Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-773/2024 20.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katib Fərəcova Təranə Aydın qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi RPİ-nin DYPŞ-nin baş inspektoru, polis mayoru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxx 1992-ci ildə Lənkəran şəhərində anadan olmuş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Lənkəran şəhəri, Səttarxan küçəsi, ev 165 ünavnında qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 15 dekabr 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi RPİ-nin DYPŞ-nin baş inspektoru, polis mayoru X6 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan Şəxs Bahadur oğlu xx.xx.2023-cü il tarixdə saat 23.40 radələrində idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Zontes” markalı 99-A-195 dövlət qeydiyyat nişanlı motosikletlə Nəsimi rayonu, Bakıxanov küçəsi ilə S.Vurğun küçəsi ilə kəsişmədə hərəkətdə olan zaman həmin kəsişmədə quraşdırılan svetaforun qadağanedici işarəsi verilərkən yolayrıcına daxil olub ehtiyatsızlıqdan sürücü X3 etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Lada Granta” markalı **-AD-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş və toqquşma nəticəsində Şəxs Bahadur oğlunun və onun idarə etdiyi motosikletin sərnişini X1 dərəcəsi təyin edilməyən bədən xəsarətlərinin alması və zərərçəkmiş şəxs X4 maddi zərər vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs Bahadur oğlu barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə saat təxminən 23.40 radələrində dostu Aykin İsmayılzadəyə məxsus “Zontes” markalı 99-A-195 dövlət qeydiyyat nişanlı motosiklet ilə tanışı Allahverdi ilə birlikdə Nəsimi rayonu, Bakıxanov küçəsi ilə üzü Tiblisi prospekti istiqamətində hərəkət etmişdir. Həmin vaxt S.Vurğun küçəsi ilə olan yolayırıcından düzünə keçərkən sağ tərəfdən S.Vurğun küçəsi ilə hərəkətdə olan “Lada Granta” markalı **- AD-*** dövlət qeydiyyat nişanlı avtomaşının ön hissəsi ilə onun idarə etdiyi motosikletin sağ hissəsi toqquşmuşdur. Hadisə nəticəsində motosiklet aşaraq o və Allahverdi yerə yıxılaraq zərbədən xəsarət almışlar. Hadisə yerində ona köməklik etmişlər və təcili yardım çağırılmışdır. Təcili yardım avtomaşını ilə 1 saylı KTM-nə müraciət etmişlər və həkim müayinəsindən keçərək ciddi xəsarətləri olmadığı üçün evə buraxmışlar. Hadisə ehtiyatsızlıq nəticəsində baş yermişdir. O yolayırıcına daxil olduqda svetaforun hansı rejimdə olduğuna fikir verməmişdir. Göstərilənləri nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 2/52426 nömrəli, 16 dekabr 2022-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs hadisə vaxtı ayıq olmuşdur; - Hadisənin videogörüntülərini əks etdirən diskin məhkəmə iclasında nümayişi zamanı “Zontes” markalı 99-A-195 dövlət qeydiyyat nişanlı motosiklet Nəsimi rayonu, Bakıxanov küçəsi ilə S.Vurğun küçəsi ilə kəsişmədə hərəkətdə olan zaman həmin kəsişmədə quraşdırılan svetaforun qadağanedici işarəsi verilərkən yolayrıcına daxil olmuş və ehtiyatsızlıqdan sürücü X3 etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Lada Granta” markalı **-AD-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşaraq yolnəqliyyat hadisəsi baş verməsi müəyyən edilmişdir; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 Publik Hüquqi şəxsinin məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 31 saylı rəyindən görünür ki, C.B.Zülfüqarzadənin bədən səthində aşkar edilmiş xəsarətlər — sol aşıq-baldır oynağı və sağ daban nahiyələrinin əzilmiş yaraları. sağ aşıq-baldır oynağı nahiyəsinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, onun tibbi yardım üçün X12 müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. C.B.Zülfüqarzadənin bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 Publik Hüquqi şəxsinin məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 45 saylı rəyindən görünür ki, X5 xx.xx.2023-cü il tarixdə X13 xəstəxanasına müraciət edərkən ona “Sağ diz oynağının səthi travması” diaqnozunun qoyulması göstərilmişdir. Qeyd olunan diaqnozda göstərilən xəsarət bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilmir. X1 bədən səthində qeyd olunan xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilməsi mümkündür; - Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, sürücü X7 İXMnin 332.1-ci maddəsi ilə eyni zamanda sürücü Şəxs Bahadur oğlu Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material Nəsimi RPİ-nin DYPŞ vasitəsi ilə Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, tərəfləri dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə-yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.4-cü maddəsinə görə bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini və iş üzrə olan digər halları nəzərə alaraq onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-773/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-773/2024
20.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver