Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-776/2021 19.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs “xxxx” MMC-nin direktoru X7 nümayəndəsi X2 iştirakı ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X8 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan “xxxx” MMC-nin direktoru X7 verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “xxxx” MMC-nin direktoru X11 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X8 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsi tərəfindən X3 şikayət ərizəsi əsasında “xxxx” MMC-nin baş direktoru X10 barəsində inzibati xəta haqqında xx xxxxxx 2021-ci il tarixli, № ******* saylı protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokolla müəyyən edilmişdir ki, X9 xx.xx.2019-cu il tarixdən, xx.xx.2019-cu il tarixə qədər “xxxx” MMC-nin Neftçala filialında traktorçu vəzifəsində işləmiş, onunla əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinin pozulması faktı aşkar edilmiş və Müfəttişliyin xx xxxxxx 2021-ci il tarixli MN ******* saylı qərarı ilə “xxxx” MMC-nin baş direktoru A.Ə.Əlizadə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən inzibati tənbeh növündə 1600,00 manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilən qərar qanunsuz və əsassız olduğundan ləğv edilməli və inzibati xəta haqqında icraata, İnzibati Xətalar Məcəlləsinin 53.0.3 və 53.0.7-ci maddəsinə əsasən xitam verilməlidir. Məhkəmənin nəzərinə çatdırılır ki, X9 xx.xx.2019cu il tarixdə “xxxx” MMC-nin Neftçala filialına traktorçu vəzifəsinə qəbul edilmiş, xx.xx.2019-cu il tarixdə öz ərizəsi ilə tutduğu vəzifədən azad olunmaqla onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən xitam verilmişdir. X9 könüllü olaraq öz ərizəsi əsasında işdən azad edildikdən sonra, tutduğu vəzifədən qanunsuz azad edilməsi barədə Dövlət Əmək Müfəttişliyinə edilən müraciəti əsasında 2020-ci ilin mart ayında araşdırma aparılmış və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə qanunvericiliyin tələblərinin pozulması faktı aşkar edilməmiş və bununla bağlı inzibati xəta haqqında icraatın başlanılmasından imtina edilmişdir. Bundan sonra X9 yuxarı səlahiyyətli orqana və ya məhkəməyə şikayət etməmiş və qəbul edilmiş qərarın qanuniliyi mübahisələndirməmiş, şikayətlə bağlı qanunla müəyyən edilmiş müddəti isə üzürlü səbəb olmadan buraxmışdır. 2020-ci ildə X9 işlə təmin edilməsi ilə bağlı yenidən şikayət ərizəsi ilə müxtəlif orqanlara müraciət etmiş və sonuncu şikayəti əsasında ərizəsi aidiyyəti üzrə baxılmasından ötrü yenidən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinə göndərilmişdir. Dövlət Əmək Müfəttişliyinin Bakı şəhər ərazi idarəsi qəbul edilmiş qərar üzrə yenidən araşdırma apararaq eyni iş üzrə fərqli qərar qəbul etmişdir. Hesab edirik ki, müfəttişlik tərəfindən aparılmış araşdırma zamanı işçinin işdən azad olunması ilə bağlı qanunvericiyin tələblərinin pozulması barədə qəbul etdiyi qərar qanunsuz və əsassız olmaqla ləğv edilməli, inzibati iş üzrə icraata isə xitam verilməlidir. Belə ki, işə əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, X9 yaşadığı ünvandan “xxxx” MMC-nin Neftçala filialına gedib-gəlməsi ilə bağlı çətinlik yarandığından işdən azad olunması ilə bağlı könüllü olaraq ərizə ilə “xxxx” MMC-nin baş direktoruna müaciət etmiş və onun müraciəti əsasında əmək müqaviləsinə Əmək Məcəlləsinin tələblərinə əsasən xitam verilmişdir. Bir müddət sonra işdən qanunsuz azad edilməsi ilə bağlı şikayət ərizəsi ilə müxtəlif orqanlara müraciətlər etmiş və həmin müraciətlər əsasında araşdırma aparılaraq, qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilməmişdir. Üzərindən 1 ildən çox vaxt keçdikdən sonra, müddətin ötürülməsinə baxmayaraq, yenidən R.Səlimovun şikayəti əsasında icraata xitam verilməsi barədə qərar qəbul edilməli olduğu halda “xxxx” MMC-nin baş direktoru barədə inzibati xəta haqqında qərar qəbul edilməklə 1600,00 manat məbləğində inzibati qaydada cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraat ümumi qaydada xüsusi mərhələlərlə aparılır. Bu mərhələlər, inzibati xəta haqqında icraatın başlanılması, inzibati araşdırma, protokola baxılması, inzibati xətalar haqqında işlərə məhkəmə qaydasında baxılması və qərarların icrasını nəzərdə tutur. (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin x xxx 2019-cu il tarixli qərarı) Göründüyü kimi qanunvericilikdə, inzibati xəta üzrə qəbul edilmiş qərarın mərhələlərlə həyata keçirilməsi qaydası müəyyən edilməklə, qərarın mübahisələndirilməsi və icra mərhələsinə qədər olan müddəti nəzərdə tutur. Qanunvericiliyin bu mövqeyi bir iş üzrə yalnız bir qərarın qəbul edilməsini nəzərdə tutmaqla, yenidən şikayət əsasında, araşdırma aparıb, fərqli qərarın qəbul edilməsi nəzərdə tutmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 3 ay keçənədək verilə bilər. İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda və 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər ötdükdə inzibati xətalar haqqında islər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmədən Dövlət Əmək Müfəttişliyinin Bakı şəhər İdarəsinin rəisi X4 qəbul etdiyi MN seriyalı ******* nömrəli xx xxxxxx 2021-ci il tarixli qərarını ləğv edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs “xxxx” MMC-nin direktoru X7 nümayəndəsi X1 şikayət ərizəsində göstərilən xüsusatları bir daha təsdiq edərək X11 barəsində Dövlət Əmək Müfəttişliyinin Bakı şəhər İdarəsinin rəisi X8 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli xx xxxxxx 2021-ci il tarixli qərarın qanunsuz və əsassız olduğunu hesab edərək məhkəmədən həmin qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X8 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli xx xxxxxx 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx xxxxxx 2021-ci il tarixli, MN ******* nömrəli protokola və inzibati xəta haqqında işin digər materiallarına baxılaraq, müəyyən edilmişdir ki, vətəndaş X5 əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyin tələbləri pozulması faktı aşkar edilmişdir. Nəticədə “xxxx” MMC-nin direktoru X11 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 1600 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan “xxxx” MMC-nin direktoru Azər Əlizadəyə həmin MMC-nin Neftçala filialının traktorçusu X9 tərəfindən ünvanlanmış ərizədən görünür ki, X9 xx xxxx 2019-cu il tarixdən etibarən onun işdən azad olunmasını xahiş etmişdir. Beləliklə məhkəmə o nəticəyə gəlir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadığından inzibati xəta hadisəsinin baş verdiyini sübut etmək yükü inzibati xəta hadisəsini aşkar edən orqanın üzərinə düşür. Buna görə də məhkəmə inzibati məsuliyyətə cəlb olunmalı olan şəxsin təqsirli olması barəsində mötəbər sübutları məhkəməyə təqdim etmək üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinə məhkəmə bildirişləri göndərmiş, lakin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən X7 Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törətməsinə dair sübut təqdim olunmamışdır. Əlavə olaraq qeyd olunmalıdır ki, X9 öz ərizəsi əsasında işdən azad olunmasını xahiş etmiş və bu səbəbdən xxxx” MMC-nin direktoru Azər Əlizadə həmin ərizə üzrə Raqib Səlimovu işdən azad etmişdir. Məhkəmə iclasında xxxx” MMC-nin direktoru Azər Əlizadə tərəfindən İXM-nin 192.6-cı maddəsinin tələblərinin pozulması faktı aşkar edilməmişdir. Məhkəmə faktla bağlı tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Yenə həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1 qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2 bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3 bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X11 tərəfindən verilmiş şikayət təmin edilməli, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən onun barəsində qəbul edilmiş MN seriyalı ******* nömrəli xx xxxxxx 2021-ci il tarixli saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Dövlət Əmək Müfəttişliyinin Bakı şəhər İdarəsinin rəisi X4 qəbul etdiyi MN seriyalı ******* nömrəli xx xxxxxx 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icrata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-776/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-776/2021
19.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver