Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-780/2022 25.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X7 İnzibati xəta haqqında protokolu X4 tərtib etmiş şəxs: Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında Şəxs iş üzrə icraat aparılan şəxs: iştirakları ilə xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), evli, orta təhsilli, işləməyən, Bakı şəhəri, Suraxanı r-nu, Balandin küçəsi, ev 42-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə tərtib olunmuş 25.02.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 22.12.2021-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus 110 manat pulu ünvan 1 ünvanda ələ keçirərək dələduzluq etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin sahə inspektoru X8 izahatında göstərdi ki, Zərərçəkmiş şəxs şikayəti əsasında aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, 22.12.2021-ci il tarixdə Zərərçəkmiş şəxs “lalafo.az” elan saytında yerləşdirilmiş, qiyməti 110 manat olan “iPhone 12” markalı mobil telefonu almaq istəyərkən özünü həmin telefonu satan X1 təqdim edən şəxslə danışmış, sonuncu da bu pulun X2 bank kartına köçürüldükdən sonra telefonu ona kuryer vasitəsilə göndərəcəyini bildirmiş, Zərərçəkmiş şəxs da bu vəsaiti göstərilən karta köçürdükdən sonra Şəxs ünvan 1 ünvanda əldə edərək öz telefonunu söndürüb vədinə əməl etməyərək dələduzluq etmişdir. Əməldə cinayət tərkibi olmadığından 01.01.2022-ci il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmiş, daha sonra xətanı törədən şəxs Şəxs müəyyən edilmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 22.12.2021-ci il tarixdə özünə mobil telefon almaq məqsədi ilə internetdə elan saytlarına baxmış, “lalafo.az” elan saytında 110 manata Dubay versiyası olan “iPhone 12” markalı mobil telefonun satıldığını görmüşdür. Elanda olan telefon nömrəsi ilə əlaqə saxlayarkən özünü X1 təqdim edən şəxs pulu bank kartına göndərdikdən sonra telefonu kuryer vasitəsilə ona çatdıracağını bildirmiş və X2 bank kartını ona göndərmişdir. O da həmin məbləği bu karta köçürmüşdür. Lakin sonradan həmin şəxs telefonu söndürmüş və öz vədinə əməl etməmişdir. Bu səbəbdən də o, polisə şikayət etmiş və məlum olmuşdur ki, pulunu ələ keçirən şəxs Şəxsdur. Hazırda vurulmuş ziyan ödənildiyindən X6 qarşı şikayət və tələbi yoxdur, onunla barışıb. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, pula ehtiyacı olduğundan “lalafo.az” saytında guya Dubay versiyası olan “iPhone 12” markalı mobil telefonu 110 manata satması barədə elan yerləşdirmişdir. 22.12.2021-ci il tarixdə adı sonradan ona Zərərçəkmiş şəxs kimi məlum olan şəxs zəng edib bu telefonu almaq istədiyini bildirmişdir. O da ona bank kartına bu pulu köçürdükdən sonra telefonu kuryer vasitəsilə göndərə biləcəyini demiş, sonuncu da bununla razılaşdıqda yolda təsadüfən tanış olduğu X2 bank kartının şəklini ona göndərmişdir. X3 isə bildirmişdir ki, guya rayondan ona 110 manat pul göndərilməli, bu səbəbdən onun kartına həmin vəsaitin mədaxil edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs həmin karta pulu göndərdikdən sonra Hüseynzadə Xəyyam ünvan 1 ünvanda yerləşən bankomatdan bu pulu çıxarıb ona vermişdir. Bundan sonra o öz telefonunu söndürüb pulu öz ehtiyaclarına xərcləmişdir. Zərər çəkmiş şəxslə barışmışdır. İş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanılmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə görə bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-780/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-780/2022
25.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver