Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-787/2022 14.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Fövqəladə Hallar Nazirliyi X3 Xidməti 2-ci ərazi X3 İdarəsinin səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, Şəxs (hüquqi ünvanı: Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Bəşir Bünyadov küçəsi, ev 134, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi üzrə tərtib olunmuş 21.02.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Şəxsna məxsus obyektdə 21 fevral 2022-ci il tarixdə keçirilmiş planlı yanğın texniki müayinəsi zamanı obyektin təxliyyə yollarının normalara uyğun saxlanılmadığı müəyyən olunmuşdur. Məhkəmə iclasında Fövqəladə Hallar Nazirliyi X3 Xidməti 2-ci ərazi X3 İdarəsinin səlahiyyətli nümayəndəsi X2 verdiyi izahatında bildirdi ki, 21 fevral 2022-ci il tarixdə Şəxsna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Nizami 129E ünvanında yerləşən obyektdə keçirilmiş planlı yanğın-texniki müayinə zamanı obyektin təxliyyə yollarının normalara uyğun saxlanılmadığı aşkar olunmuşdur. Bundan sonra inzibati xətanın aşkar olunduğu gün MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Tərtib edilmiş inzibati xəta haqqında protokolun qanuni və əsaslı olduğunu bildirərək müvafiq qərarın qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində icraat aparılan hüquqi şəxsə bildiriş göndərilsə də, həmin hüquqi şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat təqdim edilməmişdir. Məhkəmə işə hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən yanğın təhlükəsizliyi qaydalarının pozulması halı tam sübuta yetirilir. Buna görə də hüquqi şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidmətinin 2-ci ərazi X3 İdarəsinin rəisi İlqar Əsgərovun “Yanğın-texniki müayinənin aparılması haqqında” 0784 saylı, 18 fevral 2022-ci il tarixli qərarından görünür ki, Şəxsna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Nizami 129E ünvanında yerləşən obyektdə 21.02.2022-ci il tarixdən 25.02.2022-ci il tarixədək planlı yoxlamanın həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidmətinin 0784 saylı, 21 fevral 2022-ci il tarixli “yanğın-texniki müayinə” aktından və “yanğın-texniki müayinə materiallarına baxılmasının nəticələri üzrə” 0784 saylı, 21 fevral 2022-ci il tarixli qərarından görünür ki, Şəxsna məxsus obyektdə 21 fevral 2022-ci il tarixdə keçirilmiş planlı yanğın texniki müayinəsi zamanı obyektin təxliyyə yollarının normalara uyğun saxlanılmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə məsuliyyət müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-787/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-787/2022
14.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver