Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-749/2021 19.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1976-cı ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), evli, Şəmkir rayonu, Düyərli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 29/42B, mənzil 53-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2021-ci il tarixdə, saat 19 radələrində idarə etdiyi “VAZ-21063” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Nəsimi rayonu, A.Mustafayev küçəsi ilə Dərnəgül istiqamətindən 20 Yanvar dairəsi istiqamətinə körpü üzərində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinin İİİ hissəsinin tələbini pozaraq özündən qabaqda gedən, X1 idarə etdiyi “TOYOTA LAND-CRUİSER-PRADO” markalı, **- FG-*** dövlət qeydiyyat nişanlı avtomobillə düzgün ara məsafəsi saxlamadığından toqquşmuş, nəticədə Şəxs idarə etdiyi avtomobildə sərnişin olan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yüngül dərəcəli bədən xəsarəti almışlar. Aparılmış araşdırma nəticəsində Şəxs törətdiyi əməldə cinayət tərkibi olmadığından Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı Babək Mirzəyevin xx.xx.2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd olunmuş, eyni zamanda həmin qərarda Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğu qeyd olunaraq toplanılmış materiallar onun inzibati məsuliyyətə cəlb olunması üçün aidiyyəti üzrə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2021-ci il tarixdə, saat 19 radələrində etibarnamə əsasında idarə etdiyi “VAZ-21063” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nəsimi rayonu, A.Mustafayev küçəsi ilə Dərnəgül istiqamətindən “20 Yanvar” dairəsi istiqamətinə körpü üzərində hərəkətdə olarkən yolda yaranmış ani tıxac zamanı əyləcdən vaxtında istifadə etməyərək düzgün ara məsafəsi seçə bilməmiş və ehtiyatsızlıqdan öndə olan X1 idarə etdiyi “TOYOTA LAND-CRUİSER-PRADO” markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə idarə etdiyi avtomobilin ön hissəsi toqquşmuşdur. Zərbənin təsirindən özü və idarə etdiyi avtomobildə sərnişin olan bacısı Zərərçəkmiş şəxs2 və bacısı oğlu Zərərçəkmiş şəxs1 yüngül bədən xəsarəti almışlar. Hadisədən sonra onları müayinə üçün xəstəxanaya aparmışdır. Dəymiş ziyan sığorta şirkəti tərəfindən ödəniləcək. Göstərilənləri nəzərə alaraq ona yüngül tənbehin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsinə baxmayaraq protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin nümayəndəsi və zərər çəkmiş şəxslər məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş materiallarda olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Nəsimi rayon şöbəsinin: - xx.xx.2021-ci il tarixli, 63 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlər – alın nahiyəsinin əzilmiş-cırılmış yarası və sağ göz qapaqlarının qançırı bərk küt əşyanın (əşyaların) təsirindən xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs2 bədən səhində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər; - xx.xx.2021-ci il tarixli, 64 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlər - buurn sümüklərinin yerinidəyişməyən sınığı bərk küt əşyanın təsirindən xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs1 bədən səhində aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni onun sərnişin olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilərdilər. Məhkəmə proses iştirakçısının izahatını, habelə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-749/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-749/2021
19.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver