Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-784/2022 18.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi ilə, X1 Bakı şəhəri DYPİ tərəfindən tərtib edilmiş İXP ******* saylı, 05.01.2022-ci il tarixli X6 protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri DYPİ tərəfindən tərtib edilmiş İXP ******* saylı, 05.01.2022-ci il tarixli X6 protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və X6 iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 05 yanvar 2022-ci il tarixdə saat 18:52 radələrində ona məxsus olan “Chevrolet Cruze” markalı **-TM-*** dövlət nömrə nişanlı minik avtomobil ilə Bakı şəhəri, Mərdanov qardaşları küçəsində hərəkətdə olarkən DYPİnin Yol patrul xidmətinin inspektoru Polis serjantı X3 tərəfindən saxlanılaraq barəsində 05 yanvar 2022-ci il tarixli İXP4388841 saylı X6 protokol yazılmışdır. Həmin protokolla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməklə bağlı təqsirli bilinərək, 60 manat cərimə olunmuşdur. Həmin vaxt o, protokolla razılaşmadığı üçün dərhal polis serjantına bu barədə bildirmiş və inzibati xətanın nədən ibarət olması və buna dair hansı sübutunun olması ilə əlaqədar izahat verməsini tələb etmişdir. Maraqlıdır ki, polis serjantı ona guya svetoforun sarı işığında keçdiyini əsas gətirməklə, sarı işığın qadağanedici işıq olduğunu bildirmiş və buna görə də barəsində protokol tərtib edildiyini əsaslandırmağa çalışmışdır. Təəsüflər olsun ki, buna dair əlində olan hər hansısa fotoşəklin və ya video görüntünün olub-olmaması barədə ona sübut təqdim edə bilməmişdir. Bundan sonra o, polis serjantına “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 59-cu maddəsində nəzərdə tutulan normaları xatırladaraq, əslində sarı işıqda deyil, yaşıl işıqda keçdiyini, sarı işıq olsa belə bəzi istisna hallarda sarı işıqda da hərəkətin mümkün olduğunu xatırlatmışdır. Polis serjantı bundan sonra yalnız sürəti 80 km/s-dan artıq olduğu halda sarı işıqda keçməyə icazə verildiyini bəhanə gətirərək, protokolu bununla əsaslandırmışdır. Bundan sonra o, həmin polis serjantı ilə mübahisənin mənasız olduğunu bildirərək, bu halın mübahisəli olduğunu və hal şahidlərinin cəlb edilməsini xahiş etsə də, polis serjantı bununla da razılaşmamış və hazırki şikayət ərizəsi ilə mübahisələndirdiyi protokolu ona təqdim edərək orada iradın bildirilməsi üçün qeyd etməyinə imkan vermədən ərazidən uzaqlaşmışdır. Qeyd edilənlərdən də görünür ki, o, heç bir inzibati xəta törətmədiyi halda məsuliyyətə cəlb edilmişdir. Hətta protokola nəzər salsaq görərik ki, orada inzibati xətanın hansı vasitələrlə aşkara çıxarılması ilə bağlı qeyd hissəsi və hal-sahidi hissəsi də boşdur. Bununla polis serjantı elektron vasitənin dövlət standartlarına cavab verib-vermədiyini gizlətməyə çalışmış və barəsində əsassız tədbir görmüşdür. Göstərilənlərə əsasən, Bakı şəhəri DYPİ tərəfindən tərtib edilmiş İXP ******* saylı, 05.01.2022-ci il tarixli X6 protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq şikayət vermiş şəxs və Nəsimi Rayon Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri DYPİ tərəfindən tərtib edilmiş 05.01.2022-ci il tarixli, İXP seriyalı ******* nömrəli X6 protokoldan görünür ki, 05 yanvar 2022-ci il tarixdə X2 idarə etdiyi “Chevrolet Cruze” minik markalı, ** TM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan Bakı şəhəri DYPİ tərəfindən tərtib edilmiş 05.01.2022-ci il tarixli, İXP seriyalı ******* nömrəli X6 protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərara əsasən X2 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 60 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - altmış manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati tənbeh vermə haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Şikayət vermiş şəxs X2 ərizəsində svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmədiyini bildirmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 05.01.2022-ci il tarixli, İXP seriyalı ******* nömrəli X6 protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarda inzibati xətanın törədilməsini təsdiq edən hər hansı bir sübuta istinad edilmədiyindən, beləliklə qərar araşdırma aparılmadan, sübutlara qiymət verilmədən qəbul edildiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X2 barəsində olan 05.01.2022-ci il tarixli, İXP seriyalı ******* nömrəli X6 protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X1 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi aydınlaşdırılmamış, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati tənbeh vermə haqqında qanunvericiliyin tələbləri inzibati tənbeh vermə haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması X6 iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə X6 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və X6 işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri DYPİ tərəfindən tərtib edilmiş 05.01.2022-ci il tarixli, İXP seriyalı ******* nömrəli X6 protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri DYPİ tərəfindən tərtib edilmiş 05.01.2022-ci il tarixli, İXP seriyalı ******* nömrəli X6 protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-784/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-784/2022
18.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver