Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-765/2021 17.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, şikayətçi X1 iştirakı ilə, Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin sahə rəisi tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin sahə rəisi tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2020-ci il tarixində saat təqribən 10:27 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “İnşaatçılar” metro stansiyasının girişində xidmət aparan polis serjantları tərəfindən şəxsinə qarşı kobud rəftar edilməklə Azərbaycan Respublikasının “İnzibati Xətalar Məcəlləsi” nin 211.2-ci madəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, xx.xx.2020-ci il tarixində təqribən saat 09:30 radələrində o, “Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərə riayət etməklə (yəni maska taxmaq və digər gigienik tələbləri icra etməklə) bankomatdan pul vəsaitinin çıxarılması, ərzaq alınması və bəzi inzibati məsələləri həll etmək məqsədi ilə yaşadığı evdən çıxaraq Şərifzadə küçəsində, yüksək mərtəbəli binanın altında yerləşən “Kapital Bank”ın müvafiq filialına getmişdir. Orada şəxsinə məxsus təqaüd kartından müəyyən qədər vəsait çıxartdıqdan sonra, həmin küçədə yerləşən (Şərifzadə küçəsində, metronun çıxışından bir qədər irəlidə, “Bakuelektroniks” mağazası ilə üzbəüz yolun solunda) beş mərtəbəli binanın ikinci mərtəbəsində fəaliyyət göstərən BOKOT “xxxx” QSC-nin ofisinə gəlmişdir. BOKOT “xxxx” QSC-nin əməkdaşları ilə icrası zəruri olan bəzi məsələlər barədə söhbət etdikdən sonra müəyyən vaxt müddətində gözləməli olduğunu nəzərə alaraq BOKOT “xxxx” QSC-nin ofisindən çıxmış və qarşıdakı avtobus dayanacağının yanında mövcud olan zibil qabıya doğru hərəkət edərək (Bu zaman dayanacaqda və ümumiyyətlə ətrafda 3-4 metr məsafədə heç bir kəs yox idi) ayaq üstə siqaret çəkməyə başlamışdır. Bir qədər sonra o, fikirini dəyişib ilk öncə marketə və sonra evinə doğru getmək istəmişdir və bu səbəbdən hərəkətini davam etdirmişdir. Bu məqamda onun hərəkət etdiyini və siqaret çəkdiyini görən polis kiçik serjantı Məmmədov Anar (sonradan xidməti vəsiqəsini təqdim etmədən polis kiçik serjantı özünü Anar Məmmədov kimi təqdim etdi) ona etik davranış qaydalarına riayət etməklə müraciət edərək ona yaxınlaşmağı xahiş etmişdir. O, kiçik serjant A. Məmmədova yaxınlaşmış, şəxsiyyət vəsiqəsini təqdim edərəK 8103 SMS icazə xidmətindən müvafiq icazəsinin olduğunu bildirmişdir. Polis serjantı A.Məmmədov İXM-nin və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarından sitatlar gətirərək, həmin qanunun tələblərini pozduğuna görə (hərəkətdə olaraq siqaret çəkməyinə görə) ona 100 AZN (yüz manat) cərimə elan etmişdir. O, geri dönərək siqareti zibil qabına tullamaq istədikdə baş serjant ondan siqareti tullamağı tələb etmiş və o, tərəddüd etmədən, dərhal siqareti tullayaraq onu ayağı ilə əzmiş və polis serjantlarından səmimi olaraq üzr istəmişdir, xətasını başa düşdüyünü, etiraf etdiyini, lakin yüz manat cərimənin həddindən artıq çox olduğunu bildirmişdir. Polis serjantlarının ona müraciəti əsasında onlara yaxınlaşarkən tərəfindən “Epidemiya əleyhinə rejim, sanitariyagigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblər” tərəfindən tam şəkildə icra edilmişdir. Əksinə özünü baş serjant Abdullayev Ramin kimi təqdim edən polis baş serjantının üzündəki maska dəfələrlə aşağı düşmüşdür. Polis serjantları ilə söhbət zamanı onunda maskası dəfələrlə burnunun üzərindən düşmüşdür (çənəsinin hərəkəti nəticəsində). Lakin o, hər dəfə (maskanın ağız boşluğuna yaxınlaşdığını hiss etdikdə) maskanı yuxarı qaldıraraq polis serjantlarından yaranmış vəziyyət ilə əlaqədar üzr istəmişdir. Bunulada bir vətəndaş və eyni zamanda SQ-in ehtiyatında olan zabit kimi etik davranış qaydalarına riayət etmişdir. Polis serjantı A.Məmmədovun tələbinə əsasən o, dərhal siqareti tullayıb ayağı ilə əzdikdən sonra ona müraciət edərək siqaret çəkməyə görə 100 AZN (yüz manat) cərimə edilmənin çox sərt olduğunu dedikdə baş serjant Abdullayev Ramin şəxsimə qarşı kobudluq göstərmiş və ən əsası və təhlükəlisi isə “Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblər”i (üzündən maskanı bir anlığa asaqı salaraq başını sifətimə mümkün qədər yaxın yaxınlaşdırıb Qanunvericiliyin maddəsini yüksək səslə bir daha ona təkrarlayaraq) pozmuşdur. Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında qanunvericilik haqqında natamam məlumata malik olduğunu və bununla belə qanunvericilik aktlarını tələblərinə görə ilk dəfə görülən xətaya görə 100 AZN cərimə elan edilməsinin, yazılmasının (tətbiq edilməsinin) çox sərt və qanuna zidd olduğunu bildirmişdir. Lakin polis baş serjantı onun sözlərini dinləməkdən imtina etmiş, cərimə yazılacağını bildirmiş, şəxsiyyət vəsiqəsinin və özünün foto şəkilini telefonuna çəkdikdən sonra ona “gedə bilərsiz” demişdir. Xüsusi olaraq qeyd etmək istəyir ki. “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılmasa haqqında” Qanuna əsasən Azərbaycan Respublikasında tütündən istifadənin məhdudlaşdırılması və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirinin azaldılması məqsədi ilə müvafiq yerlərdə tütün çəkilməsi qadağandır. Lakin bu günə qədər ona məlum deyildir ki, hansı səbəblərdən məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanunvericiliyə əsasən Azərbaycan Respublikasında tütündən istifadənin məhdudlaşdırılması və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirinin azaldılması məqsədi ilə qadağan edilmiş yerlərdə “siqaret çəkdiyimiə görə” barəsində İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir və hansı əsaslarla siqaret çəkilməsinin qadağan olunduğu işarəsi olmayan yerdə siqaret çəkdiyinə görə barəsində inzibati xəta protokolu tərtib edilmişdir. Bundan sonra o, yaşadığı evə doğru bir qədər yol getdikdən sonra (təqribən hadisə yerindən 1-1.5 km ayrılaraq) internet vasitəsi ilə telefonumda İXM-nin 212-ci və 211-ci maddələrini nəzərdən keçirmiş və yenidən geri qayıdaraq həmin polis serjantlarına yaxınlaşmışdır. Serjantlara yaxınlaşaraq bildirmişdir ki, siqaret çəkməyə görə cərimələrin tətbiqi (siqaret çəkmənin məhdudlaşdırılmasına dair qanunvericilik nəqliyyat vasitələrində və ya ictimai yerlərdə, insanların sıx olan yerlərdə siqaret çəkildiyi hallara şamil edilir) vətəndaşların sıx olaraq yığıldıqları yerdə tətbiq edilir və bu cərimənin məbləği 30 AZN təşkil edir. Onun 49 yaşı var və həyatında ilk dəfədir ki, barəsində İXM-nin maddəsi ilə nəzərdə tutulmuş xətaya görə protokol tərtıb edilmişdir. Protokol ilə tanış olmuş və imzalamışdır. Lakin bu zaman maddələrin hansı maddə olduğunu (yəni 211 və 212-ci maddənin hansı xətalara aid olduğunu bilməmişdir). Protokolda polis baş serjantının öz ad və soyadını söyləməkdən imtina etdiyini qeyd etmişdir. Daha sonra o, müraciət etdikdə polis əməkdaşı iri addımlar ilə, telefonla danışa-danışa hadisə yerindən uzaqlaşmışdır. O, İnzibati İcraat Haqqında Azərbaycan Respublikası qanunvericiliyi ilə nisbətən tanış olduğu üçün polis leytenantı Rüfət Xələfova müraciət edərək bildirmişdir ki, qanunvericiliyiə görə ilk dəfə törədilən xətaya görə bu qədər ağır tənbeh (cərimə tətbiq edilmir) və ümumiyyətlə siqaret çəkməyə görə cərimə yüz yox, otuz manat cərimə müəyyən edildiyini bildirmişdir. Lakin leytenant Rüfət Xələfov elə bir qanunvericiliyin mövcud olmadığını, İXM-nin və İPM-nin mövcud olduğunu bildirmişdir. O, leytenant Rüfət Xələfova onun tərtib etdiyi xx.xx.2020-ci il tarixli, MN № ******* İnzibati xəta haqqında protokolda qeyd edilənlər ilə razı olmadığını bir daha şifahi olaraq bildirərək onlardan aralanmışdır. Bundan sonra isə evə gələrək 102 qaynar xəttə zəng edərək xx.xx.2020-ci il tarixli, MN № ******* İnzibati xəta haqqında protokolda qeyd edilənlər ilə əlaqədar şikayət və narazılığını bildirmişdir. Bununla kifayətlənməyib DİN-ə cənab general polkovnik Vilayət Eyvazovun ünvanına xx.xx.2020-ci il tarixli, 001- 71823M-4120 və xx.xx.2020-ci il tarixli, 001-71823/2M-4120 nömrəli elektron müraciət göndərmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyinin ünvanına göndərdiyi elektron müraciətinin nətəcələri barədə rəsmi cavab əldə etmək niyətində olduğunu nəzərə alaraq DİN-nin qaynar xəttinə, habelə məlumat mərkəzinə telefon zəngləri edərək müraciətinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin İctimai təhlükəsizlik idarəsinə ünvanlandığını, orada isə müraciətində qeyd edilənlərin idarənin məsul əməkdaşı polis mayoru Amil Sultanlıya tapşırıldığı haqqında müvafiq məlumat əldə etmişdir. Qeyd etdiklərinin nəticəsi olaraq xx.xx.2020-ci il tarixində elektron poçt ünvanına Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin İctimai təhlükəsizlik idarəsinin rəisi cənab Sərdar Səfərovun imzası ilə xx.xx.2020-ci il tarixli, 044-71823M-4220 nömrəli məktub daxil olmuşdur (Məktubun surəti şikayət ərizəsinə əlavə olunur). Məktubda yazılanları nəzərə alaraq Bakı şəhəri, Yasamal RPİ-nə, habelə Yasamal RPİ-nin 29-cu polis bölməsinə zəng edərək şikayətinin nəticələri ilə bağlı məlumat əldə etmək, habelə müvafiq araşdırma təyin edildiyi təqdirdə (mən düşünürdüm ki, müvafiq araşdırma təyin edilməlidir) araşdırmada maraqlı tərəf, maraqlı şəxs olaraq iştirak etmək hüququnun olduğunu nəzərə alaraq (məsələ ilə əlaqədar sübutlarını təqdim etmək, zərurət olduqda hansısa bir məqamlara dair faktiki halları izah etmək tələb edilirsə) təkliflər etmişdir. Lakin Yasamal RPİ-nin əməkdaşı Rövşən Fərzəliyev məsələ ilə əlaqədar artıq cavab məktubu tərtib edilərək ünvanına göndərildiyini bildirmişdir. Bir müddət keçdikdən sonra elektron poçt ünvanına Bakı şəhəri BPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin rəisi Sərdar Səfərovun imzası ilə xx.xx.2021-ci il tarixli, 044- 71232M-4221 nömrəli digər məktub daxil olmuşdur (Məktubun surəti ərizəyə əlavə olunur). Lakin təqdim edilmiş bu cavab məktublarının heç birində İXM-nin müvafiq maddəsinin tələblərinə əsasən inzibati xəta haqqında qərardadın qəbul ediləcəyi və ya inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə məlumat olmamışdır. Əksinə o, inzibati xətanın törədilməsi faktının mövcud olmadığını və tərtıb edilmiş protokolun qanuna zidd şəkildə tərtib edildiyini dəfələrlə öz müraciətlərində bildirdıyinə baxmayaraq inzibati xəta haqqında iş üzrə icraatı həyata keçirən Yasamal RPİ-nin 29-cu polis bölməsinin əməkdaşları İXM-nin müddəa və tələblərinə əsasən onun işdə iştirak etməyi barədə ona zəruri məlumatları verməmişlər, işdə iştirakına zərurət belə görməmişlər. Halbuki, o, dəfələrlə həm Bakı şəhər Polis İdarəsinin polis zabitlərinə, həmdə Yasamal RPİ-nin müvafiq polis zabitlərinə müraciət edərək işdə iştirak etmək niyyətimdə olduğunu, habelə tərəfindən protokolda törədildiyi qeyd edilən inzibati xətanın törədilmədiyini bildirsə də onlar, yəni icraatı həyata keçirən İXM-nin müddəa və tələblərinə əsasən inzibati xəta haqqında iş üzrə icraatıda iştirakını qəsdən məhdudlaşdırmışlar. Bakı şəhəri BPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin rəisi Sərdar Səfərovun imzası ilə ünvanıma daxil olan xx.xx.2021-ci il tarixli, 044-71232M-4221 nömrəli məktubda “karantin rejiminin tələblərini pozduğunuza görə barənizdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2 maddəsi ilə inzibati protokol tərtib olunmuş inzibati xəta haqqında protokolun ləğvi yalnız düzgün tərtib edilmədiyi təsdiqləndiyi halda müvafiq məhkəmə orqanı tərəfindən həyata keçirilir” ifadəsi öz əksini tapmışdır (Məktubun surəti ərizəyə əlavə olunur). Ünvanına daxil olmuş bu məktubun məzmunundan, habelə vətəndaşlara proaktiv xidmətlər göstərməklə onların işlərini asanlaşdıran, resurslarına qənaət edərək şəffaf və operativ xidmət göstərən “myGov” elektron hökumət portalına daxil olaraq portalda barəsində mövcud olan məlumatlardan müəyyən etmişdir ki, Yasamal RPİ-nin 29-cu polis bölməsinin zabiti Rüfət Xələfov tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN № ******* İnzibati xəta haqqında protokol, habelə “myGov” elektron hökumət portalın mövcud olan məlumat İXM-nin müddəa və tələblərinə zidd olaraq tərtib edilərək yerləşdirilmişdir. Belə ki, İXM-nin 45.1-ci maddəsinə əsasən törədilmiş inzibati xətalar və həmin xətaları törətmiş şəxslər barədə məlumatların uçotu, sistemləşdirilməsi və saxlanılması məqsədi ilə inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər) baxdığı inzibati xətalar haqqında işlər barədə elektron informasiya sistemlərini (ehtiyatlarını) (bundan sonra informasiya ehtiyatı) yaradır və həmin informasiya ehtiyatlarının fəaliyyətini təmin edir. xx.xx.2020-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokolu nəzərdən keçirdikdə məlum olur ki, İnzibati xəta xx.xx.2020-ci il tarixində törədilmişdir. Protokolun növbəti bəndinə (yəni barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin soyadı, adı, atasının adı, vəzifəli şəxs kimi məsuliyyətə cəlb edildikdə vəzifəsi, vətəndaşlığı, doğulduğu tarix, şəxsiyyətini təsdiq edən sənədin seriyası və nömrəsi, vətəndaşın fərdi identifikasiya nömrəsi, hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) qeyd edilməli olan hissəyə diqqət yetridikdə məlum olur ki, barəmdə tərtib edilən inzibati xəta protokolunda mövcud olan qeydlər fiziki şəxsə aid olan qeydlərdir və mənim vəzifəm və ya xidmət etdiyim (həqiqi hərbi xidmətdə olmuş olsaydım) hərbi birləşmə və ya hərbi hissə müəssisə və ya təşkilat barəsində heç bir qeyd mövcud deyildir. Protokolun növbəti hissəsinə (yəni inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyəti qeyd edilən hissəyə) diqqət yetirdikdə, inzibati xətanın törədildiyi vaxt barədə heç bir məlumat əldə etmək mümkün olmur. Bir sözlə inzibati xətanın törədildiyi vaxt məlum olmamışdır. Protokolun növbəti bəndində, (yəni barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin soyadı, adı, atasının adı, vəzifəli şəxs kimi məsuliyyətə cəlb edildikdə vəzifəsi, vətəndaşlığı, doğulduğu tarix, şəxsiyyətini təsdiq edən sənədin seriyası və nömrəsi, vətəndaşın fərdi identifikasiya nömrəsi, hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) qeyd edilən yerdə haqqımda olan məlumatın fiziki şəxsə aid olan məlumat olduğunu göstərir. Daha sonra protokolun bu fakt müəyyən edilmiş sübutlar ilə təsdiq edilir bəndində (yəni, olduğu halda, şahidlərin və zərər çəkmiş fiziki şəxslərin adı, atasının adı, soyadı, onların yaşadığı yerin ünvanı və izahatının məzmunu, hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) məlumatlar öz əksini tapmamışdır. Daha sonra protokolun İnzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitədən istifadə olunmuşdursa, həmin xüsusi texniki vasitələr haqqında müvafiq məlumatlar öz əksini tapmamışdır. Lakin yuxarıda qeyd etdiyi “myGov” elektron hökumət portalın mövcud olan məlumatlara diqqət yetirdikdə məlum olur ki, barəsində inzibati xəta törədilməsi haqqında tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN № ******* nömrəli İnzibati xəta haqqında protokolu tərtib edən və bu protokolda qeyd edilən məlumatları elektron hökumət portalında yerləşdirən (yerləşdirilməsi üçün müvafiq qurumlara, öz vəzifə səlahiyyətlərindən irəli gələrn vəzifələrinə əsasən məlumat göndərən) vəzifəli şəxslər, öz vəzifələrinə qeyri ciddi yanaşaraq, hüquqa zidd hərəkətlərə yol vermiş və bununlada öz vəzifələrindən sui istifadə edərək, həqiqətə uyğun olmayan, yalan və böhtan xarakterli hallara istinad edərək barəsində xx.xx.2020-ci il tarixli, MN № ******* nömrəli İnzibati xəta haqqında protokolu tərtib etmişlər. “myGov” elektron hökumət portalında barəsində yerləşdirilən məlumatlara diqqət yetirdikdə (myGov.az saytında əks edilmiş məlumatı özündə əks etdirən foto şəkil şikayət ərizəsinə əlavə edilir) belə bir nəticəyə gəlmək olur ki, xx.xx.2020-ci il tarixli, MN № ******* nömrəli İnzibati xəta haqqında protokolda qeyd edilən inzibati xəta xx.xx.2020-ci il tarixində, saat 06:38:58-də vəzifəli şəxs olan X2 tərəfindən törədilmişdir. Lakin xx.xx.2020-ci il tarixli, MN № ******* nömrəli İnzibati xəta haqqında protokola diqqət yetirdikdə bunun tam əksi, yəni protokolun fiziki şəxs olan X1, xx.xx.2020-ci il tarixində, naməlum vaxtda (yəni vaxtı məlum olmayan saatda) törətdiyi inzibati xəta haqqında tərtib edildiyi nəticəsinə gəlmək olur. Bununla yanaşı qeyd edir ki, yuxarıda qeyd etdiyi kimi polis kiçik serjantı Anar Məmmədov ona müraciət edərək, ona yaxınlaşmağı xahiş etmiş və tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında qanunvericilikdən bəhs edərək onun cərimələndirildiyini qeyd etmişdir. Lakin barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN № ******* nömrəli İnzibati xəta haqqında protokolda ona məlum olmayan səbəblərdən İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tətbiq edilmişdir. Protokol ilə tanış olduğunu təsdiq etmək məqsədi ilə imzaladığı zaman polis leytenantı Rüfət Xələfov ona məhz İXM-nin 211.2-ci maddəsinin tətbiq etdiyinin səbəblərini açıqlamamışdır. Bir sözlə Yasamal RPİ-nin 29-cu polis bölməsin zabiti, leytenant Rüfət Xələfov tərəfindən vətəndaş S.M.Məmmədov barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli. MN № ******* İnzibati xəta haqqında protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə zidd olaraq tərtib edilmişdir. Bunula əlaqədar bildirir ki, xx.xx.2020-ci il tarixli, MN № ******* nömrəli İnzibati xəta haqqında potokolun tərtib edildiyi xx.xx.2020-ci il tarixində, o, ölkədə tətbiq edilən ciddi karantin rejim qaydalarına riayət edərək (yəni maska taxaraq) saat 09:12-də 8103 SMS nömrəsinə müvafiq məlumatları göndərərək 09:27-də ona verilən icazə əsasında 09:30 - 09:35 radələrində “İnşaatçılar” metro stansiyasını yaxınlığında yerləşən mənzilindən (mənzili yerləşən bina ilə “İnşaatçılar” metro stansiyasını arasında təqribən 1000-1500 metr məsafə mövcuddur) bankomatdan vəsait çıxarmaq, ərzaq almaq və bank ilə əlaqədar digər məsələləri həll etmək məqsədi ilə çıxmışdır. Xüsusi dövlət orqanlarında xidmət edən vəzifəli şəxslər üçün (xidməti vəzifələrinin icrası ilə əlaqədar olaraq) “myGov” elektron hökumət portalından istifadə etməklə, sorğu göndərməklə Azərbaycan Respublikasının istənilən vətəndaşı haqqında müvafiq məlumatları (xüsusilə də barəsində hər hansı bir məlumatı gizlətmək niyyətində olmayan, habelə rəsmi əmək fəaliyyəti ilə məşqul olan və həyatının heç də az olmayan 20 il müddətini həqiqi hərbi xidmətdə olan vətəndaşlar barəsində) əldə etmək heç bir çətinlik törətmir. Qeyd edilənlərdən belə birqənayətə gəlmək olur ki, xx.xx.2020-ci il tarixli, MN № ******* nömrəli İnzibati xəta haqqında potokolu tərtib edən polis zabiti, leytenant Rüfət Xələfov “myGov” elektron hökumət portalının İcazələrin Alınması və Monitorinqi Sistemindən arayışlar haqqında məlumataları əldə etmiş və bu məlumatlara əsasən ona məlum olmuşdur ki, o, “xxxx” QSC-nin X4 Donanmasında Hamiyəçi mexanik vəzifəsində çalışır və xx.xx.2020-ci il tarixindən xx xxxxxx 2020-ci il tarixədək əmək fəaliyyəti ilə əlaqədar olaraq müvafiq icazələrə malik olmuşdur və vəzifəli şəxsdir. Qeyd etdikləri bir daha sübut edir ki, xx.xx.2020-ci il tarixli, MN № ******* nömrəli İnzibati xəta haqqında potokol əsasında müvafiq məlumatları “myGov” elektron hökumət portalında yerləşdirən vəzifəli şəxs, habelə xx.xx.2020-ci il tarixli, MN № ******* nömrəli İnzibati xəta haqqında potokolu tərtib edən polis leytenantı Rüfət Xələfov öz vəzifə səlahiyətlərindən sui istifadə edərək, barəsində tərtib edilmiş inzibati xəta protokolunu tərtib edərək qanuna zidd olan hərəkətlər etmişdir. Məlumdur ki, hakimiyyət nümayəndələri, dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş, yaxud xüsusi səlahiyyət əsasında dövlət və ya yerli özünüidarə orqanlarını təmsil edən şəxslər, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, bundan başqa dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, o cümlədən publik hüquqi şəxslərin, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarının rəhbərləri və işçiləri, həmin qurumlarda xüsusi səlahiyyət üzrə təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər vəzifəli şəxslər sayılır. Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Bildiyimiz kimi İXM-nin 211.2-ci maddəsidə - “Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, cərimə edilir” qeyd edilmişdir. Məcəllənin bu maddəsində söhbət - Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadəsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasını törədən fiziki şəxslərdən cərimə tutulması nəzərdə tutulur. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Lakin Bakı şəhəri Baş Polis İdarəsinin İctimai təhlükəsizlik idarəsinin rəisi Sərdar Səfərovun imzası ilə ünvanına daxil olmuş xx.xx.2021 -ci il tarixli, 044-71232İWİ-4221 nömrəli məktubun mətnindən görünür ki, barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN № ******* nömrəli İnzibati xəta haqqında protokolun yalan hallan qeyd etməklə yazıldığını sübut etmək şikayətçi kimi onun vəzifəsidir. Halbuki, yuxarıda qeyd etdiyim faktların, habelə məhkəməyə təqdim edəcəyim sübutların araşdırılması və qanunvericilik əsasında qiymətləndirilməsi əsasında barəsində inzibati xətanın törədilməsi haqqında tərtib edilən xx.xx.2020-ci il tarixli, MN № ******* nömrəli İnzibati xəta haqqında potokolun düzgün tərtib edilmədiyini isbat etmək heç bir çətinlik törətmir. Azərbaycan Respublikası “İnzibati icraat haqqında” Qanunun müddəalarına görə Qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Lakin bütün qeyd edilənlərə baxmayaraq İnzibati xəta haqqında is üzrə icraatı verinə yetirən Yasamal RPİ-nin məsul əməkdaşları polis mayoru Rüfət Şərifov və Yasamal RPİ-nin polis mayoru Rövşən Fərzəliyev onun icraatda iştirakını təmin etməmiş olduqları azmış kimi Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsinin sahə müfəttişi leytenant Rüfər Xələfov tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli MN № ******* İnzibati xəta haqqında protokol əsasında qərarın tərtib etmişdir. Qeyd edilənlərdən açıq aydın görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsinin sahə müfəttişi leytenant Rüfər Xələfov tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, MN № ******* inzibati xəta haqqında protokol əsasında, həmin polis bölməsinin polis mayoru Rüfət Şərifov tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərar qanuna zidd olaraq qəbul edilmiş. Belə ki, hazır iş ilə əlaqədar maraqlı tərəf olaraq məndə mövcud olan sübutlara baxmadan, şahidləri dinləmədən, təqdim edə biləcəyi sübutları qiymətləndirmədən Yasamal RPİ-nin 29-cu polis bölməsinin zabiti, leytenant Rüfət Xələfov tərəfindən xx.xx.2020-ci il tarixində, faktiki olaraq saat 10:00 - 11:00 radələrində barəsində tərtib olunmuş xx.xx.2020-ci il tarixli, MN № ******* İnzibati xəta haqqında protokolun tərtib edilməsi zamanı qanunauyğunsuzluq hallarına yol verilmədiyini nə cür müəyyən etmək mükündür? Ünvanına göndərilmiş bu məktubun məzmunundan, habelə vətəndaşlara onların işlərini asanlaşdıran, resurslarına qənaət edərək şəffaf və operativ xidmət göstərən “myGov” elektron hökumət portalına daxil olaraq portalda barəsində mövcud olan məlumatlardan müəyyən etmişdir ki, Yasamal RPİ-nin 29cu polis bölməsin zabiti Rüfət Xələfov tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN № ******* İnzibati xəta haqqında protokol, habelə “myGov” elektron hökumət portalın mövcud olan məlumat İXM-nin müddəa və tələblərinə zidd olaraq tərtib edilərək yerləşdirilmişdir. Qeyd edilənlərə əsasən hesab edir ki, xx.xx.2020-ci il tarixli, MN № ******* İnzibati xəta haqqında protokol əsassızdır. Xüsusi olaraq qeyd edərək Yasamal RPİ-nin 29-cu polis bölməsinin (ÇPA-nın serjantları) serjantları ona yaxınlasdıqları zaman tərəfindən İXM-nin 211.2-ci maddəsinin yox, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunvericliyinin və ya İXM-nin 212.1 maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyini bildirmişdilər. Lakin daha sonra yaxınlaşan polis leytenantı Rüfət Xələfov nədənsə xx.xx.2020-ci il tarixli, MN № ******* İnzibati xəta haqqında protokolda tərəfindən İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətdildiyini qeyd etmişdir. Yasamal RPİ-nin 29-cu polis bölməsinin zabiti, leytenant Rüfət Xələfov xx.xx.2020-ci il tarixli, MN № ******* inzibati xəta haqqında protokolu faktiki olaraq xx.xx.2020-ci il tarixində, saat 10:00 - 11:00 radələrində tərtib etdiyinə rağmən İXM- nin 45.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqan tərəfindən yaradılmış informasiya bazasında xətanın xx.xx.2020-ci il tarixində, saat 06:38:58-də törədildiyini qeyd etmişdir. xx.xx.2020-ci il tarixli, MN № ******* inzibati xəta haqqında protokolda isə inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyəti barədə məlumat yazılmalı olan sahədə təkrar olaraq tarixi qeyd etmiş lakin vaxtı yəni xətanın törədildiyi yerin vaxtını qeyd etməmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardad İXM-nin 42.2 və 43.2-ci maddələrinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib etmək və inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən qəbul edilir. Qeyd etdiklərindən görünür ki, inzibati xəta haqqında işə baxan vəzifəli şəxsin hərəkətləri qanunamüvafiq bir şəkildə həyata keçirilməmişdir. Göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin sahə rəisi tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə lazımi qaydada məlumat verilsə də, Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları (vəzifəli şəxslər) tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Bu Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir. İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi tərəfindən qeyd edilən inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə riayət olunmamış, barəsində icraat aparılan şəxsin iştirakı təmin olunmadan və zəruri araşdırma aparılmadan işə baxılaraq qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin sahə rəisi tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin sahə rəisi tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-765/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-765/2021
17.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver