Məhkəmə qərarları › İş №3(006)-748/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-748/2021

12.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-748/2021 12.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxsnin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi X1 iştirakı ilə, Şəxsnin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxsnin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Səbail DYPŞ tərəfindən tərtib edilmiş 29 noyabr 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Nəsimi Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 3(006)-748/2021 saylı qərarı ilə Şəxsnin Azərbaycan Respublikasındakı Nümayəndəliyi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan Səbail RPİ-nin DYPŞ-nin rəisi Mehman Fətəliyev tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 3(103)-1482/2021 saylı qərarı ilə Səbail RPİ-nin DYPŞ-nin şikayəti qismən təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 3(006)-748/2021 saylı qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxsnin Azərbaycan Respublikasındakı Nümayəndəliyi “Toyota Hilux” minik markalı, H-021768 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 07 oktyabr 2020-ci il tarixdə, saat 15:40-da inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs barəsində məlumatı səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmiş, bununla da, Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxsnin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi Z.D.Hüseynova bildirmişdir ki, Səbail RPİ-nin DYPŞ-nin protokolu qanunsuz və əsassızdır. Belə ki, Səbail rayon DYPŞ-nin məktubu və müvafiq poçt qəbzinə əsasən şirkətə məxsus “Toyota Hilux” minik markalı, H-021768 dövlət qeydiyyat nişanlı avtomobil ilə 29.11.2020-ci il tarixdə, inzibati xəta törətmiş şəxs barəsində şöbəyə 05 gün ərzində məlumatın verilməsi xahiş olunmuş və guya ki, bu sorğu 29.11.2020-ci il tarixində şirkətə çatdırılmışdır. Lakin şirkətə “Toyota Hilux” minik markalı, H-021768 dövlət qeydiyyat nişanlı avtomobil ilə inzibati xəta törətmiş şəxs barəsində heç bir sorğu daxil olmamışdır. Əgər belə bir məlumat daxil olmuş olsa idi şirkət tərəfindən dərhal məlumat verilmiş olardı. 29.11.2020-ci il tarixində göndərilən məktub sorğunu şirkət tərəfindən alınmasına dair sübut həqiqətə uyğun deyil, ona görə ki, şirkətinin ofis binası artıq 7 ildir ki, Neftçilər prospekti 153 ünvanında yerləşir. Bundan başqa, şirkətin Neftçilər prospekti 2 ünvanında yerləşən keçmiş binası 2012-ci ildə tamam sökülüb və 9 ildir ki, mövcud deyil. Belə olan halda, mövcud olmayan binaya sorğunun çatdırılması mümkün deyil. Həmçinin, şirkətin məktubları şirkətin dəftərxanası tərəfindən qəbul edilir. Xəbərnamədən göründüyü kimi sorğu şirkətin işçisi Mahmudov tərəfindən qəbul edilmişdir. Lakin şirkətin dəftərxana şöbəsində Mahmudov adlı işçi mövcud deyil və heç vaxt belə işçi bu şöbədə işləməmişdir. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Səbail RPİ-nin DYPŞ-nə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Səbail RPİ-nin DYPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxsnin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. Ona görə də, Şəxsnin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Səbail Rayon DYPŞ-nin İTÜİ-nin Şəxsnin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə ünvanladığı 23 oktyabr 2020-ci il tarixli sorğudan görünür ki, “Toyota Hilux” minik markalı, H-021768 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 07 oktyabr 2020-ci il tarixdə, saat 15:40-da inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs barəsində məlumat verilməsi xahiş edilmiş, eyni zamanda həmin məlumatların 5 iş günü müddətində verilməməsinə görə hüquqi şəxs (vəzifəli şəxs) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, həmin sorğu 10 noyabr 2020-ci il tarixdə Şəxsnin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin məsul şəxsi tərəfindən qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, Səbail Rayon DYPŞ-nin sorğusu Şəxsnin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin məsul şəxsi tərəfindən 05 avqust 2021-ci il tarixdə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Şəxsnin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin 05 avqust 2021-ci il tarixli məktubundan görünür ki, “BP Eksploreyşn (Kaspian Sİ) LTD Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin balansında olan (ABƏŞ-in operatorudur) və aşağıda qeyd olunan “Toyota Hilux” minik markalı avtomobil Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinə görə 29.11.2020-ci il tarixində cərimə edilməsini nəzərə alaraq inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə edən fiziki şəxs barəsində məlumatları təqdim etmiş, həmin şəxsin X2 olması barədə məlumatlar Səbail RPİ-nin DYPŞ-nə göndərilmişdir. Məhkəmə iclasında isə müəyyən edilmişdir ki, Şəxsnin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən müvafiq sorğu onlara daxil olduqdan sonra hüquqi şəxsin istifadəsində olan nəqliyyat vasitəsi və onu idarə etmiş fiziki şəxs haqqında məlumatlar (o cümlədən hazırki iş materiallarında olan sorğuda göstərilən nəqliyyat vasitəsinin sürücüsü barədə məlumatlar) Səbail RPİ-nin DYPŞ-nə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də, Şəxsnin Azərbaycan Respublikasındakı Nümayəndəliyi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxsnin Azərbaycan Respublikasındakı Nümayəndəliyi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar