Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-7687/2025 29.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin nümayəndəsi X8 iştirakı ilə, Şəxs QSC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov, ev 14, mənzil 1; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 192.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs QSC-nin İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görə X12 xx.xx.2024-cü il tarixdən, X9 xx.xx.2024-cü il tarixdən, X19, X13, X21 xx.xx.2025-ci il tarixdən hazırkı tarixədək Qarabağ və Şərqi Zəngəzur rayonlarında əmək müqaviləsi AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişlər, bununla da, Şəxs QSC Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İştirak etdiyi məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X17 Xidmətinin nümayəndəsi X2 protokolu müdafiə edərək Şəxs QSC-nin inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs QSC-nin nümayəndəsi X15 məhkəməyə ünvanlanmış etiraz ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X17 Xidməti tərəfindən Hüquqi şəxs Şəxs QSC barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN2338557 nömrəli inzibati xəta haqqında protokol qanunsuz və əsassızdır. Çünki protokolda qeyd edilən şəxslərin əmək müqaviləsi olmadan işə cəlb edilməsi halı mövcud deyil. Belə ki, Şəxs QSC-nin Daxili İşlər Nazirliyinin “işğaldan azad olunmuş ərazilərdə buraxılış informasiya sisteminə” giriş səlahiyyəti yoxdur. Qərarda adları çəkilən işçilərdən Şəxs QSC-nin Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının tikintisində layihə rəhbəri kimi çalışan X12 xx.xx.2024-cü ildə işə qəbul edilmiş, xx.xx.2024-cü ildə öz ərizəsi ilə işdən azad edilmişdir. Qarabağ və Şərqi Zəngəzur rayonlarına giriş icazəsinin ləğv edilməsi üçün xitam cədvəli xx.xx.2024-cü il, xx.xx.2025-ci il tarixlərində layihəsini icra etdikləri Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təqdim edilmişdir. Şəxs QSC-nin Ağdam rayonunda yaşayış binalarının tikintisi obyektində qəlibçi kimi çalışan X9 xx.xx.2024-cü ildə işə qəbul edilmiş, xx.xx.2024-cü ildə öz ərizəsi ilə işdən azad edilmişdir. Qarabağ və Şərqi Zəngəzur rayonlarına giriş icazəsinin ləğv edilməsi üçün xitam cədvəli xx.xx.2024-cü il, xx.xx.2025-ci il tarixlərində layihəsini icra etdikləri “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsinə təqdim edilmişdir. Şəxs QSC-nin Ağdam rayonunda yaşayış binalarının tikintisi obyektində fəhlə kimi çalışan X19 xx.xx.2024-cü ildə işə qəbul edilmiş, xx.xx.2025ci ildə öz ərizəsi ilə işdən azad edilmişdir. Qarabağ və Şərqi Zəngəzur rayonlarına giriş icazəsinin ləğv edilməsi üçün xitam cədvəli xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixlərində layihəsini icra etdikləri “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsinə təqdim edilmişdir. Şəxs QSC-nin Ağdam rayonunda yaşayış binalarının tikintisi obyektində qəlibçi kimi çalışan X13 xx.xx.2024-cü ildə işə qəbul edilmiş, xx.xx.2025-ci ildə öz ərizəsi ilə işdən azad edilmişdir. Qarabağ və Şərqi Zəngəzur rayonlarına giriş icazəsinin ləğv edilməsi üçün xitam cədvəli xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixlərində layihəsini icra etdikləri “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsinə təqdim edilmişdir. Şəxs QSC-nin Ağdam rayonunda yaşayış binalarının tikintisi obyektində fəhlə kimi çalışan X21 xx.xx.2024-cü ildə işə qəbul edilmiş, xx.xx.2025-ci ildə öz ərizəsi ilə işdən azad edilmişdir. Qarabağ və Şərqi Zəngəzur rayonlarına giriş icazəsinin ləğv edilməsi üçün xitam cədvəli xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixlərində layihəsini icra etdikləri “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsinə təqdim edilmişdir. X5, X3, X14, X6, X16 hər biri izahatlarında göstərmişdir ki, işdən azad olunduqları tarixdən etibarən Qarabağ və Şərqi Zəngəzur rayonlarına daxil olmamış və orada fəaliyyət göstərməmişlər. Bununla bağlı qanuni quvəyə minmiş məhkəmə qərarları da qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X17 Xidməti tərəfindən hüquqi şəxs Şəxs QSC barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol qanunsuz və əsasız olduğundan icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs QSC-nin Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(006)-1014/2025 saylı qərarından görünür ki, Şəxs QSC-nin direktoru X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 12 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət qismən təmin edilmiş və qeyd olunan qərarın ləğv edilərək baxılması üçün həmin quruma göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(006)-1014/2025 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 12 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X12 xx.xx.2024-cü il tarixdən, X9 xx.xx.2024-cü il tarixdən, X19, X13 və X21 xx.xx.2025-ci il tarixdən hazırkı tarixədək Qarabağ və Şərqi Zəngəzur rayonlarında əmək müqaviləsi AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunduqlarına görə Şəxs QSC-nin direktoru X1 Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3.000 manat məbləğində cərimə edilsə də, X17 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən aparılan inzibati xəta haqqında iş üzrə icraat qanunvericiliyin tələblərinə tam riayət olunmaqla aparılmamış, iş üzrə bütün faktiki halları tam və hərtərəfli qaydada öyrənmək üçün lazımi tədbirlər görülməmiş, o cümlədən qərarda adları qeyd olunan şəxslərin izahatları alınmamış, faktla bağlı zəruri araşdırmanın aparıldığını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Bununla da vəzifəli şəxsin təqsirliyini sübut edən kifayət qədər dəlil toplanılmayaraq X17 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən prosessual normalara və sübutetmə vəzifəsinə əməl olunmamışdır. Beləliklə aydın olur ki, işin halları hərtərəfli, tam və obyektiv araşdırılmamışdır. Göstərilənlər nəzərə alınmaqla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 12 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş yenidən baxılması üçün həmin quruma göndərilmişdir. Həmçinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(006)- 1014/2025 saylı qəbul edilərkən araşdırılmış iş materialları ilə müəyyən olunmuşdur ki, “Əmək müqaviləsinə xitam verilməsi” barədə xx.xx.2024-cü il tarixli, 1089 saylı əmrə əsasən X9 ilə bağlanılmış əmək müqaviləsinə həmin tarixdə, xx.xx.2024-cü il tarixli, 2004 saylı əmrə əsasən X12 ilə bağlanılmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə, xx.xx.2025-ci il tarixli, 02 saylı əmrlərə əsasən X21, X19 və X13 ilə bağlanılmış əmək müqavilələrinə həmin tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. X3 xx.xx.2025-ci il tarixli izahatında qeyd olunmuşdur ki, o, xx.xx.2024-cü il tarixdə öz ərizəsi ilə işdən azad olunmuş, həmin tarixdən etibarən Qarabağ və Şərqi Zəngəzur rayonlarına daxil olmamış və ərazidə fəaliyyət göstərməmişdir. X16, X6 və X14 xx.xx.2025-ci il tarixli izahatlarında qeyd olunmuşdur ki, onlar xx.xx.2025-ci il tarixdə öz ərizələri ilə işdən azad olunmuş, həmin tarixdən etibarən Qarabağ və Şərqi Zəngəzur rayonlarına daxil olmamış və ərazidə fəaliyyət göstərməmişlər. X5 xx.xx.2025-ci il tarixli izahatında qeyd olunmuşdur ki, o, xx.xx.2024-cü il tarixdə öz ərizəsi ilə işdən azad olunmuş, həmin tarixdən etibarən Qarabağ və Şərqi Zəngəzur rayonlarına daxil olmamış və ərazidə fəaliyyət göstərməmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(103)-1064/2025 saylı qərarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(006)-1014/2025 saylı qərarı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X17 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs QSC tərəfindən X9 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində, X12 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində, X21, X19 və X13 ilə bağlanmış əmək müqavilələrinə xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Məhkəmə qeyd edir ki, protokol tərtib edilərkən iş üzrə icraat qanunvericiliyin tələblərinə tam riayət olunmaqla aparılmamış, iş üzrə bütün faktıkı halları tam və hərtərəfli qaydada öyrənmək üçun lazımi tədbirlər görülməmiş, yalnız Daxili İşlər Nazirliyindən daxil olan məlumatlar əsas götürülməklə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, hüquqi şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə - inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İXM-nin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl mövcud deyildir. Ona görə də, Şəxs QSC barəsində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 53, 105, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs QSC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-7687/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-7687/2025
29.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver