Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-764/2025 06.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclas katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-nin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə. xx.xx.1989-cu il tarixdə Ağcabədi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu PŞ-nin polis sahə rəisi X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 06 fevral 2025-ci il tarixli, MN № ******* saylı protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən, 05 fevral 2025-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti ünvanının qarşısında saxlanılaraq narkotik maddələrin təsiri altında olmuş, üzərindən 0,29 qram olan bitki mənşəli narkotik vasitə aşkar olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsində bildirmişdir ki, 2-3 ildir ki, narkotik maddə hesab olunan marixuana qəbul edir. Əvvəllər 20 Yanvar dairəsində ticarətlə məşğul olmuş, sonradan zərərlə işlədiyindən ticarəti dayandırmışdır. Həmin ərazidə alacaqları olduğuna görə 04 fevral 2025-ci il tarixdə, səhər saatlarında Bakı şəhərinə gəlmiş, Nəsimi rayonu, Şamaxinka deyilən ərazi tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manat müqabilində marixuana almış və istifadə etmək üçün üzərimdə gəzdirmişdir. xx.xx.2025-ci il tarixdə günorta saat 14:00 radələrində Moskva prospektində polis əməkdaşları tərəfindən saxlanılmış və 19-cu PŞ-nə gətirilmişdir. Orada üzərinə baxış keçirilərkən özü könüllü olaraq həmin üzərində olan narkotik maddə olan marixuananı çıxardaraq polis əməkdaşlarına təqdim etmişdir. Sonda o, əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Eyni zamanda, o, məhkəməyə ərizə ilə müraciət edərək hazırkı inzibati xəta haqqında işə müdafiəçinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-nin polis sahə rəisi X2 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, 05 fevral 2025-ci il tarixdə saat 14:00 radələrində Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməkdaşları Nəsimi rayonu, Moskva prospektində xidmətdə olan zaman bir nəfər şəxsin narkotik vasitələrin istifadəsində şübhəli apardığını görərək ona yaxınlaşmışlar, sonuncunun könüllü olaraq üzərində saxladığı bir büküm içərisində marixuana olan bükülünü təqdim etməsi səbəbindən 19-cu PŞ-nə gətirilmişdir. Həmin şəxsin PŞ-də şəxsiyyəti müəyyən edilmiş, onun xx.xx.1989-cu il təvəllüdlü Şəxs olması müəyyən olunmuşdur. PŞ-də ona hüquq və vəzifələri izah olunduqdan sonra ona vəkil təyin edilmiş və üzərinə baxış keçirilmişdir. Baxış zamanı o üzərində saxladığı içərisində marixuana olan bükümü polis əməkdaşlarına təqdim etmiş və baxışda iştirak edən şəxslərin yanında içərisində marixuana olan büküm zərfə qoyularaq qablaşdırılmışdır.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 3-16-16-2-7/244 nömrəli ekspert rəyinə əsasən Şəxs götürülmüş 01 ədəd salfet kağızı bükülüdə təmiz çəkisi 0,29 qram olan bitki mənşəli kütlə tərkibində sarkotikmaddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. xx.xx.2025-ci il tarixli cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərara əsasən Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkib əlamətləri yəni “qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması ya göndərilməsi” olduğundan o həmin maddə ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkib əlamətləri yəni “qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması ya göndərilməsi” olduğundan o həmin maddə ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Daha sonra material araşdırılması üçün ona həvalə olunmuş, Şəxs izahatı alınarkən 2-3 ildir ki, narkotik maddə hesab olunan marixuana qəbul etdiyini, 04 fevral 2025-ci il tarixdə, səhər saatlarında Nəsimi rayonu, Şamaxinka deyilən ərazidən tanımadığı şəxsə şəxsi istifadəsi üçün 10 manat ödəməklə içərisində marixuana olan bir ədəd büküm aldığını və istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu PŞ-nin baş təhqiqatçısı Nəsimi Seyidzadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokolun surətindən görünür ki, Şəxs həmin tarixdə tutulmuş, xx.xx.2025-ci il tarixdə isə, azad edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 06 fevral 2025-ci il tarixli, 3-16-16-2-7/244 saylı ekspert rəyindən görünür ki, “tədqiqata təqdim edilmiş kağız paketdə bir ədəd salfet kağızı bükülüdə təmiz çəkisi 0,29 qram olan bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsini rəhbər tutaraq cinayət işinin başlanması rədd edilmişdir. Şəxs barəsində İXM-nin 206-cı maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu PŞ-nin polis sahə rəisi X2 tərəfindən tərtib edilmiş 06 fevral 2025-ci il tarixli, MN № ******* saylı protokoldan görünür ki, Şəxs narkotik vasitə istifadə etməsi müəyyən edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 206-cı maddəsinə əsasən, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati xəta törətmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs qanunsuz olaraq narkotik vasitədən istifadə etmişdir. Bununla da, Şəxs fiziki şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən peşmançılıq çəkməsini (İXM-32.1.1), məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinməli, barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 400 (dörd yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-764/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-764/2025
06.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver