Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-7877/2025 22.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızı, "xxxx" MMC tərəfindən EQ 30240095 saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayəti məhkəmə iclasında baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, EQ 30240095 saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsini və ona əlavə olunmuş materialları nəzərdən keçirib, hesab edirəm ki, şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, iş materiallarından məlum olur ki, EQ 30240095 saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar X1 barəsində tərtib edilmiş, lakin həmin qərardan şikayət "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmişdir. Göründüyü kimi, "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə şikayətlə məhkəməyə müraciət edərkən imza etmə səlahiyyəti olmamışdır. Həmçinin, barəsində şikayət verilən qərar iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin40, 43, 48-51, 109, 114-cü maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: "xxxx" MMC-nin EQ 30240095 saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Hakim Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-7877/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-7877/2025
22.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver