Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-761/2020 01.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, qərarından şikayət verilmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X13 nümayəndəsi X2 iştirakı ilə, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X13 xx xxxxxxxx 2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarının ikinci hissəsinin və EQ 802985, EQ 802986, EQ 802987, EQ 802988, MMX ******* və MMX ******* nömrəli protokollar əsasında qəbul olunmuş xx xxxx 2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarlardan X9 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X9 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X13 xx xxxxxxxx 2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarının ikinci hissəsinin və EQ 802985, EQ 802986, EQ 802987, EQ 802988, MMX ******* və MMX ******* nömrəli protokollar əsasında qəbul olunmuş xx xxxx 2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 3(006)-761/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə X6 şikayəti təmin edilməmiş və verilmiş apelyasiya şikayəti əsasında Bakı Apelyasiya Məhkəməsinin 3(103)-1291/2020 saylı qərarı ilə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 3(006)-761/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırmışdır ki, o, xx xxxx 2019-cu il tarixində Baş Dövlət X17 rəis müavini Elşən Kazimov (BDYPİ) tərəfindən xx xxx 2019-cu il tarixli 01622442A-3219 nömrəli qərarından və DYP tərəfindən xüsusi texniki vasitəsi ilə əldə edilmiş məlumat əsasında lakin “real vaxt rejiminə” əməl etmədən tərtib olunan EQ 802985, EQ 802987, EQ 802988, MMX 6917561, MMX 7063818, EQ 802986 nömrəli xx xxxx 2019-cu il tarixli inzibati protokollarından və əlaqəli qərarlarından Nəsimi Rayon Məhkəməsinə bir ərizə ilə şikayət vermiş, Nəsimi Rayon Məhkəməsi 3(006)-1702/2019 nömrəli xx xxxxxx 2019-ci il tarixli qərarı ilə şikayət qismən təmin edilmiş və Baş Dövlət X12 rəis müavini X3 xx xxx 2019-cu il tarixli, EQ 802985, EQ 802986, EQ 802987, EQ 802988, MMX 6917561, MMX ******* nömrəli tənbeh vermə haqqında qərarların ləğv edilməsi və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün BDYPİ-ə göndərilməsinə dair qərar verilmişdir.Nəsimi Rayon Məhkəməsi 3(006)1702/2019 nömrəli xx xxxxxx 2019-cu il tarixli qərarı icra olunaraq Baş Dövlət X17 rəis müavini X4 tərəfindən xx xxxxxxxx 2019-ci il tarixli 016- 80463A-4219 nömrəli qərar verilmişdir. Qərar onun tərəfindən xx xxxxxxxx 2019-cu il tarixində poçt vasitəsi ilə alınmışdır.BDYPİ-n rəis müavini İ.F.Rəcəbov xx xxxxxxxx 2019-ci il tarixli 016-80463A-4219 nömrəli qərarı ilə MMX 6917561, MMX ******* nömrəli inzibati xəta haqqında elektron protokollar üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti ötürülməsi səbəbindən inzibati xəta haqqında işlər üzrə icraata xitam verilmiş, xx.xx.2018-ci il, xx.xx.2018 və xx.xx.2019-cu il tarixlərdə törədilmiş inzibati xətalara görə hər bir üzrə 50 manat məbləğində, o cümlədən xx.xx.2018-ci iltarixində törədilmiş inzibati xətaya görə 10 manat məbləğində inzibati cərimə edilmiş və MMX ******* nömrəli protokol üzrə X9 tərəfindən ödənilmiş 15 manat 40 qəpik, MMX ******* nömrəli protokol üzrə ödənilmiş 61 manat 60 qəpik, eləcə də vətəndaşın İXM-nin 150.11-ci maddəsində nəzərdə tutulmuş cərimənin 10 faiz məbləğində ödənişdən azad edilməsinə dair güzəştdən yararlana bilməsi nəzərə alınmaqla EQ 802985, EQ 802987, EQ 802988 nömrəli qərarların hər biri üzrə 27 manat, EQ 802986 nömrəli qərar üzrə 05 manat 40 qəpik olmaqla ümumilikdə 163 (yüz altmış üç) manat 40 (qırx) qəpik məbləğində pulun ona geri qaytarılması üçün qərarın sürəti BDYPİ-nin Maliyyə Şöbəsinə təqdim edilmişdir.Qərarın “Qərara Alındı” hissəsinin 2ci bəndində xx.xx.2018-ci il, xx.xx.2018, xx.xx.2019 və xx.xx.2018-ci il tarixlərdə törədilmiş inzibati xətalara görə ona qarşı cərimənin tətbiq edilməsini əsaslandıraraq BDYP İdarəsi qərarda yenə hüquqi şəxslərə tətbiq olunan normalara istinad etmişdir, tərəfindən dəfələrlə qovulan hüquqi suallara nə cavab verilmişdir nədə nəzərə alınmışdır. Məhkəmə qərarı ilə ləğv olunmuş BDYPİ-nin rəis müavini Elşən Kazimov (BDYPİ) tərəfindən xx xxx 2019-ci il tarixli 016-22442A-3219 nömrəli qərarında qeyd olunduğu halda ki “vətəndaşın müraciətində göstərdiyi səbəblərə görə inzibati məsuliyyətdən azad edilməsi qanunla nəzərdə tutulmamışdır”, BDYPİ-n rəis müavini İ.F.Rəcəbov tərəfindən xx xxxxxxxx 2019-ci il tarixli 016-80463A-4219 nömrəli qərarında eyni əsaslandırılma verilmişdir ki “inzibati məsuliyyətdən azad edilməsi üçün qanunvericilikdə hər hansı əsas müəyyən edilməmişdir”.BDYPİ-nin xx xxxxxxxx 2019-ci il tarixli 016-80463A-4219 nömrəli qərarından Nəsimi Rayon Məhkəməsinə şikayət vermişdir.Nəsimi Rayon Məhkəməsi 3(006)-555/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət geri qaytarılmış, məhkəmə hesab etmişdir ki fərqli vaxtlarda törədilmiş müxəlif inzibati xətaya görə tərtib edilmiş protokollar əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarlardan şikayətə bir icraatda baxıla bilməz”. Əlavə olaraq məhkəmə hesab etmişdir ki “şəxs barəsində hər bir inzibati xətaya görə ayrıca inzibati xəta haqqında protokol tərtib edilərək ayrıca inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilmiş, yəni ayrı-ayrı inzibati xəta haqqında icraat başlamış və aparılmışdır. Belə olan halda isə hər icraat üzrə qəbul edilmiş qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə ayrı-ayrılıqda şikayət verilməlidir”.Aşağıda göstərilən əsaslarla şikayət yenidən verilir:Məhkəməyə şikayət verməkdən əvvəl tərəfindən EQ 802985, EQ 802987, EQ 802988, MMX 6917561, MMX 7063818, EQ 802986 nömrəli xx xxxx 2019-ci il tarixli inzibati protokollardan və əlaqəli qərarlardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) bir ərizə ilə şikayət verilmiş və şikayətə cavab olaraq Baş Dövlət X17 rəis müavini ElşənKazimov (BDYPİ) tərəfindən xx xxx 2019-ci il tarixli 016-22442A-3219 nömrəli qərar verilmiş, bu qərar Nəsimi Rayon Məhkəməsinin 3(006)-1702/2019 nömrəli x xxxxxx 2019-ci il tarixli qərarı ilə tərəfindən bir ərizə ilə verilmiş iddia ərizəsi əsasında ləğv edilmiş, Nəsimi Rayon Məhkəməsi 3(006)1702/2019 nömrəli x xxxxxx 2019-ci il tarixli qərarı icra olunaraq Baş Dövlət X17 rəis müavini İ.F.Rəcəbov tərəfindən xx xxxxxxxx 2019-ci il tarixli 016-80463A-4219 nömrəli qərar verilmiş, tərəfimdən Nəsimi RM-ə ünvanlanmış xx xxxxxxxx 2019-ci il tarixli şikayət bu qeyd olunan xx xxxxxxxx 2019-ci il tarixli 016-80463A-4219 nömrəli qərardandır və EQ 802985, EQ 802987, EQ 802988, MMX 6917561, MMX 7063818, EQ 802986 nömrəli xx xxxx 2019-ci il tarixli inzibati protokollar və əlaqəli qərarlar İ.F.Rəcəbov tərəfindən verilən həmin qərarın tərkib hissəsidir və onlara dairdir.EQ 802985, EQ 802987, EQ 802988, MMX 6917561, MMX 7063818, EQ 802986 nömrəli xx xxxx 2019-ci il tarixli inzibati protokollara dair ayrı-ayrı inzibati xəta haqqında icraat başlamış və aparılmış olsa belə, Baş Dövlət X17 rəis müavini Elşən Kazimov (BDYPİ) tərəfindən xx xxx 2019-ci il tarixli 016-22442A-3219 nömrəli qərarı və Baş Dövlət X17 rəis müavini İ.F.Rəcəbov tərəfindən xx xxxxxxxx 2019-ci il tarixli 016-80463A-4219 nömrəli qərarı qeyd olunan EQ 802985, EQ 802987, EQ 802988, MMX 6917561, MMX 7063818, EQ 802986 protokollara dair qərarlardır və bu qərarlardan şikayət bir neçə icraata bölünə bilməz. Onun şikayətieyni şəxsə və müxtəlif vaxtlarda törədilmiş bir neçə inzibati xəta eyni orqanın səlahiyyətinə aiddir və İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi ilə müəyyən olunur ki“Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır”. İXMnin 34.2-ci maddəsi imperativ norma olaraq“işlərə eyni vaxtda baxılmalıdır” şərtini tələb kimi qoyur.Nəsimi Rayon Məhkəməsi 3(006)-1702/2019 nömrəli x xxxxxx 2019-ci il tarixli qərarı icra olunaraq Baş Dövlət X17 rəis müavini İ.F.Rəcəbov tərəfindən xx xxxxxxxx 2019-ci il tarixli 016- 80463A-4219 nömrəli qərar verilmiş, həmin qərar onun tərəfindən xx xxxxxxxx 2019-cu il tarixində poçt vasitəsi ilə alınmışdır.BDYPİ-n rəis müavini İ.F.Rəcəbov xx xxxxxxxx 2019-ci il tarixli 016-80463A-4219 nömrəli qərarı ilə “Qərara Alındı” hissəsinin 2-ci bəndində xx.xx.2018-ci il, xx.xx.2018, xx.xx.2019 və xx.xx.2018-ci il tarixlərdə törədilmiş inzibati xətalara görə ona qarşı cərimənin tətbiq edilməsini əsaslandıraraq BDYP İdarəsi qərarda yenə hüquqi şəxslərə tətbiq oluran normalara istinad etmiş, onun tərəfindən dəfələrlə qoyulan hüquqi suallara nə cavab verilmişdir nədə nəzərə alınmışdır. Həmin qərarda “vətəndaşın müraciətində göstərdiyi səbəblərə görə inzibati məsuliyyətdən azad edilməsi qanunla nəzərdə tutulmamış, BDYPİin qərarının 2-ci hissəsi aşağıda göstərilən səbəblərə görə qanunun tələblərinə tamamilə ziddir və ləğv olunmalıdır. Bundan başqa, “xxxx”**-AB- *** nömrəli avtomobil Ekolizing MMC şirkəti ilə bağlanmış lizinq müqaviləsi əsasında 2016cı il may ayından onun sahibliyində olan avtomobildir və onun tərəfindən idarə olunur.x xxxx 2019-ci il tarixində onun “asanpay.az” şəxsi kabinetinə xüsusi texniki vasitəsi ilə əldə edilmiş məlumat əsasında inzibati xəta törədilməsi haqqında aşağıda qeyd olunan 6 (altı) inzibati protokol üzrə məlumat və onların ödənilməsinə dair təklif daxil olmuşdur.Buna əsasən tərəfindən qeyd olunan protokollardan şikayətlər olunmuş vəfoto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara dair inzibati protokolların qanunun tələblərini pozmaqla tərtib olunmasına əsaslanaraq protokolların ləğv olunması barədə xahiş edilmişdir. Lakin şikayətlərə formal cavab verilmişdir və hüquqi suallara cavab vermədən şikayətlər təmin olunmamışdır.Rədd məktublarında şikayətləri cavablandıran DYP-sinin və Daxili İşlər Nazirliyinin vəzifəli şəxsləri ardıcıl olaraq nəqliyyat vasitəsinin hüquqi şəxsə məxsus olduğunu və ona sürücünün kim olduğu barədə sorğu göndərilməsi məcburiyyətində olmasına istinad etmişlər və bununla fiziki şəxslər üçün qanunla müəyyən olunmuş “real vaxt rejim” tələbi ilə müəyyən olunmuş müddətlərin ötürülməsinə bəraət qazandırmışdırlar. Halbuki, Yasamal RPİ-nin 091-25457/3A-4219 nömrəli xx xxx 2019-ci il tarixli cavab məktubundan və ona əlavə olunmuş sənədlərdən belə bir nəticəyə gəlmək olar ki DYPİtərəfindən “xxxx” MMC-ə sürücü barədə sorğu yalnız xx xxxxx 2019-ci il tarixində daxil olmuşdur. Yəni protokolların x xxxx 2019 il tarixində“asanpay.az” kabinetində yerləşdiyi tarixdən bir aydan artıq sonra DYP-i tərəfindənsorğu edilmişdir.Şifahi olaraq DYP-si təsdiq edir ki ona dair məlumat tam şəkildə DYP-i sistemində 2015-ci ildən mövcuddur və 2015 və 2016 illərdə ona qarşı inzibati protokolların tərtib olunması, onların onun ev ünvanına göndərilməsi, onunla mobil telefonla əlaqə saxlanılması, elektron kabinetində həmin tarixli protokolların yerləşdirilməsi buna sübutdur. Lakin DYP-si İXM-nin 123.1-ci və 123.2-ci maddələrinə istinad edərək sorğu göndərmək məcburiyyətində olduqlarına istinad edib bunu əsas tuturlar. Bununla İXM-nin 123.1-ci və 123.2-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyanın 25.1-ci maddəsinə zidd olması barəsində sual yaradırlar. Belə ki İXM-nin 123.1-ci və 123.2-ci maddələri fiziki şəxslərə tətbiq edilərkən fiziki şəxslər iki kateqoriyaya bölünmüş olur. Göstərilənləri nəzərə alaraq Baş Dövlət X12 rəis müavini X4 tərəfindən xx xxxxxxxx 2019-ci il tarixli qərarının ikinci hissəsi ləğv edilməsi və icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X13 nümayəndəsi X5 şikayətlə razılaşmayaraq bildirmişdir ki, “xxxx” **-AB-*** nömrəli avtomobil Ekolizing MMC şirkəti ilə bağlanmış lizinq müqaviləsi əsasında 2016-cı il may ayından onun sahibliyində və istifadəsindədir. Sözügedən nəqliyyat vasitəsi şikayətçinin istifadəsində olsa da onun mülkiyyətində olmamışdır. Bu barədə sənədlər məhkəməyə təqdim olunur. Bundan əlavə müxtəlif vaxtlarda törədilmiş inzibati xətalara görə və tərtib olunmuş MMX 6917561, MMX 7063818, EQ 802985, EQ 802986, EQ 802987, EQ 802988 nömrəli protokollarla bağlı DYP orqanı tərəfindən Ekolizing MMC-yə dəfələrlə sorğular edilmiş və yalnız xx xxxx 2019-cu il tarixdə alınmış cavaba əsasən müəyyən olunmuşdur ki, həmin inzibati xətaların baş verdiyi zaman nəqliyyat vasitəsini idarə edən şəxs X7r. Bu səbəbdən də xx xxxx 2019-cu i tarixdə X6 şəxsi kabinetində inizbati tənbeh vermə haqqında qərarlar yerləşdirilmişdir. Şikayətçinin məhkəməni yanıltmaq üçün qeyd etdiyi “nəqliyyat vasitəsi mənim sahibliyimdədir və AR-nın İXM-nin 122.1 maddəsilə niyə 1 gün ərzində məlumatlandırılmamasını dəlil gətirərək DYP orqanın İXM-nin 123-cü maddəsinə əsasən Ekolizing MMC-yə sorğu göndərilməsini qanunsuz hesab etmişdir. Lakin bunu əsaslandıracaq heç bir sübutu iş materiallarına əlavə etməmişdir. Belə ki, “xxxx” markalı, **-AB-*** nömrəli avtomobil Ekolizing MMC-nin mülkiyyətindədir və X1 şirkət ilə öz arasında olan daxili sənədləşməyə əsasən idarə edir. Buna görə də DYP orqanının AR-nın İXM-nin 123.1 və 123.2-ci maddələrinin tələblərinə uyğun inzibati icraat aparması və inzibati xəta hadisələrinə görə tərtib etdiyi inzibati tənbehvermə haqqında qərarlar qanunun tələblərinə tam uyğundur. Şikayətçinin şikayətinin rədd edilməsinin digər bir əsası isə sözü gedən xx xxxx 2019-cu l tarixli MMX 6917561, MMX 7063818, EQ 802985, EQ 802986, EQ 802987, EQ 802988 nömrəli inzibati xətaların ləğv edilməsinə dair tələblə daha əvvəllər Nəsimi Rayon Məhkəməsinə müraciət etməsi olmuşdur. Belə ki, həmin Məhkəmənin 2019-cu il 1 avqust tarixli, 3(006)-1702/2019 saylı qərarı ilə MMX 6917561, MMX 7063818, EQ 802985, EQ 802986, EQ 802987, EQ 802988 nömrəli inzibati xətalara yenidən baxılması, X6 barəsində inzibati icrata xitam verilmədən Baş Dövlət X14 göndərilməsi nəzərdə tutmuşdur. Nəsimi Rayon Məhkəməsinin 2019-cu il 1 avqust tarixli, 3(006)1702/2019 saylı qərarından X9 tərəfindən şikayət verilməmiş və qərarla razılaşmışdır və həmin qərar qanuni qüvvəsini almışdır. Bu qərarla bağlı bağlı İnzibati orqanda sözügedən inzibati xətalara dair işlərə yenidən baxılmış və xx.xx.2019-cu i tarixli, 80463A-4219 nömrəli məktubla şikəyətçiyə məlumat verilmişdir. Qanunvericiliyin tələbinə əsasən eyni hallar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə qərarı olması halında şikayətçinin şikayətinin təmin edilməsndən söhbət gedə bilməz. Göstərilən halları nəzərə alaraq, şikayətin təmin edilməməsini və Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X13 xx xxxxxxxx 2019-cu il tarixli qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, şikayətçi X9 məhkəmə elektron məlumat verərək şikəyətə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının İXMnin 133.2.4-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatına və digər sübutlara məcmu halında qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Belə ki, iş materiallarında olan DİN-nin DYP Web Portal çıxarışından görünür ki, “xxxx” **-AB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Ekolizing MMC-nin mülkiyyətindədir. İş materiallarında olan Yasamal RPİ-nin DYPŞ-nin xx xxxx 2020-ci tarixli arayışından görünür ki, Ekolizing MMC-nin xx xxxx 2019-cu il tarixdə DYPŞ-nə ünvanlamış cavab məktubuna əsasən MMC-yə məxsus “xxxx” **-AB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi inzibati xətanın törədilməsinə dair EQ 802985, EQ 802986, EQ 802987, EQ 802988, MMX ******* və MMX ******* nömrəli protokollar tərtib olunarkən sürüçü X9 tərəfindən idarə edilirmiş. İş materiallarında olan xx xxxxxxxx 2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarın surətinin ikinci hissəsindən görünür ki, X9 “xxxx” markalı, 99-AB969 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə olunması zamanı xx.xx.2018-ci il, xx.xx.2018ci il və xx.xx.2019-cu il tarixdə törədilmiş inzibati xətaya görə hər biri üzrə 50 manat məbləğində, o cümlədən xx.xx.2018-ci il tarixdə törədilmiş inzibati xətaya görə 10 manat məbləğində inzibati cərimə edilmişdir. İş materillarında olan asan ödəniş portalının çıxarışından görünür ki, xx.xx.2019-cu il tarixli, EQ 802985 saylı qərara əsasən X9 Azərbaycan Respublikasının İXM-nin 469.3-cü maddəsi ilə təqsirli bilinərək 45 manat cərimə edilmişdir. İş materillarında olan asan ödəniş portalının çıxarışından görünür ki, xx.xx.2019-cu il tarixli, EQ 802986 saylı qərara əsasən X9 Azərbaycan Respublikasının İXM-nin 328.1-ci maddəsi ilə təqsirli bilinərək 09 manat cərimə edilmişdir. İş materillarında olan asan ödəniş portalının çıxarışından görünür ki, xx.xx.2019-cu il tarixli, EQ 802987 saylı qərara əsasən X9 Azərbaycan Respublikasının İXM-nin 469.3-cü maddəsi ilə təqsirli bilinərək 45 manat cərimə edilmişdir. İş materillarında olan asan ödəniş portalının çıxarışından görünür ki, xx.xx.2019-cu il tarixli, EQ 802988 saylı qərara əsasən X9 Azərbaycan Respublikasının İXM-nin 469.3-cü maddəsi ilə təqsirli bilinərək 45 manat cərimə edilmişdir. İş materillarında olan asan ödəniş portalının çıxarışından görünür ki, xx.xx.2019-cu il tarixli, MMX ******* saylı protokolda əsasən X6 barəsində Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və İXM-nin həmin maddəsi ilə təqsirli bilinərək 36 manat cərimə edilmişdir. İş materillarında olan asan ödəniş portalının çıxarışından görünür ki, xx.xx.2019-cu il tarixli, MMX ******* saylı protokolda əsasən X6 barəsində Azərbaycan Respublikasının İXM-nin 328.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və İXM-nin həmin maddəsi ilə təqsirli bilinərək 09 manat cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, “xxxx” **-AB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Ekolizing MMC-nin mülkiyyətində olmuş və idarə edilməsi üçün X8 verilmişdir. Sonradan EQ 802985 nömrəli protokol əsasında xx.xx.2019cu il tarixli qərara əsasən X9 Azərbaycan Respublikasının İXM-nin 469.3-cü maddəsi ilə təqsirli bilinərək 45 manat, EQ 802986 nömrəli protokol əsasında həmin tarixli qərara əsasən X9 Azərbaycan Respublikasının İXM-nin 328.1-ci maddəsi ilə təqsirli bilinərək 09 manat, EQ 802987 nömrəli protokol əsasında həmin tarixli qərara əsasən X9 Azərbaycan Respublikasının İXM-nin 469.3-cü maddəsi ilə təqsirli bilinərək 45 manat, EQ 802988 nömrəli protokol əsasında həmin tarixli qərara əsasən X9 Azərbaycan Respublikasının İXM-nin 469.3-cü maddəsi ilə təqsirli bilinərək 45 manat, MMX ******* nömrəli protokol əsasında həmin tarixli qərara əsasən X9 Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 36 manat və MMX ******* nömrəli protokol əsasında həmin tarixli qərara əsasən X9 Azərbaycan Respublikasının İXM-nin 328.1-ci maddəsi ilə təqsirli bilinərək 09 manat, ümumilikdə 189 (bir yüz səksən doqquz) manat məbləğində cərimə edilmişdir. Həmçinin Yasamal RPİ-nin DYPŞ-nin xx xxxx 2020-ci tarixli arayışdan müəyyən olunur ki, Şöbə tərəfindən Ekolizing MMC-yə unvanlanmış 02 may, 05 sentyabr, xx xxxxxx 2018-ci il və xx xxxxxx 2019-cü il tarixli “xxxx” **-AB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin kim tərəfindən idarə olunmasına dair sorğularına Ekolizing MMC tərəfindən yalnız xx xxxx 2019-cu il tarixdə cavab verilmişdir. Bu səbəbdən də X9 barəsində inzibati tənbeh vermə haqqında qərarlar xx xxxx 2019-cu il tarixdə qəbul olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, vətəndaş X9 barəsində barəsində xx xxxx 2019-cu il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 328.1 və 469.3-cü maddələri ilə tərtib edilmiş protokollar və onun əsasında qəbul edilmiş qərarlar qanunvericiliyin tələblərinə əməl olunmaqla qanuni və əsaslı olaraq qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X13 xx xxxxxxxx 2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarının ikinci hissəsi və EQ 802985, EQ 802986, EQ 802987, EQ 802988, MMX ******* və MMX ******* nömrəli protokollar əsasında qəbul olunmuş xx xxxx 2019-cu il tarixli qərarlar qanuni və əsaslı olduğundan X6 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərarlar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X13 xx xxxxxxxx 2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarının ikinci hissəsi və EQ 802985, EQ 802986, EQ 802987, EQ 802988, MMX ******* və MMX ******* nömrəli protokollar əsasında qəbul olunmuş xx xxxx 2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarlar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-761/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-761/2020
01.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver