Məhkəmə qərarları › İş №3(006)-770/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-770/2025

26.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-770/2025 26.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi «X17 Xidməti» X23 X15 İdarəsinin nümayəndəsi X5, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi "xxxx" MMC-nin direktoru X7 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi "xxxx" MMC-nin direktoru X13 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsinin qəbul etdiyi xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırlmışdır ki, 30 oktyabr 2024-cü il tarixində Strateji obyekt sayılan Ceyranbatan su anbarının ərazisində Taxtakörpü-Ceyranbatan kanalında su anbarına daxil olan hissədə quraşdırılmış texniki qurğuda kənar tullantıların qarşısının alınması üçün işçilərin səfərbər edilməsi zərurəti ilə əlaqədar müəyyən tapşırıqlar verilmişdir. Bununla əlaqədar işçilərə, eləcədə suvarma nasosları üzrə operatoru Abbas Murtuzova müraciət edilmiş, lakin X25 Qələndərova kobud şəkildə etiraz edərək verilən tapşırıqları yerinə yetirməkdən imtina etmişdir. xx.xx.2024-cü il tarixində idarənin bütün işçilərini Su anbarlarının ərazisinin yaşıllaşdırma idarəsinin fəaliyyəti ilə əlaqədar müəyyən edilmiş işlərin icrası məqsədilə əraziyə göndərilməsi üçün işçilər avtobusun qarşısına yığılmışlar. Bu zaman, yəni saat 10:32 onun əraziyə işləməyə göndərilməsinin səbəbkarı güya E.Qələnərov olub deyə Abbas Murtuzov işçilərin qarşısında ona əl qaldıraraq üz nahiyəsinə yumruqla vuraraq və nalayiq sözlərlə təhqir etməklə Azərbaycan Respublikası Əmək Məcəlləsini 10-cu maddəsini “a” (əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək) və “b” (əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək) bəndlərinin tələblərini kobud şəkildə pozmuşdur. Su anbarlarının ərazisinin yaşıllaşdırma idarəsinin aqronom-entomoloqu Elman Qələndərovun xx.xx.2024cü il tarixli 3-18-82-3-23-1593-2024 nömrəli məlumatına əsasən Cəmiyyət rəhbəri X1rşı etdiyi xoşagəlməz hadisəyə aydınlıq gətirilməsi üçün HÜ və İR şöbəsinin rəisi Xasay Məmmədovun, texniki təhlükəsizlik üzrə mühəndis Bəhram Sadirovun, texniki təhlükəsizlik üzrə mütəxəssis Rəşid Müslümovun, Su anbarının yaşıllaşdırma idarəsinin aqronomu Məhəmməd Əliyevin iştirakı ilə iclas keçirilmiş və baş vermiş xoşagəlməz hadisə aydınlaşdırılmışdır. Lakin iclasda X25 Qələndərovla barışmayacağını, ondan üzr istəməyəcəyini bildirmişdir və icazəsiz kabineti tərk etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini rəhbər tutaraq Abbas Murtuzovla bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsi 04 noyabr 2024-cü il tarixindən ləğv edilmişdir. Son haqq-hesab olaraq Abbas Murtuzovun əmək haqqı kartına xx.xx.2024-cü il tarixində 275.03 (iki yüz yetmiş beş) manat vəsait köçürülmüşdür Abbas Murtuzov bundan əvvəl işlədiyi müddətdə dəfələrlə əmək funksiyasını pozmuşdur. Belə ki, 10 yanvar 2024cü il tarixdə nahar vaxtında sonra heç bir üzrlü səbəb bildirmədən işə qayıtmamışdır. İyun, iyul və noyabr aylarının əmək haqqlarının gecikdirilməsi "xxxx" MMC “Su ehtiyatlar, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 mart 2023-cü il tarixli Fərmanı ilə Cəmiyyətin təsisçisi olduğu FHN X26 Agentliyinin ləğvi edilmiş, Cəmiyyət yeni yaradılmış Azərbaycan Dövlət X8 tərkibinə verilmişdir. Cəmiyyət dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdiyindən və keçid dövrü ilə əlaqədar iyun ayına görə xx.xx.2024-cü il və iyul ayına görə isə xx.xx.2024-cü il tarixlərində hesaba vəsait daxil olduğu səbəbindən əmək haqqının ödənilməsində gecikmələr olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 30 mart 2023-cü il tarixli Fərmanı ilə Cəmiyyətin təsisçisi olduğu FHN X22 Agentliyinin ləğvi edilmiş və “Hidrotex" MMC-nin fəaliyyəti 29 dekabr 2024-cü il tarixində dayandırılmışdır. Abbas Murtuzov Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinə müraciət etmiş və X16 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-17-5/2-122B/2025 nömrəli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən (İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqqında protokolu üzrə inzibati xəta haqqında işə baxılması 21 yanvar 2025-ci il tarixdə saat 11:00-a təyin edilmişdir. Cəmiyyətin keçmiş böyük hüquqşünası Kamal Məmmədov etibarnamə əsasında X16 Xidməti Bakı şəhər İdarəsinin dəvət ilə xx.xx.2025-ci il tarixində, saat 11:00da həmin idarədə olmuş, bütün zəruri izahatları vermişdir. Lakin verilmiş izahatlara və təqdim olunmuş sənədlərə baxmayaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Bakı şəhər İdarəsinin rəis müavini Fərid Bağırov məsələyə qərəzli olaraq qeyri-obyektiv yanaşmış, təqdim olunmuş sənədləri nəzərə almadan, sübutları qiymətləndirmədən "xxxx" MMC-nin rəhbərliyi günahkar hesab edilmiş və müvafiq protokol tərtib edilməsini bildirmişdir. Cəmiyyətin keçmiş böyük hüquqşünası Kamal Məmmədov etiraz edərək bildirmişdir ki, “Hidrotex0 MMC-nin rəhbəri işçilərin əmək haqqlarının vaxtında hesablanma aparmış işçilərinin işə davamiyyət cədvəlini vaxtında tədbir görmüşdür. Belə ki, “Hidrotex" MMC mənfəətsiz çalışan təşkilatdır, fəaliyyəti büdcə vəsaitləri hesabına maliyyələşir, yəni yubanma səbəbi Cəmiyyət dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdiyindən və keçid dövrü ilə əlaqədar vəsait gec daxil olduğundan "xxxx" MMC-nin rəhbərləyinin günahı üzündən baş verməmişdir. Lakin, X16 Xidməti Bakı şəhər İdarəsinin rəis müavini Fərid Bağırov məsələyə qərəzli olaraq ona təqdim olunan sübutları imtina etmişdir. Həmçinin, X13 məhkəməyə ərizə ünvanlayaraq qeyd etmişdir ki, "xxxx" MMC FHN X22 Agentliyi tərəfindən təsis edilmişdir. "Su ehtiyatlar, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 30 mart 2023-cü il tarixli Fərmanı ilə FHN X22 Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyini yaradılmışdır. Azərbaycan Dövlət X8 28 dekabr 2024-cü il tarixli FƏ 67 nömrəli əmrinə əsasən Azərbaycan Dövlət X8 tabeliyində olan "X17 Xidməti" X23 strukturunda X12 idarəsi yaradılmışdır. "xxxx" MMC-nin əməkdaşlarının Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi "X17 Xidməti" X23 "X12 idarəsi"-nə keçirilməsi ilə əlaqədar "xxxx" MMC ilə əməkdaşlar arasında bağlanmış əmək müqavilələrinə 28 və 29 dekabr 2024-cü il tarixlərində xitam verilmişdir. Beləliklə Azərbaycan Dövlət X8 28 dekabr 2024-cü il tarixli FƏ 67 nömrəli əmrinə əsasən "xxxx" MMC-nin fəaliyyəti 29 dekabr 2024-cü il tarixində dayandırılmışdır. xx.xx.2025-ci il tarixində Azərbaycan Dövlət X8 tabeliyində X17 Xidməti X23 İdarəsinə rəsmi olaraq müraciət olunaraq qeyd olunmuşdur ki, "xxxx" MMC-nin sabiq suvarma nasosları üzrə operatoru X19, 2024-cü ilin iyun, iyul və noyabr aylarının əmək haqqısının gecikdirilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Bakı şəhər İdarəsinə şikayətlə müraciət etmiş və X16 Xidməti Bakı şəhər İdarəsinin baş əmək müfəttişi Bayramova Xalidə tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN 21223004 nömrəli protokolu ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci və 4-cü hissələrinə istinad edərək AMurtuzovun əmək haqqısının gecikdirildiyinə görə "xxxx" MMC-yə 700 manat inzibati cərimə tətbiq edilmişdir. "xxxx" MMC FHN X22 Agentliyinin tabeliyində olan bir qurumu olmuşdur. Cəmiyyətin maliyyə təminatı FHN X22 Agentliyinin tərəfindən təmin edilirmişdir. "Su ehtiyatlar, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 30 mart 2023-cü il tarixli Fərmanı ilə Cəmiyyətin təsisçisi olduğu FHN X22 Agentliyinin əsasında Azərbaycan 2024-cü ilin sentyabr ayından Cəmiyyətin maliyyə təminatı Azərbaycan Dövlət X8 tərəfindən təmin olunmuşdur. X11 bildirdiyi kimi əmək haqqının verilməsi "xxxx" MMC-nin təqsiri üzündən gecikdirilməmişdir. Belə ki, Cəmiyyətə iyun, iyul və noyabr aylarında tələb olunan vəsait, o cümlədən, əməkhaqqı barədə Hesabat və digər zəruru sənədlər tərtib edilərək Azərbaycan Dövlət X8 tabeliyində olan "X17 Xidməti" publik hüquqi şəxsə təqdim edilmişdir. Lakin, tələb olunan vəsait Cəmiyyətin bank hesabına iyun ayına görə xx.xx.2024, iyul ayına görə xx.xx.2024 və 2024-cü ilin noyabr ayına görə isə vəsait xx.xx.2024-cü il tarixlərində daxil olmuş və həmin gün işçilərin əmək haqqları ödənilmişdir. Qeyd olunanları və eləcədə problemin "xxxx" MMC-nin bilavasitə aidiyyətinin olmadığını nəzərə alaraq, iyun ayına görə xx.xx.2024, iyul ayına görə xx.xx.2024-cü il və 2024-cü ilin noyabr ayına görə əməkhaqqı üçün "xxxx" MMC üzrə 2 saylı Xəzinədarlıq İdarəsi qarşısında maliyyə öhdəliyinin yaradılması tarixlərini təsdiq edəcək sənədlərin verilməsi barədə xahiş edilmişdir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsinin qəbul etdiyi xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi «X17 Xidməti» X23 X15 İdarəsinin nümayəndəsi X9 şikayətdə göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin nümayəndəsi Nümayəndə bildirmişdir ki, "xxxx" MMC tərəfindən vətəndaş X11 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən Əmək Məcəlləsinin 172.4-cü maddəsinin tələbləri pozulmuş, onun son haqq-hesabı gecikdirilərək xx.xx.2024-cü il tarixdə ödənilmiş, həmçinin 2024-cü ilin iyun, iyul, avqust ayları üzrə əmək haqları Əmək Məcəlləsinin 172.1-ci maddəsinin tələbləri pozularaq gecikmə ilə xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixlərdə ödənilmişdir. Halbuki əmək müqaviləsində əmək haqqının hər ayın 1-i ödənilməsi göstərilmişdir. "xxxx" MMC-nin direktoru X7 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə öz təsdiqini tapmışdır. Bu səbəbdən də X13 barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə inzibati tənbeh tətbiq edilmişdir. Göstərilənlərin nəzərə alınaraq şikayətin rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025ci il tarixli, MN ******* saylı qərardan görünür ki, vətəndaş X11 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən onun son haqq-hesabı Əmək Məcəlləsinin 172.4-cü maddəsinin tələbləri pozularaq gecikdirilərək xx.xx.2024-cü il tarixdə ödənilmiş, həmçinin 2024-cü ilin iyun, iyul, avqust ayları üzrə əmək haqqları Əmək Məcəlləsinin 172.1-ci maddəsinin tələbləri pozularaq gecikdirilərək (əmək müqaviləsində əmək haqqının ödənilməsi hər ayın 1-də) uyğun olaraq xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixlərdə ödənilmişdir. X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və 700 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 0080/Ş saylı əmrindən görünür ki, özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəiiklərini yerinə yetirmədiyinə, müəssisədaxili intizam qaydalarını və bağladığı əmək müqaviləsində müəyyən edilən tələbləri kobud şəkildə pozduğuna, iş vaxtı ərzində işçilər yanında "xxxx" MMC-nin Su anbarlarının ərazisinin yaşıllaşdırma idarəsinin aqronom-entomoloqu X3 qarşı təhqir edərək əl qaldırdığına görə "xxxx" MMC-nin Su anbarları ərazisinin yaşıllaşdırma idarəsinin suvarma nasosları üzrə operatoru X19 ilə bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin 04 noyabr 2024-cü il tarixdən ləğv edilməsi əmr edilmişdir. İş materiallarında olan bank hesabı çıxarışından görünür ki, X6 haqq-hesab xx.xx.2024-cü il tarixdə 275,03 manat hesabına köçürülmüşdür. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab edilir. Həmin Məcəllənin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən materiallara, məlumatlara və ərizələrə inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin materiallarda, məlumatlarda və ərizələrdə inzibati xətanın əlamətləri göstərilən faktiki məlumatların olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işlərin başlanmasına əsasdır. Həmin Məcəllənin 128.1-ci maddəsinin tələbinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlarından şikayət, prokuror isə protest verilə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından–yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə qərardan şikayət verilə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X19 ilə "xxxx" MMC ilə bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “c” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilməsinə baxmayaraq son haqq-hesab xx.xx.2024-cü il tarixdə 275,03 manat ödəniş edilərək karta köçürülmüş, həmçinin X19 ilə "xxxx" MMC ilə bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən əmək haqqının ödənilməsi hər ayın 1-də nəzərdə tutulsa da, X14 2024-cü ilin iyun ayı üzrə əmək haqqı xx.xx.2024-cü il tarixdə, iyul ayı üzrə xx.xx.2024-cü il tarixdə, avqust ayı üzrə xx.xx.2024-cü il tarixdə ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Qanunvericiliyin tələbindən də göründüyü kimi, işçiyə ödənilməli son haqq-hesab sonuncu iş günü yəni xx.xx.2024-cü il tarixində verilməli olduğu halda, X14 ödənilməli son haqq-hesab xx.xx.2024-cü il tarixdə ödənilmişdir. Həmçinin, X11 əmək haqqısı hər ayın 1-də ödənilməli olsa da, 2024-cü ilin iyun ayı üzrə əmək haqqı xx.xx.2024-cü il tarixdə, iyul ayı üzrə xx.xx.2024-cü il tarixdə, avqust ayı üzrə xx.xx.2024-cü il tarixdə ödənilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, şikayətçi X13 tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi üçün əsas ola biləcək hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması barədə X7 şikayət ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99100, 128-129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X7 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar