Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-7517/2025 26.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin Təhqiqat Şöbəsinin etibarnamə əsasında nümayəndəsi Nümayəndə2 Elsevər oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Qapalı Səhmdar Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X5 iştirakları ilə, Şəxs Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin Təhqiqat Şöbəsindən daxil olunmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İnzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Təhqiqat şöbəsinə Hədəf və koordinasiya mərkəzindən 21 iyul 2025-ci il tarixli,3-33/150/029682 nömrəli raportla Rusiya Federasiyasından Azərbaycan Respublikasına idxal edilən “diri iribuynuzlu heyvanlar” yükünün daşınması üçün istifadə olunan “MAN markalı,”77VM468/99YJ374” qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin texniki sənədlərində (“BB765304” və “BB765297” nömrəli şəhadətnamələrdə) yüksüz (boş) kütlə göstəricisinin nəqliyyat vasitəsinin faktiki çəkisindən 5415 kq artıq göstərilməsi və həmin nəqliyyat vasitəsinin Bakı Baş Gömrük İdarəsinin “İpək yolu” gömrük postunda quraşdırılmış tərəzi qurğusunda çəkilməsi zamanı onun faktiki (dartıcı və qoşqu birlikdə) çəkisinin 17760 kq təşkil etdiyi halda, sənədlərdə yüksüz kütləsinin 23175 kq kimi qeyd edilməsi faktına dair material daxil olmuşdur. Araşdırma zamanı müəyyən olunmuşdur ki, “Man” markalı, “77VM468/99YJ374” dövlət qeydiyyat nişanlı, WMA06XZZ3CW173640;WKOS**********096 şassi nömrəli yük nəqliyyat vasitəsinin dövlət nömrə nişanının 2025-ci il ərzində bir neçə dəfə dəyişilərək ölkə ərazisinə “diri heyvan yükü” daşıması müəyyən olunmuşdur. Belə ki, 77VM468 dövlət nömrə nişanlı “MAN” markalı dartıcının üzərində bundan öncə 77LB010 və 77QNO19 nömrəli dövlət qeydiyyat nişanları, 99YJ374 dövlət qeydiyyat nişanı “Koegel S24” markalı qoşqunun üzərində isə 99YD019 və 99YC010 nömrəli dövlət qeydiyyat nişanları olmuşdur. xx.xx.2025-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə, Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postundan ölkə ərazisinə daxil olaraq Bakı Baş Gömrük İdarəsinin “İpək yolu” gömrük postuna təyinat almış X9 idarə etdiyi kiçik və iri buynuzlu heyvanların daşınması üçün istifadə olunan “Man” markalı, “77VM468/99YJ374” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yüksüz halda “İpək yolu” gömrük postunun ərazisində quraşdırılmış tərəzi qurğusunda çəkilmiş və faktiki yüksüz kütləsinin 17760 kq olduğu müəyyən edilmişdir. Bundan sonra”77VM468/99YJ374” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin faktiki yüksüz kütləsi ilə “Man” markalı, “77VM468” dövlət qeydiyyat nişanlı dartıcıya və “Koegel” markalı, “99Y J374” dövlət qeydiyyat nişanlı qoşquya aid “BB765304” və “BB765297” nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrinde qeyd olunan boş çəkisi ilə eyniləşdirmə aparılmış, eyniləşdirmə zamanı yük avtomobilinin faktiki yüksüz çəkisi 17760 kq olduğu halda, həmin dartıcıya və qoşquya aid “BB765304” və “BB765297” nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrində dartıcının yüksüz çəkisi 8075 kq, qoşqunun yüksüz çəkisi isə 15100 kq olmaqla, yük avtomobilinin ümumi yüksüz çəkisinin 23175 kq olduğu müəyyən edilmişdir. Beləliklə, yük avtomobilinin faktiki yüksüz çəkisi ilə “BB765304” və BB765297” nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrində qeyd olunan yüksüz çəkisi arasında 5415 kq fərq aşkar edilmişdir. Daha sonra X9 idarə etdiyi “MAN” markalı 77VM468/99YJ374 dövlət qeydiyyat nişanlı yük avtomobilinə keçirilən baxış zamanı “MAN” markalı 77VM468 dövlət qeydiyyat nişanlı, göy rəngli dartıcının və “Koegel S24” markalı 99YJ374 dövlət qeydiyyat nişanlı göy rəngli, içərisində mal-qara daşınması üçün dəmir konstruksiyalar yerləşdirilmiş qoşqunun üzərində olan şassi nömrəsi ilə müvafiq olaraq həmin dartıcıya və qoşquya aid olan BB765304 və BB765297 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrində qeyd olunan şassi nömrələri ilə eyniləşdirmə aparılmışdır və bu zaman həmin dartıcıya aid olan BB765304 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində qeyd olunan WMA06xZZ3CW173640 saylı şassi nömrəsi ilə və həmin qoşquya aid BB765297 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrində qeyd olunan WKOS**********096 saylı şassi nömrəsinin müvafiq olaraq həmin dartıcının və qoşqunun üzərində qeyd olunan şassi nömrəsi ilə eyni olduğu müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli tərəzi qəbzindən görünür ki, “İpək Yolu” gömrük postunun ərazisində quraşdırılmış tərəzidə çəkilən “77VM468/99Y J374” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin çəkisi 17760 kq təşkil etmişdir. X14 verdiyi izahatında göstərmişdir ki, xx.xx.1991-ci il tarixdə Hacıqabul şəhərində anadan olmuşdur, ailəlidir, Hacıqabul şəhəri, ünvan 1 ünvanda yaşayır. Rəsmi olaraq heç bir yerdə işləməsə də, təxminən 3 il 6 ay olar ki, müxtəlif istiqamətlərdə, əsasən Rusiya Federasiyasına və əks istiqamətdə beynəlxalq yük daşınmasında iştirak edən yük nəqliyyat vasitəsinin sürücüsü kimi fəaliyyət göstərir. Təxminən 1 ay yarım olar ki, X3 məxsus “MAN” markalı, 77VM468/99YJ374 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Rusiya Federasiyasından Azərbaycan Respublikasına “diri heyvan” yükü daşıyır. xx.xx.2025-ci il tarixdə “MAN” markalı, 77VM468/99Y J374 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində daşıdığı “diri iribuynuzlu heyvanlar” yükü ilə Samur gömrük postundan ölkə ərazisinə daxil olaraq təyinat gömrük orqanı olan Bakı Baş Gömrük İdarəsinin “İpək yolu” gömrük postuna gəlmişdir. Daha sonra oradan yükün boşalma yeri olan Kürdəxanı kəndi ərazisinə doğru hərəkət edərək, malı orada boşaltdıqdan sonra idarə etdiyi “MAN” markalı, 77VM468/99Y J374 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi gömrük əməkdaşları tərəfindən onun iştirakı ilə tərəzi qurğusunda çəkilmişdir. Bu zaman idarə etdiyi “MAN” markalı, 77VM468/99YJ374 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə məxsus texniki sənədlərdə onun yüksüz çəkisi 23175 kq olduğu halda, faktiki yüksüz çəkisi 17780 (on yeddi min yeddi yüz səksən) kq olduğu müəyyən edilmişdir və bu barədə akt tərtib edilmişdir. Daha sonra gömrük əməkdaşları ilə birlikdə “İpək yolu” gömrük postuna gələrək orada gömrük əməkdaşları tərəfindən 77VM468/99YJ374 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin faktiki yüksüz kütləsi ilə “MAN” markalı 77VM468 dövlət qeydiyyat nişanlı dartıcıya və “KOEGEL” markalı 99YJ374 dövlət qeydiyyat nişanlı qoşquya aid BB765304 və BB765297 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrində qeyd olunan boş çəkisi ilə eyniləşdirmə aparılmışdır. Eyniləşdirilmə zamanı yük nəqliyyat vasitəsinin faktiki yüksüz çəkisi 17760 kq olduğu halda, həmin dartıcıya və qoşquya aid BB765304 və BB765297 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrində dartıcının yüksüz çəkisi 8075 kq, qoşqunun yüksüz çəkisi isə 15100 kq olmaqla, yük nəqliyyat vasitəsinin ümumi yüksüz çəkisinin 23175 kq olduğu müəyyən edilmişdir. Yük nəqliyyat vasitəsinin faktiki yüksüz çəkisi ilə BB765304 və BB765297 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrində qeyd olunan yüksüz çəkisi arasında 5415 kq fərq aşkar edilmişdir. Daha sonra idarə etdiyi “MAN” markalı 77VM468/99YJ374 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə baxış keçirilmişdir. Baxış zamanı “MAN” markalı 77VM468 dövlət qeydiyyat nişanlı, göy rəngli dartıcının və “KOEGEL” markalı 99YJ374 dövlət qeydiyyat nişanlı göy rəngli, içərisində mal-qara daşınması üçün dəmir konstruksiyalar yerləşdirilmiş qoşqunun üzərində olan şassi nömrəsi ilə müvafiq olaraq həmin dartıcıya və qoşquya aid olan BB765304 və BB765297 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrində qeyd olunan şassi nömrələri ilə eyniləşdirmə aparılmışdır və bu zaman həmin dartıcıya aid olan BB765304 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində qeyd olunan WMA06XZZ3CW173640 saylı şassi nömrəsi ilə və həmin qoşquya aid BB765297 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrində qeyd olunan WKOS**********096 saylı şassi nömrəsinin müvafiq olaraq həmin dartıcının və qoşqunun üzərində qeyd olunan şassi nömrəsi ilə eyni olduğu müəyyən edilmişdir. Bu barədə gömrük əməkdaşları tərəfindən protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Beləliklə araşdırılma zamanı müəyyən edilmişdir ki, Şəxs QSC-nin ünvanına “**********7336” sorğu nömrəli idxal gömrük bəyannaməsi ilə bəyan edilmiş “diri iribuynuzlu heyvanlar” yükünün faktiki çəkisi bəyannamə üzrə 5415 kq az göstərilmiş, bununla da Şəxs QSC ümumilikdə 5018,75 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Şəxs QSC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən 10000-00130/25 nömrəli, 25 noyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin Təhqiqat Şöbəsinin etibarnamə əsasında nümayəndəsi Nümayəndə2 Elsevər oğlu inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, Şəxs QSC-nin inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Qapalı Səhmdar Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X12 qeyd etmişdir ki, hüquqi şəxsin əsas fəaliyyət istiqamətləri damazlıq və kəsimlik üçün nəzərdə tutulmuş mal-qaranın ölkəyə idxalını həyata keçirilməsindən ibarətdir. xx.xx.2025ci il tarixli, **********7336 sorğu nömrəli gömrük bəyannaməsi ilə idxal olunmuş “diri iribuynuzlu heyvanlar” yükü Şəxs QSC-γə məxsusdur. xx.xx.2025-ci il tarixdə sürücü X14 idarə etdiyi “MAN” markalı, 77VM468/99YJ374 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində daşınan “diri iribuynuzlu heyvanlar” yükü ilə Samur gömrük postundan ölkə ərazisinə daxil olaraq təyinat gömrük orqanı olan Bakı Baş Gömrük İdarəsinin “İpək yolu” gömrük postuna gəlmişdir. Daha sonra oradan yükün boşalma yeri olan Kürdəxanı qəsəbəsi ərazisinə doğru hərəkət etmişdir. Bu zaman malı orada boşaltdıqdan sonra “MAN” markalı, 77VM468/99YJ374 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi gömrük əməkdaşları tərəfindən tərəzi qurğusunda çəkilmiş və “MAN” markalı, 77VM468/99YJ374 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə məxsus texniki sənədlərdə onun yüksüz çəkisi 23175 kq olduğu halda, faktiki yüksüz çəkisi 17760 kq olduğu müəyyən edilmişdir. Daha sonra X14 gömrük əməkdaşları ilə birlikdə “İpək yolu” gömrük postuna getmişdir. Orada gömrük əməkdaşları tərəfindən 77VM468/99YJ374 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin faktiki yüksüz kütləsi ilə “MAN” markalı 77VM468 dövlət qeydiyyat nişanlı dartıcıya və “KOEGEL” markalı 99YJ374 dövlət qeydiyyat nişanlı qoşquya aid BB765304 və BB765297 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrində qeyd olunan boş çəkisi ilə eyniləşdirmə aparılan zaman yük nəqliyyat ümumi faktiki yüksüz çəkisi 17760 kq olduğu halda, həmin dartıcıya və qoşquya aid BB765304 və BB765297 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrində dartıcının yüksüz çəkisi 8075 kq, qoşqunun yüksüz çəkisi isə 15100 kq olmaqla, yük nəqliyyat vasitəsinin ümumi yüksüz çəkisinin 23175 kq olduğu müəyyən edilmişdir. Beləliklə, yük nəqliyyat vasitəsinin faktiki yüksüz çəkisi ilə BB765304 və BB765297 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrində qeyd olunan yüksüz çəkisi arasında 5415 kq fərq aşkar edilmişdir. “MAN” markalı, 77VM468/99YJ374 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin faktiki yüksüz çəkisi daha az, yəni təqribən 17750 kq olsa da, texniki səhvliyə yol verilərək həmin yük nəqliyyat vasitəsinin “MAN” markalı 77VM468 dövlət qeydiyyat nişanlı dartıcısının və “KOEGEL” markalı 99YJ374 dövlət qeydiyyat nişanlı qoşqusunun BB765304 və BB765297 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrində dartıcının yüksüz çəkisi 8075 kq qoşqunun yüksüz çəkisi isə 15100 kq olmaqla, yük nəqliyyat vasitəsinin ümumi yüksüz çəkisinin 23175 kq olduğu qeyd edilmişdir. Yük nəqliyyat vasitəsinin faktiki yüksüz çəkisi ilə BB765304 və BB765297 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrində qeyd olunan yüksüz çəkisi arasında təqribən 5400 kq fərq vardır. Bu da həmin nəqliyyat vasitəsi ilə idxal edilən malların təqribən 5400 kq daha az göstərilməsinə səbəb olmuşdur. Belə ki, yük nəqliyyat vasitəsinin faktiki yüksüz çəkisi ilə BB765304 və BB765297 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrində qeyd olunan yüksüz çəkisi arasında olan təqribən 5400 kq çəki fərqi əslində həmin nəqliyyat vasitəsinin çəksinə aid olsa da, bu fərq həmin nəqliyyat vasitəsi ilə idxal edilən mal-qara yüklərinin aid olduğu göstərilmişdir. “**********7336” sorğu nömrəli idxal gömrük bəyannaməsi ilə idxal edilmiş “diri iribuynuzlu heyvanlar” yükünün rəsmiləşməsi zamanı ödənilməli olan gömrük ödənişləri heyvanın çəkisinə görə yox, sayına uyğun olaraq edilir və bu səbəbdən də gömrük ödənişlərindən yayınmamışdır. Qeyd edilənlərə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin əməlində inzibati xəta tərkibinin olması müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, **********07335 saylı gömrük bəyannaməsinin surətindən görünür ki, Rusiya Federasiyasında fəaliyyət göstərən OOO “Piramida” şirkəti tərəfindən Şəxs QSC-yə göndərilən 48 baş (ədəd), ümumi invoys dəyəri ******* Rusiya rublu olan diri iribuynuzlu heyvanlar Rusiya Federasiyasından Azərbaycan Respublikasına idxal edilərək bəyan edilmişdir. Mallar xx.xx.2025-ci il tarixdə gömrük nəzarətindən buraxılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli aktdan görünür ki, “diri iribuynuzlu heyvan” yükünü daşıyan “MAN” markalı, 77VM468/99YJ374 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixdə, saat 14:00 radələrində yüksüz halda “İpək Yol”u gömrük postunun ərazisində quraşdırılmış tərəzi qurğusunda çəkilmişdir. Nəticədə 77VM468/99YJ374 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin faktiki yüksüz kütlənin 17760 kq olduğu müəyyən edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, səlahiyyətli orqan tərəfindən Şəxs QSC barəsində Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə protokolun tərtib edilməsinə əsas olaraq Rusiya Federasiyasından Azərbaycan Respublikasına idxal edilən “diri iribuynuzlu heyvanlar” yükünün daşınması üçün istifadə olunan “MAN markalı,”77VM468/99YJ374” qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin texniki sənədlərində (“BB765304” və “BB765297” nömrəli şəhadətnamələrdə) yüksüz (boş) kütlə göstəricisinin nəqliyyat vasitəsinin faktiki çəkisindən 5415 kq artıq göstərilməsi və həmin nəqliyyat vasitəsinin Bakı Baş Gömrük İdarəsinin “İpək yolu” gömrük postunda quraşdırılmış tərəzi qurğusunda çəkilməsi zamanı onun faktiki (dartıcı və qoşqu birlikdə) çəkisinin 17760 kq təşkil etdiyi halda, sənədlərdə yüksüz kütləsinin 23175 kq kimi qeyd edilməsinə dair faktın aşkar edilməsi göstərilmişdir. Məhkəmə iclasında hüquqi şəxsin nümayəndəsi öz izahatında nəqliyyat vasitəsinin yüksüz kütlə göstəricisinin daha az, təqribən 17750 kq olduğunu, lakin texniki səhvliyə yol verilərək 23175 kq kimi göstərildiyini qəbul etsə də, lakin həmin faktın gömrük ödənişləri ilə bağlı hər hansı bir qanunauyğun olmayan nəticəyə gətirib çıxardığını təkzib etmişdir. Belə ki, tərtib edilmiş protokoldan və ona əlavə edilmiş sənədlərin tədqiqi, həmçinin səlahiyyətli orqanın məhkəmə iclasında verdikləri izahatından da müəyyən edildiyi kimi səlahiyyətli orqan hüquqi şəxs tərəfindən nəqliyyat vasitəsinin yüksüz çəkisinin 5400 kq çox göstərilməklə, idxal olunan yükün faktiki çəkisinin həmin ölçüdə az göstərilməsinə nail olunduğunu və həmin mallarla bağlı gömrük rüsumunun ödənilməsindən yayınıldığını iddia edir. Lakin məhkəmə araşdırması nəticəsində hüquqi şəxs tərəfindən gömrük ödənişlərindən yayınması öz təsdiqini tapmamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, **********07335 saylı gömrük bəyannaməsinə nəzər yetirdikdə müəyyən olunur ki, Şəxs QSC Rusiya Federasiyasında fəaliyyət göstərən OOO “Piramida” şirkəti tərəfindən göndərilən 48 baş (ədəd), ümumi invoys dəyəri ******* Rusiya rublu olan diri iribuynuzlu heyvanlar Rusiya Federasiyasından Azərbaycan Respublikasına idxalını həyata keçirmişdir. Həmin tarixdə mallar bəyan edilərək, gömrük nəzarətindən buraxılmışdır. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 104.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 146.1-ci maddəsinə əsasən gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. Həmin Məcəllənin 162.1-ci maddəsinə əsasən bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri tərəfindən bu Məcəllənin 163cü maddəsi ilə müəyyən edilmiş şərtlər yerinə yetirildikdən, bəyan olunan mallarla əlaqədar qanunvericiliklə qadağaların və məhdudiyyətlərin olmadığı müəyyən edildikdən, gömrük bəyannaməsindəki məlumatlar yoxlandıqdan dərhal sonra gömrük orqanları malların buraxılışını həyata keçirirlər. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən daxili bazarda satılma, istifadə və ya istehlak üçün nəzərdə tutulan xarici mallar sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilir. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru aşağıdakıları əhatə edir: 164.2.1. qanunvericiliklə müəyyən olunmuş gömrük ödənişlərinin ödənilməsini; 164.2.2. ticarət siyasəti tədbirlərinin tətbiqini; 165.2.3. malların idxalı ilə bağlı müəyyən edilmiş digər prosedurların tamamlanmasını. Yuxarıda istinad olunan gömrük bəyənnaməsi üzrə hüquqi şəxs tərəfindən idxal olunan malların sərbəst dövriyyəsi üçün buraxılış gömrük prosedurunu tamamlandığı öz təsdiqini tapmışdır. Lakin səlahiyyətli orqan hesab edir ki, həmin malların gömrük prosedura zamanı hüquqi şəxs tərəfindən yuxarıda göstərilən hərəkətlərə yol verilməklə qanunvericiliklə müəyyən olunmuş gömrük ödənişlərinin az ödənilməsinə nail olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 220.1-ci maddəsinə əsasən malların gömrük dəyəri bəyanetməni həyata keçirən şəxs tərəfindən bu Məcəllə və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada müəyyən olunur. Həmin Məcəllənin 242.2-ci maddəsinə əsasən gömrük rüsumları üzrə gömrük borcunun məbləği hesablanarkən, Azərbaycan Respublikasının X4in mal nomenklaturasında əks olunmuş ölçü vahidi və gömrük dəyəri əsas götürülür. Həmin Məcəllənin 242.3-cü maddəsinə əsasən gömrük rüsumlarının və yığılması gömrük orqanlarına həvalə edilmiş vergilərin hesablanması idxal olunan mallara münasibətdə gömrük sərhədini keçən gündən, ixrac olunan mallara münasibətdə isə, mallara dair bəyannamənin təqdim olunduğu gündən başlanır və həmin gün qüvvədə olan gömrük rüsumları və vergilərin dərəcələri əsas götürülür. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 225.1-ci maddəsinə əsasən gömrük rüsumları bəyan edilən malların yerləşdirilməsi üçün seçilmiş gömrük prosedurunun tələbləri əsasında, normativ hüquqi aktlara uyğun olaraq tətbiq olunur. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən konkret mallar üzrə gömrük rüsumlarının dərəcələrini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Gömrük rüsumlarının dərəcələri rəsmi nəşrlərdə dərc olunur və müvafiq icra hakimiyyəti orqanlarının rəsmi internet saytlarında yerləşdirilir. Həmin Məcəllənin 226.0-cı maddəsinə əsasən “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı gömrük rüsumları tətbiq edilir: 226.0.1. advalor - malların gömrük dəyərinə görə nisbətən faizlə hesablanan; 226.0.2. spesifik - malın vahidinə görə müəyyən olunmuş məbləğlə hesablanan; 226.0.3. kombinə edilmiş – yuxarıda göstərilən hər iki gömrük rüsum növlərinin birləşdirilməsi yolu ilə hesablanan. “Azərbaycan Respublikasının X4 mal nomenklaturası, X7 dərəcələri və X8 dərəcələri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli, 500 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının X4 Mal Nomenklaturası, X7 Dərəcələri və X8 X2 X1 X6 İ Bölməsində əksini tapmış “Diri Heyvanlar; X11” adlı 01 nömrəli Diri heyvanlar Qrupunda Diri iribuynuzlu mal-qara (X4 Mal Nomenklaturası üzrə kodu 0102) əlavə ölçü vahidi ədədlə qeyd edilmişdir. Məhkəmə Şəxs QSC tərəfindən ölkəyə gətirilən malların 48 baş (ədəd) diri iribuynuzlu heyvanlar olduğunu nəzərə alaraq, qeyd edir ki, həmin mallar üzrə gömrük rüsumu spesifik qaydada, yəni malın vahidinə görə müəyyən olunmuş məbləğdə hesablanır. Yəni mallar saya (ədədə) uyğun olaraq ödənilməli olduğundan, hazırki protokolda qeyd edildiyi kimi çəkinin artıq və ya az göstərilməsi, gömrük ödənişlərinin məbləğinə hər hansı formada təsir etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: 1. Bu maddədə “az miqdarda olduqda” dedikdə, iyirmi min manatdan yuxarı olmayan məbləğ başa düşülür. 2. Bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. Hazırki halda gömrük ödənişlərindən yayınma o halda mövcud olur ki, mallar yanlış və ya natamam bəyan edilmiş olsun və bu gömrük ödənişlərinin məbləğinin azalmasına səbəb olsun. Gömrük ödənişi məbləği dəyişmədiyi halda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş hüquqi tərkibinin formalaşmasından söhbət gedə bilməz. Hüquqi şəxs tərəfindən ölkəyə idxal olunan mallar tam say üzrə bəyan edilməklə, sərbəst dövriyyəyə buraxıldığından, onun əməlində inzibati xətanın tərkibi mövcud deyildir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Qapalı Səhmdar Cəmiyyətinin gömrük ödənişlərini ödəməkdən yayınması öz təsdiqini tapmadığından, onun əməlində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Şəxs Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan 10 (on) gün müddətinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və və protesti verilə bilər. Sədrlik edən Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-7517/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-7517/2025
26.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver