindən mütləq qaydada müəyyən edilməli və buna dair inzibati xəta haqqında materiala sübut əlavə edilməli idi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb-toplanılmaması məsələsini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 106-111ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-7382/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-7382/2025
10.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver