Məhkəmə qərarları › İş №3(006)-7438/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-7438/2025

27.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-7438/2025 27.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, Tələbkarlar Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 vəkili Vəkil1, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs və onun müdafiəçisi (nümayəndəsi) Vəkil2 iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, həkim işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X5 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-16(006)-485/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra vərəqəsi ilə bağlı borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 28 noyabr 2025-ci il tarixli “İnzibati xəta haqqında” protokolda qeyd edilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-16(006)- 485/2025 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 hər həftənin cümə günü uşaqla ünsiyyəti müəyyən edilmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. İcra sənədini qərəzli şəkildə icra etmir, icra məmurunun tələblərini yerinə yetirmir, uşağın bibiləri ilə ünsiyyətinə maneə yaradır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-7438/2025 saylı, 07 dekabr 2025-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-3512/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin vəkili tərəfindən apellyasiya qaydasında verilmiş şikayətin qismən təmin edilməsi, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində cərimə növündə inzibati tənbeh tədbri tətbiq edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 dekabr 2025-ci il tarixli, 3(006)-7438/2025 saylı qərarı apellyasiya şikayətinə münasibətdə ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə materialların yenidən tam, hərtərəfli araşdırılıb baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-16(006)- 485/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə qərəzli hər hansı hərəkət etməmişdir. Belə ki, icra sənədi üzrə görüş müəyyən olunan vaxtlarda daimi olaraq görüş üçün şərait yaratmışdır. İcra sənədinə əsasən onun himayəsində yaşayan 26 yanvar 2019-cu il təvəllüdlü X2 və 13 fevral 2024-cü il təvəllüdlü X3 bibiləri Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə görüşün onun yaşayış yeri üzrə ünvanında onun iştirakı ilə hər həftənin cümə günü saat 17:00-dan saat 19:00-dək həyata keçirilməsi qərara alınsa da, lakin Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 uşaqlarla harada görüşmək istəyiblərsə, o uşaqları həmin ünvana aparmışdır. Lakin, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 görüşə gəlməmiş, bu səbəbdən də, görüşlər baş tutmamışdır. Bundan başqa, o dəfələrlə icra məmuruna zəng edərək və mesajlar yazaraq görüşün olub-olmayacağını soruşsa da, icra məmuru onun zənglərinə və mesajlarına cavab verməmişdir. Qeyd olunanları nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi (nümayəndəsi) Vəkil2 bildirmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-16(006)-485/2025 nömrəli, 09 oktyabr 2025-ci il tarixli qərardadına əsasən, ərizəçilər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 müvəqqəti təminat tədbiri barədə ərizəsi qismən təmin edilərək, 26 yanvar 2019-cu il təvəllüdlü X2 və 13 fevral 2024-cü il təvəllüdlü X3 bibiləri Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə hər həftənin cümə günü saat 17:00dan saat 19:00-dək görüş vaxtı müəyyən edilmiş, ünsiyyət hüququnun təmin edilməsi üçün Şəxs himayəsində yaşayan 26 yanvar 2019-cu il təvəllüdlü X2 və 13 fevral 2024-cü il təvəllüdlü X3 bibiləri Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə görüşün Şəxs yaşayış yeri üzrə ünvanında ananın iştirakı ilə hər həftənin cümə günü saat 17:00-dan saat 19:00dək həyata keçirilməsinin təmin edilməsi qərara alınmışdır. İcra sənədi Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X5in icraatına verilsə də, qeyd olunan icra məmuru icra sənədi üzrə Şəxs qarşı qərəzli münasibət göstərmişdir. Eyni zamanda tərəflərindən icra məmuruna azyaşlı X1 problem olduğu, görüşün keçirilməsinin tibbi cəhətdən mümkün olmadığı dələlərlə bildirilsə də, ekspertiza təyin olunması barədə vəsatət verilsə də, icra məmuru tərəfindən bu müraciətlərə baxılmamış, onların araşdırılmasından qərəzli şəkildə yayınmışdır və onun tərəfindən bildirilmişdir ki, 6-7 dəfə görüş keçirildikdən sonra ekspertiza təyin edilib-edilməyəcəyi barədə qərar qəbul ediləcəkdir. Bundan əlavə, icra məmuru Ramin Quliyev faktiki olaraq görüş proseslərində iştirak etmədiyi halda, Şəxs guya görüşlərdə iştirak etməməsini qeyd etmişdir. İcra məmuru Ramin Quliyev tərəfindən Şəxs imzası saxtalaşdırılmış və məzmunu şübhəli olan 5 ədəd akt tərtib edilmişdir. Həmin aktların heç birinin tərtibi barədə Şəxs məlumatlandırılmamışdır və onlar qanunun tələblərinə uyğun deyildir. İcra məmuru tərəfindən Şəxs hər hansı bildiriş göndərilməmişdir. Belə ki, Ramin Quliyev öz vəzifə səlahiyyətlərindən su-istifadə edərək Şəxs heç bir məlumatı olmadan akt tərtib etmiş və vətəndaşın imzasını saxtalaşdırmışdır. Hansı ki, həmin aktlarda mövcud olan imza Şəxs aid deyildir. Tərtib edilmiş aktların və protokolun heç birində onların tərtib edilmə saatı və yeri qeyd edilməmişdir. Eyni zamanda aktlarda olan imzalardan, o cümlədən digər sənədlərdə aydın görünür ki, Ramin Quliyev həm tələbkar, həm da borclu əvəzinə sənədləri özü imza etmişdir. Belə ki, tələbkar Zərərçəkmiş şəxs2 şəxsiyyət vəsiqəsinə baxdıqda aydın görünür ki, Nəsimi Rayon İcra Şöbəsinin rəisinə ünvanlanmış şikayətdə olan imza ona məxsus deyildir. Həmçinin, azyaşlıların səhhətində yaranmış problemlər səbəbindən bəzi görüşlər təxir edilmişdir, belə ki, onların görüşdə iştirak edə bilməməsi barədə həmin tarixlərə həkim arayışları vardır. İcra məmuru Ramin Quliyevi bu barədə məlumatlandırılmasına baxmayaraq, bu hallan nəzərə almamış, həmin arayışları protokola əlavə etməmişdir. Bundan başqa, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-16(006)-485/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən 26 yanvar 2019-cu il təvəllüdlü X2 və 13 fevral 2024-cü il təvəllüdlü X3 bibiləri Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə görüşün Şəxs yaşayış yeri üzrə ünvanında sonuncunun iştirakı ilə keçirilməsi müəyyən oluns da, lakin Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Şəxs uşaqlarla tamamilə fərqli ünvana gətirməsini tələb etmiş, Şəxsn uşaqları həmin ünvana aparsa da, tələbkarlar həmin görüşə getməmişdir. Beləliklə görünür ki, Şəxs hərəkətlərində hər hansı qərəz olmamışdır. Hətta Şəxs dəfələrlə icra məmuruna müraciət edərək tələbkarların görüşə gəlib-gəlməyəcəyini soruşsa da, icra məmuru Şəxs cavab verməmişdir. Qeyd etiklərini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 vəkili Vəkil1 izahatında göstərmişdir ki, borclu qərəzli olaraq icra sənədinin icrasından yayınır. Borclu tərəf etiraf etmişdir ki, bugünədək görüş baş tutmamışdır. İnzibati xəta haqqında protokol əsaslıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş inzibati xəta haqqında protokol tərtib etmiş şəxs məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edilnişdir: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-16(006)-485/2025 nömrəli, 09 oktyabr 2025-ci il tarixli icra vərəqəsindən görünür ki, ərizəçilər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 müvəqqəti təminat tədbiri barədə ərizəsi qismən təmin edilərək, 26 yanvar 2019- cu il təvəllüdlü X2 və 13 fevral2024-cü il təvəllüdlü X3 bibiləri, ərizəçilər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə hər həftənin cümə günü saat 17:00-dan saat 19:00-dək görüş vaxtı müəyyən edilmiş, ünsiyyət hüququnun təmin edilməsi üçün Şəxs himayəsində yaşayan 26 yanvar 2019-cu il təvəllüdlü X2 və 13 fevral 2024-cü il təvəllüdlü X3 bibiləri, ərizəçilər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə görüşün Şəxs yaşayış yeri üzrə ünvanında ananın iştirakı ilə hər həftənin cümə günü saat 17:00-dan saat 19:00-dək həyata keçirilməsinin təmin edilməsi qərara alınmışdır. 15 oktyabr 2025-ci il tarixli «İcraata başlamaq haqqında» qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-16(006)-485/2025 nömrəli, 09 oktyabr 2025-ci il tarixli icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli aktlardan görünür ki, həmin aktlar imza edən şəxslərin R.Quliyev və Şəxs olduğu qeyd edilmiş və həmin adların qarşısında imzalar çəkilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Eskpertizası Mərkəzinin 26 dekabr 2025-ci il tarixli, 3-16-16/2-4/2086/2025 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli aktların kserosurətində “2. Şəxs” əlyazmaları qarşısında əks olunmuş imzalar - Şəxs tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir . Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib və proses iştirakçılarının fikirlərini dinləyib hesab edir ki, inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Məhkəmə ilk əvvəl qeyd edir ki, Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli, 28 noyabr 2025-ci il tarixli “İnzibati xəta haqqında” protokol qanunverciliyin tələbləri pozulmaqla tərtib edilmişdir. Belə ki, protokolu tərtib edən icra məmurunun gəldiyi qənaətə əsasən Şəxs tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-16(006)-485/2025 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi icra edilməmişdir. Lakin iş materialları tədqiq olunan zaman Şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-16(006)-485/2025 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin olmaması müəyyən edilmişdir. Beləliklə də, protokol tərtib edilən zaman yanlışlığa yol verilmiş, icra sənədini tarixi düzgün qeyd olunmamışdır. Azərbaycan Respublikasının İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs “Tələbin könüllü icrası haqqında bildiriş”in təqdim edilməsini və sonuncu tərəfindən qeyd edilən sənədin alınmasını təsdiq edən sənəd iş materiallarına əlavə edilməmişdir. “İcra Haqqqında” Azərbaycan Respublikasının Qanununun: 8.1. İcra sənədi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmə və ya digər orqan, habelə “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tələbkar tərəfindən icraya yönəldilir. “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tələbkar tərəfindən icraya yönəldilən icra sənədləri istisna olmaqla, digər icra sənədləri “Elektron icra” informasiya sistemi ilə inteqrasiya olunmuş “Elektron məhkəmə”, “Elektron notariat” və digər dövlət orqanlarının (qurumlarının) müvafiq informasiya ehtiyatları və sistemləri vasitəsilə icraya yönəldilir. İnformasiya ehtiyatları və sistemləri mövcud olmayan dövlət orqanları (qurumları) və bələdiyyələr icra sənədlərini “Elektron icra” informasiya sistemində həmin dövlət orqanları (qurumları) və bələdiyyələr üçün yaradılmış elektron kabinetlərdə yerləşdirməklə icraya yönəldirlər. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan (qurumdan) “Elektron icra” informasiya sistemi vasitəsilə qəbul etməli və icraata başlamalıdır. 8.2. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü və dördüncü abzaslarında müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir 8.3. İcraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Bundan başqa, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2025ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli və xx.xx.2025ci il tarixli aktların kserosurətində “2. Şəxs” əlyazmaları qarşısında əks olunmuş imzalar - Şəxs tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. Göründüyü kimi, Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X5 tərəfindən MN seriyalı ******* nömrəli, 28 noyabr 2025-ci il tarixli “İnzibati xəta haqqında” protokol tərtib edilən zaman qanun tələbləri və Şəxs hüquqları pozulmuşdur. Beləliklə də, məhkəmə hazırki halda borclunun inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı inzibati protokol üzrə araşdırma aparılmasını qanunauyğun hesab etmir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, hazırki vəziyyətdə materiallar natamam olmaqla həmin çatışmazlıqları işə baxılarkən qısa müddət ərzində aradan qaldırmaq mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli, 28 noyabr 2025-ci il tarixli protokol inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61, 109, 111, 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli, 28 noyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinə qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Sədrlik edən Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar