Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-744/2020 07.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 Azərbaycan Respublikası DİN Bakı şəhəri Nizami RPİ-nin Yol Patrul Xidməti baş inspektoru X1 xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli qərarından verdiyi şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində tərtib olunmuş xx.xx.2020-ci il tarixli, İXP3214158 saylı inzibati xəta haqqında protokola əsasən qəbul olunmuş inzibati tənbah tətbiq etmə haqqında xx.xx.2020-ci il tarixli, TP3625411 saylı qərarın ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, “xxxxxxxxxxxxxxxxxxx” MMC-də inzibatçı vəzifəsində işləyir. İş fəaliyyəti ilə əlaqədar Bakıxanov ərazisində yerləşən iş yerinə hər gün gəlir. xx.xx.2020-ci il tarixində YPX inspektoru onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə qərar qəbul etmişdir. Azərbaycan Respublikası Nazirlər X5 Qərargahın Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında xx.xx.2020-ci il tarixli qərarında qeyd olunur ki, 3.1-ci bəndinə əsasən bütün ticarət və ictimai iaşə məkanlarında, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər (supermarketlərin, ərzaq mağazalarının və apteklərin fəaliyyəti, evə götürmə, çatdırma və onlayn satışlar istisna olmaqla) üzrə fəaliyyət qadağan edilmişdir. İnzibati tənbeh protokolu tərtib olunan vaxt onun qanunvericilik əsasında evdən çıxmaq hüququ tam şəkildə olmuşdur. Belə ki, icaze.egov.az portalında “xxxxxxxxxxxxxxxxxxx” MMC-nin işçisi kimi qeydiyyatda olduğunu təsdiq edən sənəd, iş yerində arayış və bunu təsdiq edən sistem məlumatları YPX inspektoruna təqdim olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Eyni zamanda o, inzibati xəta törətdiyini etiraf etməmiş, əksinə etiraz etmiş və buna baxmayaraq protokol əsasında qərar qəbul etmişdir. Bununla yanaşı qeyd edir ki, İXM-in 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində tərtib olunmuş xx.xx.2020-ci il tarixli, İXP3214158 saylı inzibati xəta haqqında protokola əsasən qəbul olunmuş inzibati tənbah tətbiq etmə haqqında xx.xx.2020-ci il tarixli, TP3625411 saylı qərarın ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş şikayətçi X7 məhkəmə iclasına gəlməmiş, qərarından şikayət verilmiş orqan isə məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə heç bir məlumat verilməmişdir. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan, Bakı şəhəri Nizami RPİ-nin Yol Patrul Xidməti baş inspektoru X2 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, X7 xx.xx.2020-ci il tarixdə Nəsimi rayonu, R.Rüstəmov küçəsində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimini pozmaqla əlaqədar Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan “icaze.e-gov.az” portaldan çıxarışdan görünür ki, X4 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək xidməti icazə verilsə də həmin icazə dayandırılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 1052 saylı arayışdan görünür ki, X7 həqiqətən xx.xx.2017-ci il tarixindən həmin günə kimi “xxxxxxxxxxxxxxxxxxx” MMC-də “İnzibatçı” vəzifəsində işləyir. İşçi “xxxxxxxxxxxxxxxxxxx” MMC-nin Bakıxanov 2 mağazasının onlayn satış üzrə çatdırılmaları icra edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında xx xxxx 2020-ci il tarixli Qərarının 1 və 2-ci bəndlərinə əsasən Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyət xx xxxx 2020-ci il saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00-dək dayandırılmışdır. Müəyyən edilmişdir ki, insanların fərdi evlərdən və mənzillərdən çıxışı təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında xx xxxx 2020-ci il tarixli qərarına əsasən Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur. Fərdi evlərdən və mənzillərdən insanların çıxışı - təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədi ilə mümkündür. Qeyd olunanlarla əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət xx xxxx 2020-ci il saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00-dək dayandırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında x xxxxx 2020-ci il tarixli № 124 qərarının 1.4.2-ci bəndinə əsasən (ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar) SMS icazə olduğu halda şəxslər 2 saat müddətinə yaşayış yerlərini tərk edə bilərlər. Həmin qərara əsasən hərəkət məhdudiyyəti x xxxxx 2020-ci il saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00-dək müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikasının ərazisində karantin rejiminin müddətinin uzadılması barədə xx xxxxx 2020-ci il tarixli qərarına əsasən “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli Qərarının 1-ci hissəsində “20 aprel” rəqəmi “4 may” rəqəmi və sözü ilə əvəz edilmişdir. Xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən bəzi məhdudiyyətlərin xx xxxxx 2020-ci il tarixdən aradan qaldırılması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən “Koronavirus (COVİD- 19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli Qərarında dəyşiklik edilərək “2 saat” sözləri “3 saat” sözləri ilə əvəz edilmişdir. Qeyd edilən normanın tələbindən göründüyü kimi həmin dövrdə yalnız (ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar) SMS icazə olduğu halda və “icaze.egov.az” portalında qeydiyyatdan keçdikdə şəxslər yaşayış yerlərini tərk edə bilərlər, digər hallarda insanların fərdi evlərdən və mənzillərdən çıxışı qeyri-mümkün (qadağan edilmişdir) hesab edilmişdir. Şikayətçi X7 ərizəsindən göründüyü kimi, icaze.e-gov.az portalında icazəsi dayandırılsa da o, xx.xx.2020-ci il tarixində iş fəaliyyəti ilə əlaqədar Bakıxanov ərazisində yerləşən iş yerinə getmişdir. Şikayətçi X7 şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini və həmin protokola əsasən qəbul edilmiş qərarın əsassız olduğunu bildirsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətin dəlilləri əsassızdır və inzibati xəta haqqında iş üzrə Bakı şəhəri Nizami RPİ-nin Yol Patrul Xidməti baş inspektoru X1 xx.xx.2020-ci il tarixli, TP ******* nömrəliqərarı qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 Bakı şəhəri Nizami RPİ-nin Yol Patrul Xidməti baş inspektoru X1 xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-744/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-744/2020
07.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver