Məhkəmə qərarları › İş №3(006)-7513/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-7513/2025

08.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-7513/2025 08.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, X1, Şikayətçinin etibarnamə əsasında nümayəndəsi X4, İnzibati tənbeh vermə haqqında qərarı qəbul edən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X13, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin etibarnamə üzrə nümayəndələri X12 və X5 iştirakları ilə X3 Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X13, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ X8 şikayət ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X13, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, yaşadığı ünvanda yerləşən mənzildə aparılan təmir işləri ilə bağlı Dövlət Agentliyi tərəfindən ailəsinə qarşı əsassız və qanunsuz tələblər irəli sürülmüş, müraciətləri üzrə süründürməçiliyə yol verilmiş, hüquqi əsası olmayan xəbərdarlıq tərtib edilmiş, psixoloji və mənəvi zərər vurulmuş və son nəticədə tam əsassız olaraq İnzibati Xətalar Məcəlləsinin 231.2-ci maddəsi ilə 1500 manat məbləğində cərimə tətbiq edilmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. xx.xx.2025-ci il tarixində aparılan cari təmir zamanı qurumun əməkdaşları hər hansı hüquqi əsas təqdim etmədən rəsmi xəbərdarlıq tərtib etmiş və təmir işlərini dayandırmışlar. Həmin xəbərdarlıqda hətta ünvanın belə səhv göstərilməsi sənədin qeyridəqiqliyini və düzgün tərtib edilmədiyini təsdiqləyir. Xəbərdarlığın dördüncü abzasında qeyd edilmişdir ki, “Mülkiyyətində və ya istifadəsində abidələr olan fiziki və ya hüquqi şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla həmin abidələrin qorunmasına dair mühafizə müqaviləsi bağlamalıdırlar…” Lakin şikayətçi bildirir ki, ailəsinin və digər sakinlərin qurumla hər hansı rəsmi mühafizə müqaviləsi mövcud olmamış, binanın tarixi abidə olması barədə sakinlərin heç biri rəsmi qaydada məlumatlandırılmamış, binaya lövhə asılması rəsmi bildiriş funksiyasını daşımır və hüquqi öhdəlik yaratmır, gözdən əlil bir sakinin həmin lövhəni oxuya bilməsi mümkün olmadığından bu, ümumiyyətlə məlumatlandırma tələbinə cavab vermir, qurumun lövhə asmaqla məsuliyyətdən azad olacağını düşünməsi hüquqa uyğun deyildir. Bu səbəblərlə həmin xəbərdarlığın özlüyündə qanunsuz və hüquqi əsası olmayan sənəd olduğu müəyyən edilir. Xəbərdarlıqdan sonra şikayətçinin ailə üzvü cari təmir işləri ilə bağlı quruma rəsmi e-mail vasitəsilə müraciət etmiş, qanunla müəyyən edilmiş 15 iş günü müddəti keçsə də müraciət cavablandırılmamışdır. Əksinə xx.xx.2025-ci il tarixdə qurumun əməkdaşları yenidən ünvana gələrək əsassız şəkildə səs-küy yaratmış, “polis çağırılması” ilə hədə-qorxu gəlmiş və təmir işlərinin təkrar dayandırılmasına nail olmuşlar. Həmin tarixdə təkrar rəsmi müraciət göndərilmiş, lakin bu günə qədər həmin müraciətlərə cavab verilməmişdir. Bu hallar qurum tərəfindən mərhələli şəkildə süründürməçiliyə yol verildiyini, vətəndaşın hüquqlarına laqeyd yanaşıldığını göstərir. Qurumun mülkədarla mühafizə müqaviləsi olmadığı halda “mühafizə öhdəliyinin pozulması” ilə bağlı tələblər irəli sürməsi hüquqi cəhətdən tamamilə əsassızdır. Həmçinin layihənin tələb olunması da qanunla nəzərdə tutulmayan, hüquqi əsası olmayan addımdır. Qurumun özbaşına tələbləri nəticəsində məcburiyyət qarşısında qalaraq, maddi ziyan bahasına layihə hazırlanmış və təqdim edilmişdir. Təqdim olunan layihəyə yalnız 7 həftə sonra müsbət rəy verilməsi isə qanunvericiliyin tələblərinin açıq şəkildə pozulmasıdır.Bu halda müqavilə olmadığı halda qurum layihəni hansı hüquqi əsasa əsaslanaraq tələb etdiyi, layihənin 15 gün ərzində cavablandırılması tələb olunduğu halda 7 həftəlik gecikmə hansı norma ilə əsaslandırılmadığı, gecikmə barədə niyə heç bir rəsmi bildiriş təqdim edilmədiyi kimi suallar yaranmışdır. Layihə üzrə bütün müsbət rəylər xx.xx.2025-ci il tarixdə Memarlıq və İncəsənət Universiteti, xx.xx.2025-ci il tarixdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, xx.xx.2025-ci il tarixdə Mədəniyyət Nazirliyi yanında M.İ.Q.B üzrə Dövlət Agentliyi tərəfindən verilmişdir. Bu rəylər qüvvədə olduğu və təmirin dayandırıldığı halda qurum tərəfindən şikayətçinin iştirakı olmadan adına akt və protokolun tərtib edilməsi qanuna tam ziddir və yalnız qurum daxilində koordinasiya çatışmazlığından qaynaqlana bilər. Vətəndaş isə bu səbəbdən zərər çəkməməlidir.xx.xx.2025-ci il tarixində adıma iştirakı olmadan protokol tərtib edilmiş və sənəddə “izahat almaq mümkün olmamışdır” kimi əsassız qeyd daxil edilmişdir. Mənzil sahibi şikayətçinin ailə üzvüdür və şikayətçi bu mənzildə qeydiyyatda deyildir. Bu isə ilkin olaraq onun adına tərtib edilmiş protokolun və qərarın mülkiyyətçi olmadığı üçün əsassız olduğu, müdafiə hüququnun verilməməsi və inzibati icraatın əsas prinsiplərinin pozulmasıdır. MN №1299381 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə şikayətçiyə AR İXM 231.2-ci maddəsi ilə 1500 manat cərimə tətbiq olunmuşdur. Lakin həmin maddə mədəni sərvətlərə aid olub yalnız “sökülməsinə, məhv edilməsinə, parçalanmasına, yeni quruluşa salınmasına, başqa yerə köçürülməsinə və zahiri görkəminin dəyişdirilməsinə görə” tətbiq edilir. Təmir olunan mənzilin “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna əsasən abidə olduğu həm qurum tərəfindən verilmiş xəbərdarlıqda, həm də bina üzərindəki lövhədə qeyd olunmuşdur. Bununla yanaşı, maddədə göstərilən tələblər pozulmamış, əksinə mənzilin sıradan çıxmış hissələri bərpa edilmişdir. Bu isə maddənin düzgün seçilmədiyini göstərir və haqlı hesab olunduğu halda məsuliyyətin İXM 231.3-cü maddəsinə uyğun gəlməli olduğunu sübut edir. Qurum guya “şikayət əsasında hərəkət edildiyini” bildirsə də, şikayətçi tərəf heç vaxt müəyyən edilməmiş, təqdim olunmamış və araşdırma aparılmamışdır. Eyni zamanda şikayətçinin ailə üzvü daha əvvəl başqa məsələ ilə bağlı şikayətçi kimi dəvət olunduğu halda, bu təmir ilə bağlı şikayətçi tərəfin müəyyən edilməməsi prosesin şəffaf aparılmadığını göstərir. Məhkəmə iclasında iştirak edən şikayətçinin etibarnamə əsasında nümayəndəsi X8 şikayətdə göstərilənlərlə eyni məzmunlu izahat vermiş və şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X8 şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərarı qəbul edən orqanın etibarnamə üzrə nümayəndəsi X12 qeyd etmişdir ki, adlçəkilən bina Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli, 132 nömrəli Qərarı ilə memarlıq abidəsi kimi 3109 inventar nömrə altında dövlət mühafizəsinə götürülmüşdür. “Tarix və mədəniyyət adidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanunun 5 və 25-ci maddəsinə əsaəsn abidənin üzərində aparılacaq işlərin layihələri Azərbaycan Milli Elmlər Akademiyasının rəyi alınmaqla Mədəniyyət Nazirliyi (Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla) tərəfindən təsdiq edilir. X13, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Əsasnaməsinə əsasən xidmətin işlərin razılıq verilmiş layihə və tələblərə uyğun aparılmasının monitorinqini təşkil etmək səlahiyyəti vardır. Bu səbəbdən həmin binada monitorinq aparılmış və mühafizə dərəcəsi tətbiq edilmiş mədəni sərvətin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmadan yeni quruluşa salınması faktı aşkar edilmişdir. Bununla bağlı 18 noyabr 2025-ci il tarixdə X8 barəsində AR İXM 231.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və ona 18 noyabr 2025-ci il tarixli bildiriş göndərilərək 27 noyabr 2025-ci il tarixdə, saat 16:00-da inzibati orqana dəvət edilmişdir. Lakin şikayətçi göstərilən tarixdə inzibati orqana gəlməmişdir. Həmin tarixdə X8 barəsində inzibati tənbeh vermə haqında qərar qəbul edilərək, şikayətçiyə AR İXM 231.2-ci maddəsi ilə 1500 manat cərimə tətbiq olunmuşdur. Monitorinq keçirilən zaman sözügedən evdə yalnız şikayətçi olmuşdur və bu səbəbdən protokol məhz şikayətçi barədə tərtib edilmişdir. Qeyd edilənlərə əsasən şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərarı qəbul edən orqanın etibarnamə üzrə nümayəndəsi X9 şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X13, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanununun tələblərinin pozulmasına dair 22 sentyabr 2025-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində yerləşən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli, 132 nömrəli Qərarı ilə memarlıq abidəsi kimi 3109 inventar nömrə altında dövlət mühafizəsinə götürülmüş 174 nömrəli binada razılaşdırılmamış təmir işlərinin aparılması faktı aşkar edilmişdir. Həmin binada aparılan təmir işlərinin dayandırılmasının və abidəyə xələl gətirilməməsi şərti ilə görüləcək işlərin razılaşdırılması üçün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X13, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə müraciət edilməsinin vacibliyi qeyd edilmişdir. İş materiallarında olan X4 Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X13, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin elektron poçt ünvanına etdiyi 23 sentyabr 2025-ci il tarixli ərizədən görünür ki, N.Həsənlinin daimi yaşayış məqsədi ilə istifadə etdiyi, dövlət qeydiyyatında olan tarixi-memarlıq abidəsi statuslu Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, ev 174 ünvanında yerləşən 9 saylı mənzildə əsaslı təmir və ya bərpa işləri aparılmadan yalnız cari təmir işlərinin görülməsi planlaşdırılır. Həyata keçirilməsi nəzərdə tutulan təmir işləri yalnız mənzilin daxilindəki məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmişdir və abidənin daşıyıcı konstruksiyasına, fasadına və tarixi memarlıq üslubuna heç bir müdaxilə nəzərdə tutulmur. İş materiallarında olan X4 Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X13, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin elektron poçt ünvanına etdiyi 03 oktyabr 2025-ci il tarixli əlavə məlumatdan görünür ki, N.Həsənlinin daimi yaşayış məqsədi ilə istifadə etdiyi, dövlət qeydiyyatında olan tarixi-memarlıq abidəsi statuslu Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, ev 174 ünvanında yerləşən 9 saylı mənzildə cari təmir işlərinin aparılacağına və aparılacaq təmir işlərinin qanunvericiliyin tələblərinə uyğun olaraq binanın daşıyıcı konstruksiyasına, fasadına və tarixi memarlıq üslubuna heç bir müdaxilə edilmədən həyata keçiriləcəyinə dair 23 sentyabr 2025-ci il tarixli müraciətə orqan tərəfindən rəsmi yazılı cavab verilməmişdir. İş materiallarında olan Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X13, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə ünvanladığı 28 oktyabr 2025-ci il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, ev 174 ünvanında (3109 inventar nömrəli) yerləşən 9 saylı mənzilinin yaşayış sahəsində təmir işlərinə dair layihə sənədləri AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun “Memarlıq abidələrinin qorunması və bərpası problemləri” şöbəsində müzakirə olunmuş və müsbət rəy verilməsi məqsədəuyğun hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X13, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə ünvanladığı 28 oktyabr 2025-ci il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, ev 174 ünvanında (3109 inventar nömrəli) yerləşən 9 saylı mənzilinin yaşayış sahəsində təmir işlərinin aparılmasına dair layihə sənədləri “Tarix və mədəniyyət abidələrinin qorunması haqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən Komitə tərəfindən razılaşdırılır. İş materiallarında olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X13, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin 18 noyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında keçirilən monitorinq zamanı, mühafizə dərəcəsi tətbiq edilmiş mədəni sərvətin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmadan yeni quruluşa salınması faktı aşkar edilmişdir və bu səbəbdən X8 barəsində AR İXM 231.2-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X13, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin 18 noyabr 2025-ci il tarixli bildirişin surətindən görünür ki, mühafizə dərəcəsi tətbiq edilmiş mədəni sərvətin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmadan yeni quruluşa salınması faktı ilə bağlı X8 27 noyabr 2025-ci il tarixdə, saat 16:00-da inzibati orqana dəvət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X13, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin X6 ünvanladığı 20 noyabr 2025-ci il tarxili məktubunun surətindən F.Həsənovun Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, ev 174 ünvanında (3109 inventar nömrəli) yerləşən 9 saylı mənzilinin yaşayış sahəsində təmir işlərinin aparılmasına dair layihəyə razılıq verilməsi barədə müraciətinə baxılmış və abidənin memarlıq və yükdaşıyan elemetlərinə xələl gətirməmək şərti ilə mütəxəssislərin nəzarəti altında razılaşdırılmış layihəyə əsasən təmir işlərinin aparılmasına etiraz edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X13, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin 27 noyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, 18 noyabr 2025-ci il tarixdə ünvan 1 ünvanında keçirilən monitorinq zamanı, mühafizə dərəcəsi tətbiq edilmiş mədəni sərvətin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmadan yeni quruluşa salınması faktı aşkar edilmişdir və bu səbəbdən X8 AR İXM 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1500 manat məbləğində cərimə növündə tənbeh tətbiq edilmişdir. İş materiallarında olan RX seriyalı, ******* saylı çıxarışın surətindən ünvan 1 ünvanı X7 adına xx.xx.2018-ci il tarixdə, ********** nömrə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətində Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 231.2-ci maddəsinə əsasən mühafizə dərəcəsi tətbiq edilmiş mədəni sərvətlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmadan sökülməsinə, məhv edilməsinə, parçalanmasına, yeni quruluşa salınmasına, başqa yerə köçürülməsinə və zahiri görkəminin dəyişdirilməsinə görə-fiziki şəxslər min beş yüz manat məbləğində, vəzifəli şəxslər üç min manat məbləğində, hüquqi şəxslər on min manat məbləğində cərimə edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X13, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları tərəfindən ünvan 1 ünvanında keçirilən monitorinq zamanı, mühafizə dərəcəsi tətbiq edilmiş mədəni sərvətin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmadan yeni quruluşa salınması faktı aşkar edilmişdir və bu səbəbdən X8 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 231.2-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. İnzibati orqan tərəfindən F.Həsənova bildiriş göndərilərək, o, öz sübutlarını təqdim etmək üçün 27 noyabr 2025-ci il tarixdə, saat 16:00-da inzibati orqana dəvət edilmişdir. Şikayətçi həmin tarixdə inzibati orqana getməmiş və onun iştirakı olmadan barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 231.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqında qərar qəbul edilərək, 1500 manat məbləğində cərimə edilmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, hazırki iş üzrə X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 231.2-ci maddəsi ilə inzibati məsuliyyyətə cəlb edilmişdir. Lakin iş materiallarından görünür ki, inzibati xətanın bilavasitıə obyekti olan mənzil X3 deyil onun oğlu X7 mülkiyyətindədir. Adıçəkilən mənzildə təmir işləri də məhz N.Həsənli tərəfindən aparılmışdır. Lakin inzibati orqan onun deyil F.Həsənov barəsində inzibati protokol tərtib etmişdir. İnzibati orqanın nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bunu həmin vaxt mənzildə X3 olması ilə əlaqələndirmişdir. X2 inzibati xətanın bilavasitə obyekti olan mənzil ilə heç bir hüququ bağlılığı olmamışdır. Məhkəmə bildirir ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 əsas element vardır. 1) obyektiv cəhət (hərəkət/hərəkətsizlik), 2) subyektiv cəhət (qəsd/ehtiyatsızlıq), 3) obyekt (qorunan maraq), 4) subyekt (xəta edən şəxs). Göründüyü kimi hazırki iş üzrə inzibati məsuliyyətə cəlb edilməli olan subyekt düzgün müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 231.2-ci maddəsinin dispozisiyasına əsasən mühafizə dərəcəsi tətbiq edilmiş mədəni sərvətlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmadan sökülməsi, məhv edilməsi, parçalanması, yeni quruluşa salınması, başqa yerə köçürülməsi və zahiri görkəminin dəyişdirilməsi inzibati məsuliyyət yaradır. Lakin iş materiallarından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində yerləşən 174 nömrəli binada razılaşdırılmamış təmir işlərinin aparılması ilə bağlı 22 sentyabr 2025-ci il tarixli xəbərdarlıq göndərilmiş, həmin binda aparılan təmir işlərinin dayandırılmasının və abidəyə xələl gətirilməməsi şərti ilə görüləcək işlərin razılaşdırılması üçün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X13, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə müraciət edilməsinin vacibliyi qeyd edilmişdir. Daha sonra X10 iki dəfə 23 sentyabr 2025-ci il və 03 oktyabr 2025-ci tarixdə xidmətin elektron poçt ünvanına müraciət edilmiş, lakin həmin müraciətlərə cavab verilməmişdir. N.Həsənli tərəfindən adıçəkilən yaşayış evinə dair layihə hazırlatdırılaraq müsbət rəy verilməsi üçün müvafiq qurumlara göndərilmişdir. Memarlıq və İncəsənət Universiteti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən layihəyə müsbət rəy verilmiş və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X13, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin 20 noyabr 2025-ci il tarixli müvafiq məktubuna əsasən layihəyə müsbət rəy verilmiş və abidənin memarlıq və yükdaşıyan elemetlərinə xələl gətirməmək şərti ilə mütəxəssislərin nəzarəti altında razılaşdırılmış layihəyə əsasən təmir işlərinin aparılmasına etiraz edilmədiyi bildirilmişdir. Göründüyü kimi ünvan 1 ünvanında razılaşdırılmış layihəyə əsasən təmir işlərinin aparılması barədə razılıq əldə edilmiş və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X13, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tərəfindən bununla bağlı 20 noyabr 2025-ci il tarixli məktub ilə F.Həsənova və Xidmətin Bakı Regional İdarəsinə məlumat verilmişdir. Lakin 27 noyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X13, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsi tərəfindən F.Həsənov barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X13, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 105, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şikayət təmin edilsin. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X13, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar