Məhkəmə qərarları › İş №3(006)-7870/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-7870/2025

29.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-7870/2025 29.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Şikayət vermiş şəxs X1, Bakı şəhər BPİ-nin X8 İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, X1 Bakı şəhər BPİ-nin X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə barəsində inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərar (protokol nömrəsi İXP 7467883) qəbul edilmişdir. Belə ki, həmin Qərara əsasən 100 manat məbləğində cərimə +3 balla barəsində inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. Aşağıda qeyd olunanlar müvafiq Qərarın qanunsuz və əsassız şəraitdə yazıldığını, buna görə də barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Qərar qəbul edilməsinin zəruri otduğunu göstərir. Belə ki, xx.xx.2025-ci il tarixdə, saat 11:07 radələrində ünvan 1 ünvanında ona məxsus olun **-GB-*** dövlət qevdiyyat nişanlı “TOYOTA COROLLA” Minik markalı nəqliyyat vasitəsilə hərəkətdə olmuşdur. Bununla əlaqədar olaraq bildirir ki, o, yol nişanının tələblərinə əməl edərək idarə etdiyi nəqliyyat vasitəsini davandırmış və heç bir sürücü və ya nəqliyyat vasitəsi üçün qəza şəraiti yaratmamış və heç bir qəza da baş verməmişdir. Bundan əlavə, xx.xx.2025-ci il tarixdə, saat 11:16 radələrində özünü polis əməkdaşı olaraq təqdim edən şəxs ona zəng edərək barəsində sosial şəbəkədə nəqliyyat vasitəsini düzgün idarə etməməsi ilə bağlı video gürüntü olduğunu deyərək, 204-cü otağa yaxınlaşmalı olduğunu bildirmişdir. Halbuki, elə bir video görüntüdən məlumatı belə olmamışdır. Sadəcə aralarındakı danışıqların üzərindən təxminən 8-9 saat keçdikdən sonra qeyri-qanuni olaraq bir video yüklənmişdir. Barəsində inzibati cərimə digər avtomobilin sürücüsünün təqdim etdiyi görüntüyə əsaslanaraq tərtib edilmişdir. Ona inzibatı cərimə tətbiq ediləndə isə elektron sistemdə heç bir foto və ya video mövcud olmamışdır. Bununla bağlı foto və ya video göstərməsini tələb etməsinə baxmayaraq yol polisi əməkdaşı dediklərinə məhəl qoymadan, foto və ya video görüntü təqdim etmədən bərəsində çərimə tətbiq etmişdir. Sonradan isə sistemə qeyri-qanuni video görüntü yüklənmişdir. Belə ki, həmin görüntü avtosfer.az saytından əldə edilmişdir. Qeyd edir ki, yol hərəkəti qaydalarına əməl edərək nəqliyyat vasitəsini idarə etmiş, heç bir qayda pozuntusu etməmiş, digər sürücülər üçün qəza şəraiti yaratmamış, habelə ona qanuni olaraq heç bir video və ya foto təqdim edilməmişdir və tətbiq edilən cərimə ilə qəti şəkildə razılaşmır. Hesab edir ki, barəsində yol polisi əməkdaşı tərəfindən qanunsuz şəraitdə, qanunsuz şəkildə inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmiş və onun hüquqları kobud şəkildə pozulmuşdur. Bundan başqa inzibati cərimə ilə bağlı ona hadisə baş verən vaxtda heç bir foto və video göstərilməmiş, burada da qanunvericiliyin tələbinə məhəl qoyulmamış və kobud pozuntuya yol verilmişdir. Bu kimi kobud pozuntulara yol verilərək tərtib olunmuş inzibati tənbehvermə haqqında Qərar da qanunsuzdur və ləğv edilməlidir. Qeyd olunanlara əsasən hesab edir ki, tərəfindən heç bir inzibati xətaya yol verilməmişdir. Qarar tamamilə qanunsuz şəraitdə tərtib edilmişdir, ləğv edilməlidir, iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq, barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarı ləğv edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X3 yuxarıda göstərilən məzmunda izahat verərək şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhər BPİ-nin DYPİ-nin nümayəndəsi X4 göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 13:06-da X3 idarə etdiyi “X7” markalı, 90GB746 dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 2 ünvanında yolayrıcını keçmə qaydalarını pozmuş, bu xəta sosial şəbəkədə “avtosfer.az” saytında yayımlandıqdan sonra xx.xx.2025-ci il tarixində aşkar edilmiş və barəsində xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında İXP ******* saylı protokol tərtib edilmiş və 100 manat məbləğində cərimə edilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Həmin inzibati xətanın törədilməsi ilə bağlı videogörüntünü məhkəməyə təqdim edərək barəsində qərar çıxarılmış şəxs X1 şikayətinin təmin edilməməsini, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən X1 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarında olan Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X3 xx.xx.2025-ci il tarixdə saat 13:06-da idarə etdiyi “X7” markalı, 90GB746 dövlət qeydiyyat nişanlı avtomobillə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və həmin maddədə nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş hadisənin videogörüntülərini əks etdirən diskə baxış zamanı X3 tərəfindən qeyd olunan inzibati xətanın törədilməsi təsdiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəlləsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, X3 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta hadisəsinin törədilməsi iş materiallarında olan sübutlar ilə öz təsdiqini tapmışdır. Ona görə də X3 barəsində Bakı şəhər BPİ-nin X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunidir, şikayət əsassız olduğundan təmin edilməməli, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhər BPİ-nin X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin və qeyd edilən qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar