Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-7408/2025 12.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Ağcabədi rayonu, Boyat kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ali təhsilli, subay, işləməyən, Ağcabədi rayonu, Boyat ərazi dairəsi, Boyat kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxsnun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara əsasən, xx.xx.2025ci il tarixdə saat 14:56 radələrində Şəxs idarə etdiyi “Changan Uni-T” markalı, 90YF209 dövlət qeydiyyat nişanlı avtomobillə ara məhəllədən Şəmsi Bədəlbəyli küçəsinə daxil olan zaman, düzünə həmin küçə ilə və velosiped zolağı ilə hərəkət edən Zərərçəkmiş şəxs avtomobilin qabaq hissəsi ilə vuraraq ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətmiş və hadisə nəticəsində Zərərçəkmiş şəxs dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət almışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə evə gedərkən saat təxminən 14:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsində velosiped zolağında hərəkət edən velosipedçini etibarnamə əsasında idarə etdiyi “Changan Uni-T” markalı, 90YF209 dövlət qeydiyyat nişanlı avtomobillə diqqətsizlik edərək vurmuşdur. Zərbənin təsirindən velosipedçi yerə yıxılmış və xəsarət aldığını deyərək qışqırmağa başlamışdır. O, dərhal avtomobildən düşərək velosipedçiyə yaxınlaşmış və ona ilkin tibbi yardım göstərmək üçün xəstəxanaya getməyi təklif etmişdir. Lakin velosiped sürücüsü bundan imtina edərək ona ağrılarının olduğunu bildirərək günahkar olduğunu demişdir. Daha sonra TTYS və polis əməkdaşları hadisə yerinə gəlmişdir. Hadisə zamanı o, ayıq olmuş, avtomobilində ondan başqa hər hansı bir şəxs olmamış, həmçinin, hadisə nəticəsində o, xəsarət almamışdır. Hadisə o, velosiped zolağına fikir vermədiyi üçün onun diqqətsizliyindən baş vermişdir. Əməlindən peşmandır. Göstərilənləri nəzərə alaraq məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs göstərmişdir ki, o, velokuryer kimi işləyir. xx.xx.2025-ci il tarixdə sifarişlə bağlı İçəri şəhərə gedərkən saat təxminən 14:56 radələrində idarə etdiyi “Trek Marlin 6” markalı velosipedlə Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsində velosiped zolağında hərəkət etdiyi halda “Changan Uni-T” markalı, 90YF209 dövlət qeydiyyat nişanlı avtomobil diqqətsizlik edərək onu vurmuşdur. Zərbənin təsirindən o, yerə yıxılmışdır. O, bədəninin müxtəlif yerlərindən xəsarət alsa da, qeyd olunan avtomobilin sürücüsü idarə etdiyi avtomobildən düşməyərək ona nalayiq ifadələr söyləmiş, onu təhqir edərək onun günahkar olduğunu deyərək mübahisə aparmışdır. O, buna baxmayaraq, “Changan Uni-T” markalı, 90YF209 dövlət qeydiyyat nışanlı avtomobilin sürücüsü olan xanıma heç bir söz deməyərək xanım olduğu üçün hörmət etmiş, lakin qeyd olunan avtomobilin sürücüsünə xəsarət aldığını və bədənində ağrılar olduğunu desə də o, buna məhəl qoymamış və məcbur ilkin tibbi yardım almaq üçün təcili tibbi yardıma zəng etmişdir. Ardınca 102 Xidməti-zəng mərkəzinə müraciət etmişdir. Daha sonra TTYS və polis əməkdaşları gələrək hadisə yerini müayinə etmişlər. Hadisə nəticəsində ona maddi və mənəvi ziyan dəymiş və Şəxs tərəfindən ona dəymiş zərər ödənilməmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və toplanmış materialın Nəsimi RPİ-nin DYPŞ vasitəsilə Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X2 xx.xx.2025-ci tarixli, 1329 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – sol diz oynağı və sol aşıq-baldır oynağı nahiyələrinin hematomaları ilə əlaqədar sol aşağı ətrafda hərəkət funksiyasının ağrı və şişkinlik hesabına məhdudluğu, sol baldırın və sol aşıq-baldır oynağı nahiyəsinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə törənə bilərdilər; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 2/56079 saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” protokolundan görünür ki, sürücü Şəxs xx.xx.2025-ci il tarixdə ayıq olmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Bu Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs səmimi peşmançılığını İXM-nin 32-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Şəxsnun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-7408/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-7408/2025
12.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver