Məhkəmə qərarları › İş №3(006)-785/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-785/2023

14.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-785/2023 14.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 iştirakı ilə Şəxs MMC (hüquqi ünvanı: ünvan 1zibati Xətalar Məcəlləsinin 347-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC mülkiyyətində olan “DAF XF480FT YÜK” markalı, **-JB-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2022-ci il tarixdə, saat 23:01-də inzibati xətanı törətmiş fiziki şəxs barəsində olan sorğuya qanunvericiliklə müəyən edilmiş 05 gün müddətində məlumat verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun və barəsində inzibati xəta iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndələri məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Eyni zamanda işlə bağlı məhkəməyə “elektron kabinet” vasitəsilə Şəxs MMC-nin müraciəti daxil olmuşdur. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan:  Bakı şəhər Nəsimi Rayon Dövlət X3 məktubu və müvafiq poçt qəbzinə əsasən Şəxs MMC-dən şirkətə məxsus “DAF XF480FT YÜK” markalı, **-JB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2022-ci il tarixdə, saat 23:01-də İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törədən şəxs barəsində şöbəyə 5 gün ərzində məlumat verilməsi xahiş olunmuş və bu sorğu xx.xx.2022-ci il tarixdə həmin şirkətə çatdırılmışdır (izləmə kodu SS796376421AZ);  Şəxs MMC tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə qeyd olur ki, xx.xx.2022-ci il tarixdə cəmiyyətə məxsus olan nəqliyyat vasitəsi ilə törədilmiş inzibati xəta üzrə daxil olmuş sorğu ünvan dəyişikliyi ilə əlaqədar olaraq xx.xx.2022-ci il tarixində yox, xx.xx.2022-ci il tarixində çatdırılmışdır. Sürücü barədə məlumatların əks olunduğu müvafiq cavab məktubu isə müəyyən olunmuş müddət ötürülmədən tərtib edilərək Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə poçt vasitəsilə göndərilmişdir. SS819563813AZ saylı göndəriş qəbzindən də göründüyü kimi cavab məktubu xx.xx.2023-cü il tarixdə poçt əməkdaşları tərəfindən möhürlənərək təhvil alınmışdır. Bu məsələ ilə əlaqədar Nəsimi Rayon Polis İdarəsinə ünvanlanmış sorğuya cavab olaraq göndərilən teleqramda sözügedən cavab məktubunun xx.xx.2023-cü il tarixində İdarənin dəftərxana şöbəsi tərəfindən qəbul olunduğu qeyd edilmişdir. 2022-ci ilin dekabr ayının 31-i və 2023-cü ilin yanvar ayının 01-03-ü qeyri-iş günləri olduğu üçün qeyd olunan tarixlərdə cavab məktubunun göndərilməsi mümkün olmamışdır. Göründüyü kimi şirkət tərəfindən müvafiq məlumatlar qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində təqdim edilmişdir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 05 gün müddətində verilməməsinə görə məsuliyyət müəyyən edir. Məhkəmədə müəyyən edilir ki, Şəxs MMC-yə məxsus “DAF XF480FT YÜK” markalı, **-JB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2022-ci il tarixdə, saat 23:01də İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və bu xətanın kim tərəfindən törədilməsi barədə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin müvafiq sorğusu xx.xx.2022-ci il tarixində Şəxs MMC-yə SS796376421AZ saylı izləmə kodu ilə çatdırılmışdır. Şəxs MMC tərəfindən məhkəməyə “elektron kabinet” vasitəsilə iş üzrə göndərilmiş sənədlərdən görünür ki, şirkət Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin sorğusunu təqdim olunmasını təsdiq edir. Bununla belə, həmin sorğuya cavabın xx.xx.2023-cü il tarixdə verilməsi qeyd olunsa da, SS819563813AZ saylı göndəriş qəbzində poçtu göndərən şəxsin adı "xxxx" MMC göstərilmişdir. Bununla da Şəxs MMC tərəfindən Bakı şəhər Nəsimi Rayon Dövlət X3 müvafiq sorğusunun cavablandırılmasını müəyyən etmək mümkün olmur. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinməlidir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bu Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş cərimə növündə tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar