Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-762/2025 05.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Pənahov Babək Əkbər oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş 05 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən M Ü Ə Y Y Ə N E T D İ M: Protokola görə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-243/2022 saylı icra sənədinə əsasən X3 ilə Şəxs arasında birgə nikah dövründə əldə edilmiş ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin və ünvan 22, 01 saylı mənzilin sökülməsi qarşılığında həmin ərazidə inşa edilərək Şəxs təqdim edilmiş "xxxx" MMC tərəfindən inşa edilmiş hündürmərtəbəli yaşayış binasında yerləşən 38,0 kv.m sahəli təmirli mənzilin 1/2 hissəsinə və binanın zirzəmisində yerləşən 29,5 kv.m qeyri-yaşayış sahəsinin 1/2 hissəsinə X1 pay hüquqları tanınmalıdır. Şəxs xx.xx.2021-ci il tarixdə özgəninkiləşdirdiyi “MERSEDES-BENZ E350” markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısından əldə etdiyi 15.000 manat vəsaitin 1/2 hissəsi (7.500 manat) Şəxs alınaraq X2 ödənilməlidir. İcra məmuru tərəfindən məcburi icra müddətində bütün lazımi icra tədbirləri, o cümlədən borclunun gəlirlərinin, pul vəsaitləri və başqa sərvətlərinin aşkar olunması üzrə görülmüş tədbirlər barədə müvafiq məlumatlar təqdim edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsində tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə və üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi məcburi icra tədbirləri kimi göstərilmişdir. Bu Qanunun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinə əsasdır. Göstərilən Qanunun 63.1.3-cü maddəsinə görə tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə yol verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş 05 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-762/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-762/2025
05.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver