Məhkəmə qərarları › İş №3(006)-7635/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-7635/2025

26.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-7635/2025 26.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs direktoru X1 iştirakı ilə, Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi, ev 75; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Protokola görə xx.xx.2024-cü il tarixdə Şəxs MMC-yə məxsus Sumqayıt şəhəri, İnşaatşılar qəsəbəsində yerləşən elektrik naqili istehsalı ilə məşğul olan müəssisə tərəfindən ətraf mühitin müəssisə (istehsalat) monitorinqi, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotu və hesabatı aparılmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X2 izahatında qeyd etmişdir ki, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən müəssisə (istehsalat) monitorinqinin göstəriciləri barədə hesabat ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına, onlarla razılaşdırılmış müddətlərdə təqdim edilir. İş materiallarında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən bu məsələ ilə bağlı MMC-yə xx.xx.2025-ci il tarixdə xəbərdarlıq məktubu göndərilməsi qeyd olunsa da, bununla bağlı cəmiyyətə rəsmi məktub daxil olmamışdır. Hətta, bu sənədin yenidən təqdim edilməsi üçün həmin idarəyə müraciət olunsa da, buna nail oluna bilinməmişdir. Bununla belə, Şəxs MMC bütün statistik məlumatları vaxtı-vaxtında aidiyyəti üzrə vermiş, ekoloji və texnoloji tələblərə, qüvvədə olan standartlara və ətraf mühitin kəmiyyət, keyfiyyət normativlərinə riayət edilməsinin təmin olunması məqsədilə müvafiq şirkətlərlə də müqavilələr bağlamışdır. İş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan xəbərdar olunmasına baxmayaraq həmin orqan məhkəmə iclasında öz nümayəndəsinin iştirakını təmin etməmiş və ya işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Şəxs MMC ilə "xxxx" ASC arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, 12 nömrəli icarə müqaviləsindən görünür ki, "xxxx" ASC öz mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 720 kv.metr sahəni əhatə edən sexi Şəxs MMC-yə icarəyə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 28 noyabr 2025-ci il tarixli, 86576 nömrəli aktda qeyd olunur ki, idarənin müvafiq sərəncamına əsasən Şəxs MMC tərəfindən “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 18, 50-54-cü maddələrinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 aprel 2022-ci tarixli, 63 saylı Qərarı ilə təsdiq edilmiş “Atmosfer havasına zərərli maddələrin, kimyəvi, bioloji və fiziki təsir göstərən mühafizəsinin həyata keçirmə Qaydası”nın, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 iyul 2022-ci tarixli, 112 saylı Qərarı ilə təsdiq edilmiş “Atmosfer havasına atılan zərərli maddələrin və ona fiziki təsirin dövlət uçotunun aparılması Qaydası”nın 8-ci maddəsinin, “Tullantılar haqqında” Qanunun 20-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 mart 1992-ci tarixli, 122 saylı Qərarının tələbləri pozulmuşdur. İş materiallarında olan 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Şəxs MMC-nin rəhbərliyinə ünvanladığı xx.xx.2025-ci il tarixli, Ç-BM/4325-962 nömrəli məktubunda qeyd olunur ki, idarə əməkdaşları tərəfindən xidməti ərazidə aparılan monitorinqlər zamanı Sumqayıt şəhəri ərazisində Şəxs MMC-yə məxsus istehsal sahəsinin ETSN-dən dövlət ekoloji ekspertiza rəyi alınmadan fəaliyyət göstərdiyi, təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirin uçot və hesabatının aparılmadığı, monitorinq göstəriciləri haqqında hesabatın verilmədiyi müəyyən olunmuşdir. "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən təşkilati-hüquqi olmasından asılı olmayaraq hüquqi və fiziki şəxslər (təbiət istifadəçiləri) ətraf mühitin müəssisə (istehsalat) monitorinqini, onların həyata keçirdiyi tesərrüfat fəaliyyətinin ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətini, ətraf mühite təsirin uçot ve hesabatını aparmağa, monitorinq göstəriciləri barədə hesabatın ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti organına (Ekologiya vƏ Təbii Sərvətlər Nazirliyi və onun yerli qurumları) təqdim etməlidirlər. Bununla əlaqədar istehsal sahəsinin fəaliyyəti zamanı ətraf mühitə atılan tullantıların normallaşdırılması üçün təmizləyici qurğuların quraşdırılması həyata keçirilməli, ətraf mühitə axıdılan, atılan tullantıların tərkibinə analitik nəzarət olunması məqsədilə laborator analizlərin aparılması təmin olunmalı və nəticəsi barədə İdarəyə məlumat verilməlidir.Eyni zamanda, müəssisələr tərəfindən ətraf mühitə atılan, axıdılan, basdırılan tullantıların dəqiq uçot-hesabatı aparılmalı, hər ilin sonunda 2 TG-(hava), 2TG-(təhlükəli tullantı) dövlət statistik hesabtları İdarə ilə razılaşdırılmalı, ətraf mühitə atılan tullantılara görə Azərbaycan Respublikası NK-nin xx.xx.1992-ci il tarixli 122 saylı Qərarı ilə təsdiq edilmiş "Ətraf mühitin çirklənməsinə görə ödənişlərin tətbiqi Qaydaları"na və həmin Qərarda dəyişiklik edilməsi barədə xx.xx.2022-ci il tarixli 308 saylı Qərarına əsasən müəssisələr tərəfindən ətraf mühitin çirklənməsinə, zərərl maddələrin ətraf mühitə atılmasına (axıdılmasına, yerləşdirilməsinə) görə hesablanmış ödəniş hər ay üçün "Ətraf mühitin mühafizəsi üzrə Dövlət Fondu"na ödənilməlidir. "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun 54.2-ci maddəsinə əsasən "istehsalat, sosial, ticarət, ictimai-iaşə və digər xidmət obyektləri infrastruktur obyektləri və komplekslərinin layihələri, onların konservasiyası, ləğv olunması, yeni texnika ilə təchiz edilməsi və genişləndirilməsi üzrə layihələr, texniki-iqtisadi əsaslandırmalar və.s..." dövlət ekoloji ekspertizasının obyektləridir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası İXM-nin 239 və 275.1.1-ci maddələrinə əsasən aparılan inzibati araşdırma ilə bağlı 28 noyabr 2025-ci il tarixdə, saat 10:00-da hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin müvafiq sənədlər ilə idarəyə gəlməsi xahiş olunmuşdur. İş materiallarında olan "xxxx" MMC-nin poçt qəbzinin surətindən görünür ki, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Şəxs MMC-nin rəhbərliyinə ünvanladığı xx.xx.2025-ci il tarixli, Ç-BM/4325-962 nömrəli məktub xx.xx.2025-ci il tarixdə hüquqi şəxsə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasına görə məsuliyyət nəzərdə tutur. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə görə hüquqi şəxslər (təbiətdən istifadələr) ətraf mühitin müəssisə (istehsalat) monitorinqini, onların həyata keçirdiyi ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunu və hesabatını aparmağa borcludurlar. Ətraf mühitin müəssisə (istehsalat) monitorinqində istifadə edilən ölçü vasitələri standartlaşdırmanın və metrologiyanın tələblərinə uyğun olmalıdır. Müəssisə (istehsalat) monitorinqinin göstəriciləri barədə hesabat ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına, onlarla razılaşdırılmış müddətlərdə təqdim edilir. Beləliklə, məhkəmədə müəyyən edilir ki, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən müəssisə (istehsalat) monitorinqinin göstəriciləri barədə hesabat ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına, onlarla razılaşdırılmış müddətlərdə təqdim edilir. Lakin, iş materiallarında olan sənədlərdə 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs MMC-yə bu barədə müvafiq müraciətin olunması göstərilsə də, həmin məktubun bu quruma çatdırılmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin təqsirliyinə dair mötəbər sübutlar toplanılmadan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə inzibati xəta tərkibi olmadığından Şəxs MMC barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar