Məhkəmə qərarları › İş №3(006)-758/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-758/2022

17.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-758/2022 17.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" ASC-nin (Ləğv Prosesindədir) nümayəndəsi X2 iştirakı ilə, "xxxx" ASC-nin (Ləğv Prosesindədir) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" ASC-nin (Ləğv Prosesindədir) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Yasamal RPİ-nin DYPŞ tərəfindən 15 fevral 2022-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən "xxxx" ASC (Ləğv Prosesindədir) “Nissan Sunny” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 08 dekabr 2021-ci il tarixdə, saat 15:54-da inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs barəsində məlumatı səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmiş, bununla da, Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" ASC-nin (Ləğv Prosesindədir) nümayəndəsi Ü.B.Xəlilova bildirmişdir ki, Yasamal RPİ tərəfindən hüquqi şəxsə daxil olmuş sorğuya ASC tərəfindən qanunla müəyyən edilmiş vaxtda cavab verilmişdir. Həmin halı təsdiq edən sənədləri məhkəməyə təqdim edir. Göstərilən halları nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Yasamal RPİ-nə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Yasamal RPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanınnümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəməinzibati xəta haqqında protokolu araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" ASC-nin (Ləğv Prosesindədir) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. Ona görə də, "xxxx" ASC-nin (Ləğv Prosesindədir) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki,iş materiallarında olan Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal RPİ-nin "xxxx" ASC-yə (Ləğv Prosesindədir) ünvanladığı 08 dekabr 2021-ci il tarixli sorğudan görünür ki, “Nissan Sunny” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 08 dekabr 2021-ci il tarixdə, saat 15:54-də inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs barəsində məlumat verilməsi xahiş edilmiş, eyni zamanda həmin məlumatların 5 iş günü müddətində verilməməsinə görə hüquqi şəxs (vəzifəli şəxs) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, həmin sorğu 03 fevral 2022-ci il tarixdə "xxxx" ASC-nin (Ləğv Prosesindədir) məsul şəxsi tərəfindən qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC (Ləğv Prosesindədir) tərəfindən Yasamal RPİ-nin DYPŞ-yə ünvanlanmış məktubun surətindən görünür ki, "xxxx" ASC-nin (Ləğv Prosesindədir) balansında olan “Nissan Sunny” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X1r. Həmin şəxsin şəxsiyyətini təsdiq edən sənədi, sürücülük vəsiqəsini və digər sənədləri məktubla əlavədə BDYPİ-nə təqdim etmişlər. Məhkəmə iclasında isə müəyyən edilmişdir ki, "xxxx" ASC (Ləğv Prosesindədir) tərəfindən balansında olan nəqliyyat vasitələrinin sürücüləri barədə BDYPİ-nə məlumat verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinəəsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olanhakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də, "xxxx" ASC (Ləğv Prosesindədir) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" ASC (Ləğv Prosesindədir) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar