Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-764/2020 09.06.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlnun katibliyi, qərarından şikayət verilmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət x7 nümayəndəsi x1 iştirakı ilə, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət x7 05 sentyabr 2019-cu il tarixli qərarından x4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: x4 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN-nin Baş Dövlət x7 05 sentyabr 2019-cu il tarixli qərarının ikinci hissəsində qeyd olunan EQ 802986 hömrəli protokol əsasında qəbul olunmuş 08 mart 2019-cu il tarixli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, o, 17 iyul 2019-ci il tarixində, Baş Dövlət x10 rəis müavini Elşən Kazimov (BDYPİ) tərəfindən 20 may 2019-cu il tarixli 016-22442A-3219 nömrəli qərarından və DYP tərəfindən xüsusi texniki vasitəsi ilə əldə edilmiş məlumat əsasında lakin “real vaxt rejiminə” əməl etmədən tərtib olunan EQ 802985, EQ 802987, EQ 802988, MMX 6917561, MMX 7063818, EQ 802986 nömrəli 08 mart 2019-ci il tarixli inzibati protokollarından və əlaqəli qərarlarından Nəsimi Rayon Məhkəməsinə bir ərizə ilə şikayət vermiş, həmin Məhkəmənin 3(006)-1702/2019 nömrəli 1 avqust 2019-ci il tarixli qərarı ilə şikayət qismən təmin edilmiş və Baş Dövlət x6 rəis müavini E.K.Kazimovun 20 may 2019-cu il tarixli, EQ 802985, EQ 802986, EQ 802987, EQ 802988, MMX 6917561, MMX ******* nömrəli tənbeh vermə haqqında qərarların ləğv edilməsi və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün BDYPİ-ə göndərilməsinə dair qərar verilmiş, Nəsimi Rayon Məhkəməsinin 3(006)-1702/2019 nömrəli 1 avqust 2019-ci il tarixli qərarı icra olunaraq Baş Dövlət x10 rəis müavini İ.F.Rəcəbov tərəfindən 05 sentyabr 2019-cu il tarixli 016-80463A-4219 nömrəli qərar verilmiş, həmin qərar onun tərəfindən 21 sentyabr 2019-cu il tarixində poçt vasitəsi ilə alınmış, BDYPİ-n rəis müavini İ.F.Rəcəbov 05 sentyabr 2019-cu il tarixli, 016-80463A-4219 nömrəli qərarı ilə MMX 6917561, MMX ******* nömrəli inzibati xəta haqqında elektron protokollar üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti ötürülməsi səbəbindən inzibati xəta haqqında işlər üzrə icraata xitam vermiş, 08.12.2018-ci il, 31.12.2018 və 16.02.2019-cu il tarixlərdə törədilmiş inzibati xətalara görə hər biri üzrə 50 manat məbləğində, o cümlədən 16.12.2018-ci iltarixində törədilmiş inzibati xətaya görə 10 manat məbləğində inzibati cərimə edilmiş,MMX ******* nömrəli protokol üzrə R.K.Ağayev tərəfindən ödənilmiş 15 manat 40 qəpik, MMX ******* nömrəli protokol üzrə ödənilmiş 61 manat 60 qəpik, “eləcə də vətəndaşınİnzibati Xətalar Məcəlləsinin 150.11-ci maddəsində nəzərdə tutulmuş cərimənin 10 faizi məbləğində ödənişdən azad edilməsinə dair güzəştdən yararlana bilməsi nəzərə alınmaqla EQ 802985, EQ 802987, EQ 802988 nömrəli qərarların hər biri üzrə 27 manat, EQ 802986 nömrəli qərar üzrə 05 manat 40 qəpik olmaqla ümumilikdə 163 (yüz altmış üç) manat 40 (qırx) qəpik məbləğində pulun ona geri qaytarılması üçün qərarın sürəti BDYPİ-n Maliyyə Şöbəsinə təqdim edilmişdir. Həmin qərarın “Qərara Alındı” hissəsinin 2-ci bəndində 08.12.2018-ci il, 31.12.2018,və 16.12.2018-ci il tarixlərdə törədilmiş inzibati xətalara görə ona qarşı cərimənin tətbiq edilməsini əsaslandıraraq BDYP idarəsi qərarda yenə hüquqi şəxslərə tətbiq olunan normalara istinad etmiş, onun tərəfindən dəfələrlə qoyulan hüquqi suallara nə cavab verilmişdir nədə nəzərə alınmışdır. Məhkəmə qərarı ilə ləğv olunmuş BDYPİ-n rəis müavini Elşən Kazimov (BDYPİ) tərəfindən 20 may 2019-ci il tarixli 016- 22442A-3219nömrəli qərarında qeyd olunduğu halda ki “vətəndaşın müraciətində göstərdiyi səbəblərə görə inzibati məsuliyyətdən azad edilməsi qanunla nəzərdə tutulmamışdır”, BDYPİ-nin rəis müavini İ.F.Rəcəbov tərəfindən 05 sentyabr 2019-ci il tarixli 016-80463A-4219 nömrəli qərarında eyni əsaslandırılma verilmişdir ki “inzibati məsuliyyətdən azad edilməsi üçün qanunvericilikdə hər hansı əsas müəyyən edilməmişdir”.BDYPİ-in 05 sentyabr 2019-ci il tarixli 016-80463A-4219 nömrəli qərarından Nəsimi Rayon Məhkəməsinə şikayət vermiş, həmin Məhkəmənin 3(006)-555/2020 nömrəli, 04 mart 2020-ci il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır.Aşağıda göstərilən əsaslarla şikayət yenidən verilir: belə ki, Məhkəməyə şikayət verməsindən əvvəl EQ 802985, EQ 802987, EQ 802988, MMX 6917561, MMX 7063818, EQ 802986 nömrəli 08 mart 2019-ci il tarixli inzibati protokollardan və əlaqəli qərarlardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) bir ərizə ilə şikayət vermiş və şikayətə cavab olaraq Baş Dövlət x10 rəis müavini Elşən Kazimov (BDYPİ) tərəfindən 20 may2019-cu il tarixli 016-22442A- 32J9 nömrəli qərar verilmiş, həmin qərar Nəsimi Rayon Məhkəməsinin 3(006)-1702/2019 nömrəli 1 avqust 2019-ci il tarixli qərarı ilə bir ərizə ilə onun tərəfindən verilmiş iddia ərizəsi əsasında ləğv edilmiş, Nəsimi Rayon Məhkəməsinin 3(006)-1702/2019 nömrəli 1 avqust 2019-ci il tarixli qərarı icra olunaraq Baş Dövlət x10 rəis müavini İ.F.Rəcəbov tərəfindən 05 sentyabr 2019-ci il tarixli 016-80463A-4219 nömrəli qərar verilmiş, onun tərəfindən Nəsimi RM-nə ünvanlanmış 22 sentyabr 2019-ci il tarixli şikayət bu qeyd olunan 05 sentyabr 2019-ci il tarixli 016-80463A-4219 nömrəli qərardandır və EQ 802985, EQ 802987, EQ 802988, MMX 6917561, MMX 7063818, EQ 802986 nömrəli 08 mart 2019-ci il tarixli inzibati protokollar və əlaqəli qərarlar İ.F.Rəcəbov tərəfindən verilən həmin qərarın tərkib hissəsidir və onlara dairdir.EQ 802985, EQ 802987, EQ 802988, MMX 6917561, MMX 7063818, EQ 802986 nömrəli 08 mart 2019-ci il tarixli inzibati protokollara dair ayrıayrı inzibati xəta haqqında icraat başlamış və aparılmış olsa belə, Baş Dövlət x10 rəis müavini Elşən Kazimov (BDYPİ) tərəfindən 20 may 2019-ci il tarixli 016-22442A-3219 nömrəli qərarı və Baş Dövlət x10 rəis müavini İ.F.Rəcəbov tərəfindən 05 sentyabr 2019-ci il tarixli 016-80463A-4219 nömrəli qərarı qeyd olunan EQ 802985, EQ 802987, EQ 802988, MMX 6917561, MMX 7063818, EQ 802986 protokollara dair qərarlardır və bu qərarlardan şikayət bir neçə icraata bölünə bilməz.Nəsimi Rayon Məhkəməsi 3(006)- 1702/2019 nömrəli 1 avqust 2019-ci il tarixli qərarı icra olunaraq Baş Dövlət x10 rəis müavini İ.F.Rəcəbov tərəfindən 05 sentyabr 2019-ci il tarixli 016-80463A-4219 nömrəli qərar verilmiş, həmin qərar onun tərəfindən 21 sentyabr 2019-cu il tarixində poçt vasitəsi ilə alınmış, BDYPİ-n rəis müavini İ.F.Rəcəbov 05 sentyabr 2019-ci il tarixli 016-80463A- 4219 nömrəli qərarı ilə “Qərara Alındı” hissəsinin 2-ci bəndində 08.12.2018-ci il, 31.12.2018, 16.02.2019 və 16.12.2018-ci il tarixlərdə törədilmiş inzibati xətalara görə ona qarşı cərimənin tətbiq edilməsini əsaslandıraraq BDYP İdarəsi qərarda yenə hüquqi şəxslərə tətbiq olunan normalara istinad etmişdir, tərəfindən dəfələrlə qoyulan hüquqi suallara nə cavab verilmişdir nədə nəzərə alınmışdır. Həmin qərarda qeyd olunmuşdur ki “vətəndaşın müraciətində göstərdiyi səbəblərə görə inzibati məsuliyyətdən azad edilməsi qanunla nəzərdə tutulmamışdır”.BDYPİ-in qərarının 2-ci hissəsi aşağıda göstərilən səbəblərə görə qanunun tələblərinə tamamilə ziddir və ləğv olunmalıdır. Bundan başqa, ərizəsində göstərmişdir ki, “xxxxxxxxxxx” markalı, **-AB-*** nömrəli avtomobil Ekolizing MMC şirkəti ilə bağlanmış lizinq müqaviləsi əsasında 2016-ci il may ayından onun sahibliyində olan avtomobildir və onun tərəfindən idarə olunur. 08 mart 2019-ci il tarixində mənim “asanpay.az” şəxsi kabinetinə xüsusi texniki vasitəsi ilə əldə edilmiş məlumat əsasında inzibati xəta törədilməsi haqqında aşağıda qeyd olunan 6 (altı) inzibati protokol üzrə məlumat və onların ödənilməsinə dair təklif daxil olmuş, lakin şikayətlərə formal cavab verilmiş və hüquqi suallara cavab vermədən şikayətlər təmin olunmamışdır.Rədd məktublarında şikayətləri cəvablandıran DYP-sinin və Daxili İşlərNazirliyinin vəzifəli şəxsləri ardıcıl olaraq nəqliyyat vasitəsinin hüquqi şəxsə məxsus olduğunu və ona sürücünün kim olduğu barədə sorğu göndərilməsi məcburiyyətində olmasına istinad etmiş və bununla fiziki şəxslər üçün qanunla müəyyən olunmuş “real vaxt rejim” tələbi ilə müəyyən olunmuş müddətlərin ötürülməsinə bəraət qazandırmışdırlar. Halbuki, Yasamal RPİ-nin 091-25457/3A-4219 nömrəli, 31 may 2019-ci il tarixli cavab məktubundan və ona əlavə olunmuş sənədlərdən belə bir nəticəyə gəlmək olar ki DYP-i tərəfindən “xxxxxxxxx” MMC-ə sürücü barədə sorğu yalnız 18 aprel 2019-ci il tarixində daxil olmuşdur. Yəni protokol/arın 8 mart 2019-cu il tarixində “asanpay.az” kabinetində yerləşdiyi tarixdən bir aydan artıq sonra DYP-i tərəfindənsorğu edilmiş, şifahi olaraq DYP-si ona dair məlumat tam şəkildə DYP-i sistemində 2015-cü ildən mövcuddur və 2015 və 2016-cı illərdə ona qarşı inzibati protokolların tərtib olunması, onların onun ev ünvanına göndərilməsi, onun ilə mobil telefonla əlaqə saxlanılması, elektron kabinetində həmin tarixli protokolların yerləşdirilməsi buna sübut olduğunu təsdiq edir. Lakin DYP-si İXM-nin 123.1-ci və 123.2-ci maddələrinə istinad edərək sorğu göndərmək məcburiyyətində olduqlarına istinad edib bunu əsas tuturlar. Bununla İXM-nin 123.1-ci və 123.2-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyanın 25.1-ci maddəsinə zidd olması barəsində sual yaradırlar. Belə ki İXM-nin 123.1-ci və 123.2-ci maddələri fiziki şəxslərə tətbiq edilərkən fiziki şəxslər iki kateqoriyaya bölünmüş olur.Fiziki şəxslərin ikinci kategorivasına hüquqi şəxslərə aid olan normalar tətbiq olunur, baxmayaraq ki bu fiziki şəxslər hüquqi şəxsin işçisi deyil və bununla bu kategoriyalı fiziki şəxslər hüquqi şəxslərə bərabər tutulurlar və bununla fiziki şəxslərə dair qanunun eyni qaydada tətbiq olunması prinsipi pozulur. BDYP tərəfindən tətbiq olunan normaların Azərbaycan Respublikasının Konstitusiyasina zidd olduğunu bildirmiş və qeyd etmişdir ki, Baş Dövlət x6 rəis müavini İ.F.Rəcəbov tərəfindən 05 sentyabr 2019-ci il tarixli, 016-80463A-4219 nömrəli qərarının qərar hissəsinin ikinci bəndində qeyd olunan 08 dekabr 2018-ci il tarixinə aid olan EQ 802986 nömrəli, 08 mart 2019-cu il tarixli protokol və əlaqəli qərar ləğv edilməsi və icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası DİN-nin Baş Dövlət x7 nümayəndəsi K.F.Quliyev şikayətlə razılaşmayaraq bildirmişdir ki,“xxxxxxxxxxx” **-AB-*** nömrəli avtomobil Ekolizing MMC şirkəti ilə bağlanmış lizinq müqaviləsi əsasında 2016-cı il may ayından onun sahibliyində və istifadəsindədir. Sözügedən nəqliyyat vasitəsi şikayətçinin istifadəsində olsa da onun mülkiyyətində olmamışdır. Bu barədə sənədlər məhkəməyə təqdim olunur. Bundan əlavə müxtəlif vaxtlarda törədilmiş inzibati xətalara görə və tərtib olunmuş MMX 6917561, MMX 7063818, EQ 802985, EQ 802986, EQ 802987, EQ 802988 nömrəli protokollarla bağlı DYP orqanı tərəfindən Ekolizing MMC-yə dəfələrlə sorğular edilmiş və yalnız 07 mart 2019-cu il tarixdə alınmış cavaba əsasən müəyyən olunmuşdur ki, həmin inzibati xətaların baş verdiyi zaman nəqliyyat vasitəsini idarə edən şəxs x3r. Bu səbəbdən də 08 mart 2019-cu i tarixdə R.K.Ağayevin şəxsi kabinetində inizbati tənbeh vermə haqqında qərarlar yerləşdirilmişdir. Şikayətçinin məhkəməni yanıltmaq üçün qeyd etdiyi “nəqliyyat vasitəsi mənim sahibliyimdədir və ARnın İXM-nin 122.1 maddəsilə niyə 1 gün ərzində məlumatlandırılmamasını dəlil gətirərək DYP orqanın İXM-nin 123-cü maddəsinə əsasən Ekolizing MMC-yə sorğu göndərilməsini qanunsuz hesab etmişdir. Lakin bunu əsaslandıracaq heç bir sübutu iş materiallarına əlavə etməmişdir. Belə ki, “ xxxxxxxxxxx” markalı, **-AB-*** nömrəli avtomobil Ekolizing MMC-nin mülkiyyətindədir və R.K.Ağayev sadəcə şirkət ilə öz arasında olan daxili sənədləşməyə əsasən idarə edir. Buna görə də DYP orqanının AR-nın İXM-nin 123.1 və 123.2-ci maddələrinin tələblərinə uyğun inzibati icraat aparması və inzibati xəta hadisələrinə görə tərtib etdiyi inzibati tənbehvermə haqqında qərarlar qanunun tələblərinə tam uyğundur. Şikayətçinin şikayətinin rədd edilməsinin digər bir əsası isə sözü gedən 08 Mart 2019-cu l tarixli MMX 6917561, MMX 7063818, EQ 802985, EQ 802986, EQ 802987, EQ 802988 nömrəli inzibati xətaların ləğv edilməsinə dair tələblə daha əvvəllər Nəsimi Rayon Məhkəməsinə müraciət etməsi olmuşdur. Belə ki, həmin Məhkəmənin 2019-cu il 1 avqust tarixli, 3(006)-1702/2019 saylı qərarı ilə MMX 6917561, MMX 7063818, EQ 802985, EQ 802986, EQ 802987, EQ 802988 nömrəli inzibati xətalara yenidən baxılması, x2 barəsində inzibati icrata xitam verilmədən Baş Dövlət x8 göndərilməsi nəzərdə tutmuşdur. Nəsimi Rayon Məhkəməsinin 2019-cu il 1 avqust tarixli, 3(006)-1702/2019 saylı qərarından x4 tərəfindən şikayət verilməmiş və qərarla razılaşmışdır və həmin qərar qanuni qüvvəsini almışdır. Bu qərarla bağlı bağlı İnzibati orqanda sözügedən inzibati xətalara dair işlərə yenidən baxılmış və 06.09.2019-cu i tarixli, 80463A-4219 nömrəli məktubla şikəyətçiyə məlumat verilmişdir. Qanunvericiliyin tələbinə əsasən eyni hallar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə qərarı olması halında şikayətçinin şikayətinin təmin edilməsndən söhbət gedə bilməz. Göstərilən halları nəzərə alaraq, şikayətin təmin edilməməsini və Azərbaycan Respublikası DİN-nin Baş Dövlət x7 05 sentyabr 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin məhkəmə iclasında verilmiş suallara K.F.Quliyev bildirmişdir ki, DİN-nin DYP Web Portalında yalnız fiziki şəxslərin idarə etdiyi nəqliyyat vasitələrinə dair məlumatlar var, hüquqi şəxslərin mülkiyyətində olan nəqliyyat vasitələrinin kim tərəfindən idarə olunması ilə bağlı məlumatlar yalnız sorğulara verilmiş cavablardan sonra müəyyən edilir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, şikayətçi R.K.Ağayev məhkəmə elektron məlumat verərək şikəyətə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının İXMnin 133.2.4-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatlarına və digər sübutlara məcmu halında qiymət verərək hesab edir ki,şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Belə ki, iş materiallarında olan DİN-nin DYP Web Portal çıxarışından görünür ki, “xxxxxxxxxxx” **-AB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Ekolizing MMC-nin mülkiyyətindədir. İş materiallarında olan Yasamal RPİ-nin DYPŞ-nin 08 iyun 2020-ci tarixli arayışdan görünür ki, Ekolizing MMC-nin 07 mart 2019-cu il tarixdə DYPŞ-nə ünvanlamış cavab məktubuna əsasən MMC-yə məxsus “xxxxxxxxxxx” **-AB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi inzibati xətanın törədilməsinə dair EQ 802986 nömrəli protokol tərtib olunarkən sürüçü R.K.Ağayev tərəfindən idarə edilirmiş. İş materiallarında olan 05 sentyabr 2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarin surətinin ikinci hissəsindən görünür ki, R.K.Ağayev “xxxxxxxxxxx” markalı, **-AB- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə olunması zamanı 08.12.2018-ci il, 31.12.2018-ci il və 16.02.2019-cu il tarixdə törədilmiş inzibati xətaya görə hər biri üzrə 50 manat məbləğində, o cümlədən 16.12.2018-ci il tarixdə törədilmiş inzibati xətaya görə 10 manat məbləğində inzibati cərimə edilmişdir. İş materillarında olan asan ödəniş portalının çıxarışından görünür ki, 08.03.2019-cu il tarixli, EQ 802986 saylı qərara əsasən R.K.Ağayev Azərbaycan Respublikasının İXM-nin 328.1-ci maddəsi ilə təqsirli bilinərək 09 manat cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, “xxxxxxxxxxx” **-AB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Ekolizing MMC-nin mülkiyyətində olmuş və idarə edilməsi üçün R.K.Ağayevə verilmişdir. Sonradan EQ 802986 nömrəli protokol əsasında 08 mart 2019-cu il tarixli qərara əsasən R.K.Ağayev Azərbaycan Respublikasının İXM-nin 328.1-ci maddəsi ilə təqsirli bilinərək 09 manat məbləğində cərimə edilmişdir. Həmçinin Yasamal RPİ-nin DYPŞ-nin 08 iyun 2020-ci tarixli arayışdan müəyyən olunur ki, Şöbə tərəfindən Ekolizing MMC-yə unvanlanmış 02 may, 05 sentyabr, 10 dekabr 2018-ci il və 17 fevral 2019-cü il tarixli “xxxxxxxxxxx” **-AB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin kim tərəfindən idarə olunmasına dair sorğularına Ekolizing MMC tərəfindən yalnız 07 mart 2019-cu il tarixdə cavab verilmişdir. Bu səbəbdən də R.K.Ağayev barəsində inzibati tənbeh vermə haqqında qərarlar 08 mart 2019-cu il tarixdə qəbul olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, vətəndaş R.K.Ağayev barəsində barəsində 08 mart 2019-cu il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 328.1 və 469.3-cü maddələri ilə tərtib edilmiş protokollar və onun əsasında qəbul edilmiş qərarlarqanunvericiliyin tələblərinə əməl olunmaqla qanuni və əsaslı olaraq qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət x7 05 sentyabr 2019-cu il tarixli qərarın ikinci hissəsində qeyd olunan EQ 802986 nömrəli protokol əsasında qəbul olunmuş 08 mart 2019-cu il tarixli qərar qanuni və əsaslı olduğundan R.K.Ağayevin verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: x2 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət x7 05 sentyabr 2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə Qərarın ikinci hissəsində qeyd olunan EQ 802986 nömrəli protokol əsasında qəbul olunmuş 08 mart 2019-cu il tarixli qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-764/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-764/2020
09.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver