Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-789/2022 28.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin X4 Xidmətinin 2-ci Ərazi X4 İdarəsinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakı ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar 602.4-c2 maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 22 fevral 2022-ci il tarixli, MN ******* saylı saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara əsasən, 22.02.2022-ci il tarixdə "xxxx" MMC-yə məxsus ünvan 1 ünvanında fəaliyyət göstərən "xxxx" MMC-də keçirilmiş planlı yanğın-texniki müayinəsi zamanı MMC-nin məsul şəxsi tərəfindən yoxlamaya dair sənədlər təqdim edilməmiş, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan yerlərə baxış keçirilməsinə şərait yaradılmaması müəyyən edilmişdir. Bununla da, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İXM-nin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin X4 Xidmətinin 2-ci Ərazi X4 İdarəsinin nümayəndəsi V.Ə.Həsənzadə inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, "xxxx" MMC tərəfindən yanğıntexniki müayinəsinin keçirilməsinə şərait yaradılmamışdır. Bu səbəbdən, protokol tərtib edərək məhkəməyə göndərmişlər. "xxxx" MMC-nin barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin nümayəndəsi S.N.Əliyeva izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidməti 2-ci ərazi X4 İdarəsi tərəfindən tərtib edilmiş protokol əsassız və qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidməti 2-ci ərazi X4 İdarəsinin əməkdaşları tərəfindən MMC-yə dair sənədlər tələb edildikdə, onlar müvafiq sənədlərin bir hissəsini vermişlər, digər hissəsi həmin vaxt orada olmadığından qısa zaman ərzində təqdim edəcəklərini bildirmişlər. "xxxx" MMC-nin məsul əməkdaşları tərəfindən yanğın-texniki müayinəsinin keçirilməsinə hər hansı bir maneəçilik törədilməmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidməti 2-ci ərazi X4 İdarəsinin əməkdaşları tərəfindən ümumiyyətlə, yanğıntexniki müayinənin keçirilməsi tələbi irəli sürülməmişdir. Müvafiq vəzifəli şəxslər MMC-nin rəhbər şəxsləri ilə telefonla danışdıqdan dərhal sonra əsəbi halda heç bir əsas və səbəb olmadan protokol tərtib edərək oranı tərk etmişlər. Göstərilənləri nəzərə alaraq, "xxxx" MMC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə başlanılmış icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından, yanğın-texniki müayinəsinin həyata keçirilməsinə MMC-nin əməkdaşları tərəfindən şərait yaradılmaması, maneəçilik törədilməsi iş materialları ilə sübuta yetmədiyindən, həmin faktı təqdiq edən mötəbər sübut və ya material olmadığından, həmçinin, MMC-yə məxsus sənədlərin Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin X4 Xidmətinin 2-ci Ərazi X4 İdarəsinə təqdim edilməməsini təsdiq edən sübut olmadığından protokol və ona əlavə edilmiş materiallar Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin X4 Xidmətinin 2-ci Ərazi X4 İdarəsinə geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından, yanğın-texniki müayinəsinin həyata keçirilməsinə "xxxx" MMC-nin əməkdaşları tərəfindən şəraitin yaradılmaması, maneəçilik törədilməsi iş materialları ilə sübuta yetirilmir, həmin xüsusatları təsdiq edən mötəbər sübut və ya material yoxdur, həmçinin, "xxxx" MMC-yə məxsus müvafiq sənədlərin təqdim edilməməsini təsdiq edən hər hansı sübut və ya material iş materiallarına əlavə edilməmişdir. Bununla da məhkəmə hesab edir ki, inzibati xətanın konkret olaraq hansı hərəkətlərlə törədilməsi protokolda göstərilmədiyindən və həmin xüsusatları təsdiq edən sənəd və sübutlar protokola əlavə edilmədiyindən inzibati materiala baxılması mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin Azərbaycan Respublikasının İXM-nin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasının və ya yerinə yetirilməməsinin halları konkret olaraq nədən ibarət olması məlum olmadığından, həmin materiallar əsasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin təqsirli olub-olmamasını müəyyən etmək mümkün olmadığından, mövcud natamamlıqları işə baxılarkən tamamlamaq mümkün olmadığından protokol və toplanmış material Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin X4 Xidmətinin 2-ci Ərazi X4 İdarəsinə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin X4 Xidmətinin 2-ci Ərazi X4 İdarəsinə qaytarılsın. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-789/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-789/2022
28.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver