Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-789/2024 07.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi - Nümayəndə1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi və vəkili «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili Nümayəndə2 iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Gəncə şəhərində doğulmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan, "xxxx" QSC-nin icraçı direktoru Şəxs barəsində - Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankı "xxxx" QSC-nin icraçı direktoru Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddələri ilə EP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" QSC-də (İnvestisiya şirkəti) xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində aparılmış kompleks yoxlama (xx.xx.2021 - xx.xx.2022-ci il tarixləri arasındakı dövrü əhatə edən) nəticəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktları aşkar edilmişdir. Bu pozuntular aşağıdakılardan ibarətdir 1) "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" (ƏL/TMM) Qanunun 4.4.4-cü, 4.5.1-ci və 4.10-cu maddələrinə görə (analoji tələb PL/TMM Qanunun 9.11-ci, 9.12.1-ci maddələrində göstərilmişdir) öhdəlik daşıyan şəxslər işgüzar münasibətlərin məqsədini və mahiyyətini aydınlaşcırmalı və bu barədə müştəridən məlumat və sənədlər əldə etməli və aparılan əməliyyatların müştəri barədə əldə edilmiş məlumat və sənədlərlə, bütün mürəkkəb, qeyri-adi olaraq irihəcmli olan, habelə açıq-aşkar iqtisadi və ya qanuni məqsədi olmayan əməliyyatların oxşar əməliyyat modelləri ilə müqayisəli şəkildə təyinatını və mahiyyətini ağlabatan səviyyədə aydınlaşdırmalı, belə əməliyyatlar zamanı təqdim edilmiş əmlakın mənbəyini müəyyən etməli və bunlarla bağlı təhlil hesabatı tərtib etməlidirlər. Yoxlama zamanı müəyyən edilmişdir ki, investisiya şirkəti tərəfindən iri həcmli əməliyyatlar aparan 2 müştəri haqqında (bir müştəri tərəfindən xx.xx.2022xx.xx.2022-ci il tarixləri arasında 56.840 Avro va 53.411 ABŞ dolları məbləğində, ikinci müştəri tərəfindən isə xx.xx.2022-xx.xx.2023-cü il tarixləri arasında 485.502,83 ABŞ dolları məbləğində) müvafiq araşdırma aparılmamış və təhlil hesabatı tərtib edilməmişdir. 2) öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər"in (DNP) 2.1.1-ci maddəsinə görə (analoji tələb aşağıda göstərilən xətalar törədilən zaman qüvvədə olmuş “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqına” (PL/TMM) qanunun 12.1-ci maddəsində də göstərilmişdir) monitorinq subyekti tərəfindən aşağıdakı qayda və prosedurlar hazırlanmalıdır. Müştərinin va benefisiarın eyniləşdirilməsi va verifikasiya üzrə daxili qayda va prosedurlar; monitorinq olunmalı əməliyyatların aşkarlanması meyarları (indikatorlar); şübhəli əməliyyatların aşkarlanması, qarşısının alınması və məlumatların maliyyə monitorinqi Xidmətinə təqdim olunması üzrə qaydalar; malumatların sənədləşdirilməsi və məxfiliyin təmin edilməsi qaydaları. Yoxlama zamanı müəyyən edilmişdir ki, QSC-də yuxarıda qeyd edilən qaydalar mövcud olmamış və yalnız xx.xx.2023-cü ildə təsdiqlənərək qəbul edilmişdir. (Yoxlama haqqında hesabat, səh 34- 35). Bununla da, İXM-nin 598.1.1-ci va 598.1.2-ci maddələrinin tərkib əlamətləri müəyyən edilir. Qeyd edilan inzibati xəta İnvestisiya Şirkətinin fəaliyyət göstərdiyi ünvan 2 ünvanında xx.xx.2022 - xx.xx.2023-cü il tarixlərində törədilmişdir. İnzibati pozuntu yoxlama nəticəsində xx.xx.2023-cü il tarixdə aşkarlanmamışdır. Nəticədə, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. xx.xx.2024-cü il tarixdə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə məhkəməyə müraciət (etiraz) edərək, 10 fevral 2009-cu il № 767-İİİQ “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərrbaycan Respublikasının Qanunu (PL/TMM) və Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 781-VİQ nömrəli “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunu (ƏL/TMM). 31 yanvar 2023-cü il 2006 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ƏL/TMM Qanunun icrası ilə əlaqədar qərara əsasən, PL/TMM Qanunun tətbiq edilməsi barədə 2009-cu il 23 fevral tarixli 66 nömrəli Fərman ləğv edilmiş və Fərman 2023-cü il fevralın 1-dən qüvvəyə minmişdir. Qüvvədən düşmüş və qüvvəyə minmiş qanunlar üzrə məsuliyyəti müəyyən edən inzibati xəta tərkibi İXM-sinin 598-ci maddəsi ilə müəyyən edilmişdir ki, bu norma üzrə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 30 dekabr 2022-ci il tarixli 783-VİQD nömrəli Qanunun 2.4-cü bəndinə əsasən 598-ci maddə yeni redaksiyada verilmiş və həmin qanunun 3-cü maddəsinə əsasən xx.xx.2023- cü il tarixdən qüvvəyə minmişdir. Bu səbəbdən hüquq münasibətlərini tənzimləyən hər iki Qanunun tələblərinin pozulmasına görə İXM-in 598ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulsa da, qanunların müvafiq hissədə tənzimlədiyi münasibətlər (onların məzmunu) fərqləndiyinə görə 598-ci maddənin məzmununda nəzərdə tutulmuş inzibati xəta tərkibləri bir-birindən fərqli olmuş, yəni PL/TMM Qanununun qüvvədə olduğu müddət ərzində 598-ci maddədə nəzərdə tutulmuş inzibat xəta tərkibi ilə hazırda qüvvədə olan ƏL/TMM Qanununun pozulmasına görə 598-ci maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibləri fərqli olmuşdur. Bu sahədə inzibati xəta tərkibləri olan və protokol üzrə nəzərdə tutulmuş İXM-sinin 598.1.1ci və 598.1.2 maddələrinin tərkib əlamətlərinin törədilmə tarixləri olaraq xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixlərində törədildiyi iddia edilmişdir. Bu isə o deməkdir ki, xx.xx.2023-cü il tarixədək olan müddət üzrə PL/TMM Qanununun və həmin Qanunun pozulmasına görə qeyd olunan tarixlər arasında qüvvədə olmuş İXM-sinin 598-ci maddəsinə, xx.xx.2023-cü il tarixdən sonra isə ƏL/TMM Qanununun və həmin Qanunun pozulmasına görə hazırda da qüvvədə olan İXM-in 598-ci maddəsinə nəzər yetirilməlidir.
1. AR İXM-sinin 598.1.1 maddəsi üzrə maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasına inzibati xəta tərkibi olaraq Mərkəzi Bank tərəfindən aparılmış yoxlama zamanı fakt qismində protokolda İnvestisiya Şirkəti tərəfindən iri həcmli əməliyyat aparan 2 müştəri haqqında (protokola əlavə edilmiş yoxlama haqqında hesabata əsasən müştəri X3 tərəfindən xx.xx.2022- xx.xx.2022-cü il tarixləri arasında 56.840 Avro və 53.411 ABŞ Dolları məbləğində, ikinci X1 tərəfindən isə xx.xx.2022xx.xx.2023-cü il tarixləri arasında 485.502,83 ABŞ Dolları məbləğində) müvafiq araşdırma aparılmamış və təhlil hesabatı tərtib edilmədiyi əsas göstərilmişdir. X2 əməliyyatları barədə isə, protokolda öz əksini tapdığı kimi əməliyyatlar xx.xx.2022xx.xx.2022-ci il tarixləri arasında həyata keçirilmişdir ki, bu zaman iddia edilən pozuntu xx.xx.2023-cü il tarixədək qüvvədə olan PL/TMM Qanununun və həmin Qanunun pozulmasına görə qeyd olunan tarixlər arasında qüvvədə olmuş İXM-sinin 598-ci maddəsi əsasında qiymətləndirilməlidir. Redaktə edilmiş İXM-sinin 598-ci maddəsinə nəzərə yetirildikdə qeyd edilən məzmunda inzibati xəta tərkibinin olmadığı və bununla bağlı inzibati məsuliyyəti müəyyən edən əsas mövcud olmamışdır. Nəticə etibari ilə bu tarixlər arasında inzibati xəta üzrə məsuliyyəti müəyyən edən tərkib müəyyənləşmədiyindən inzibati xəta hadisəsi və inzibati xəta tərkibi mövcud deyildir və AR İXM-sinin 53.1.1. və 53.1.2.-ci maddələrinə əsasən icraatı rədd edən hallar mövcuddur. Müştərinin sonuncu əməliyyatı xx.xx.2022-cü il tarixdə aparılmışdır. Əməliyyat üzrə İnvestisiya Şirkətinin öhdəliyinin icra edilməsi icra edilməmiş olsaydı belə, AR İXM-sinin 38.1.-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 1 (bir) il keçənədək verilə bilər. Bu isə son müddət olaraq xx.xx.2023-cü il tarixinədək olan müddətdir ki, buda müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad etmə halını sübüt edir. Belə ki, İXM-sinin 53.1.6-cı maddəsinə əsasən İXM-sinin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. X3 tərəfindən 2023-cü il üzrə aparılmış əməliyyatlar təhlil edilmiş, təhlil hesabatı tərtib edilmiş və vəsaitin mənbəyi əldə edilmişdir. Vəsaitin mənbəyinin və əməliyyatların təhlil edilməsi Mərkəzi Bankın tərtib etdiyi protokola əlavə edilmiş qoşma sənəd olan Mərkəzi Bankın əməkdaşı və yoxlama qrupunun üzvü Sadiq Ələkbərov tərəfindən Mərkəzi Bankın əməkdaşı Nümayəndə1 göndərilmiş elektron poçt məktubunda da görmək mümkündür. X4 tərəfindən aparılmış əməliyyatlar barədə tərtib edilmiş protokolda müştərinin 485.502,83 ABŞ Dolları məbləğində əməliyyat həyata keçirdiyi fakt olaraq müəyyən edilmişdir. Lakin, yoxlama haqqında hesabatda isə yoxlama qrupununda müəyyən etdiyi müştəri tərəfindən bu həcmdə əməliyyat həyata keçirilməmişdir. Yəni fakt düzgün müəyyən edilməmişdir və əsassızdır. Belə ki, yoxlama haqqında hesabatdada öz əksini tapdığı kimi bu vəsait müştərinin bank hesabına mədaxil edilmiş vəsaitdir. Qüvvədə olan ƏL/TMM qanununun 1.1.8-ci maddəsinə əsasən və qüvvədən düşmüş PL/TMM qanununa əsasən maliyyə instutları yəni anlayışa daxil edilən banklarda öhdəlik daşıyan şəxslərdir. İnvestisiya Şirkətləri ona verilmiş lisenziya əsasında yalnız “Qiymətli kağızlar bazarı haqqında” Qanunun 30.2-ci maddəsində nəzərdə tutulmuş əsas və əlavə investisiya xidmətləri üzrə investisiya əməliyyatları həyata keçirir ki, bura pul köçürmələri üzrə səlahiyyətlər daxil edilməmişdir. Belə ki, “Banklar haqqında” Qanuna əsasən pul köçürmələri banklara məxsus lisenziyalaşdırılmış fəaliyyətdir ki, bankda öz növbəsində bu növ əməliyyatların təhlil edilməsi üzrə öhdəlik daşıyan şəxsdir. Protokol üzrə öz əksini tapmış fakt özlüyündə İnvestisiya Şirkəti üçün inzibati xəta tərkibi yaratmadığından və inzibati xəta tərkibi olmaması səbəbindən inzibati xəta hadisəsinin mövcud olmaması AR İXM-sinin 53.1.1. və 53.1.2.-ci maddələrinə əsasən icraatı rədd edən halların mövcudluğuna dəlil gətirir. Digər tərəfdən X4 tərəfindən aparılmış və fakt olaraq müəyyən edilmiş sonuncu əməliyyat tarixi protokolda və yoxlama haqqında hesabatda öz əksini tapmamışdır ki, bu da müəyyən edilməmiş olaraq qalmışdır. Yoxlama dövrünə X1 tərəfindən İnvestisiya Şirkətinin hesabına sonuncu mədaxil xx.xx.2022-cü il tarixində olmuşdur və sonuncu qiymətli kağız alışı yoxlama dövrünə xx.xx.2022-ci ildə xarici səhm alışı olmuşdur. Əməliyyat üzrə İnvestisiya Şirkətinin öhdəliyinin icra edilməsi, icra edilməmiş olsaydı belə, AR İXM-sinin 38.1.-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Bu isə son müddət olaraq xx.xx.2023-cü il tarixinədək olan müddətdir ki, buda müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad etmə halını sübut edir. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən barəsində tərtib edilən xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol (EP № 0087291) əsasında başlanılmış iş üzrə icraata İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar mövcud olması səbəbindən xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə1 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi və vəkili «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili Nümayəndə2 təqdim edilmiş etirazın məzmununa uyğun izahat verərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Mərkəzi Bankının Kapital bazarı fəaliyyətinə dair siyasət və nəzarət departamenti tərəfindən "xxxx" QSC barəsində tərtib edilmiş yoxlama haqqında hesabatdan görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən ABB-İnvest İnvestisiya Şirkəti” QSC-də xx.xx.2022 - xx.xx.2022-ci il tarixlərində aparılmış kompleks yoxlama (xx.xx.2017 - xx.xx.2023-cü il tarixləri arasındakı dovrü əhatə edən) nəticəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulmasına dair inzibati xəta haqqında protokolda göstərilən faktlar aşkar edilmişdir. "xxxx" QSC tərəfindən qəbul edilmiş 25 dekabr 2020-ci il tarixli, 07/2020 nömrəli Əmrdən görünür ki, Şəxs 25 dekabr 2020-ci il tarixdən "xxxx" QSC-də 3 (üç) il müddətinə icraçı direktor vəzifəsinə təyin edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs vəzifəli şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 598.1.1 və 598.1.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi sübuta yetirilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1.7-ci maddəsinə əsasən öhdəlik daşıyan şəxslər – cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə bu Qanunda nəzərdə tutulmuş tədbirləri həyata keçirmək öhdəliyi olan maliyyə institutları, eləcə də qeyri-maliyyə institutları və peşə sahibləri; 1.1.8. maliyyə institutları – kredit təşkilatları, həyatın yığım sığortası fəaliyyəti ilə məşğul olan yerli və xarici sığortaçılar, təkrarsığortaçılar və sığorta vasitəçiləri, investisiya şirkətləri, investisiya fondları, bu fondların idarəçiləri, xarici investisiya fondlarının nümayəndəlikləri, mərkəzi depozitar, poçt rabitəsinin milli operatoru, lombardlar, maliyyə lizinqi xidmətləri göstərən şəxslər, ödəniş təşkilatları (müstəsna olaraq ödəniş əməliyyatının aparılması üçün vasitəçilik xidməti və (və ya) hesab üzrə məlumat xidməti göstərən ödəniş təşkilatları istisna olmaqla) və elektron pul təşkilatları, virtual aktiv xidməti təminatçıları və valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər 2.1-ci maddəsinə əsasən bu Qanun cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı əməllərin aşkar edilməsi və qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, hüquqi şəxslər, xarici hüquqi təsisatlar, habelə nəzarət orqanları və digər dövlət orqanları (qurumlar) arasındakı münasibətləri tənzimləyir. Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin 3-21-28/3-6-6/2023 nömrəli, 21 fevral 2023-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər”-in: 2.1.1-ci maddəsinə əsasən daxili qayda və prosedurların, nəzarət mexanizmlərinin və onların inkişaf planlarının təsdiq edilməsi aşağıdakı tədbirləri ehtiva etməlidir: 2.1.1.4. müştərilərin benefisiar mülkiyyətçilərinin müəyyənləşdirilməsinə dair metodologiya və prosedurların təsdiq edilməsi; 2.1.1.5. məlumat və sənədlərin saxlanılmasına və konfidensiallığına dair daxili qayda və prosedurların təsdiq edilməsi; 2.1.1.7. şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması (yenilənməsi) meyarlarının (indikatorların) təsdiq edilməsi; 2.8.2-ci maddəsinə əsasən öhdəlik daşıyan şəxslər fəaliyyət xüsusiyyətlərindən asılı olaraq şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması, təhlili, onlar barədə məlumat və sənədlərin MMX-ya təqdim olunması üzrə daxili qayda və prosedurlar müəyyən etməlidirlər. Bu daxili qayda və prosedurlarda ən azı aşağıdakılar nəzərdə tutulmalıdır: 2.8.2.1. şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması meyarlarından (indikatorlardan) istifadəsi qaydası; 2.8.2.2. şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması meyarlarının (indikatorlanının) tətbiq edilməsi ilə əməliyyatların (əqdlərin) təhlili metodları; 2.8.2.3. şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması meyarlarına (indikatorlarına) düşməyən əməliyyatların təhlili qaydası; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 17-ci maddəsinin “Qeyd” hissəsinə müvafiq olaraq dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər vəzifəli şəxs hesab edilirlər. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 38.2-ci maddəsinə görə Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 598.1.1-ci maddəsinə əsasən, maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına, və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasına, hər bir müştəriyə və əməliyyata görə, 598.1.2-ci maddəsinə əsasən, maliyyə institutları tərəfindən daxili nəzarət proqramının tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə görə vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Nəticədə məhkəmə, inzibati xəta haqqında işin mühüm əhəmiyyət kəsb edən bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla belə qənaətə gəlir ki, vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 598.1.1 və 598.1.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Qeyd olunanlara əsasən məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların aşkar edilməməsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 598.1.1 və 598.1.2-ci maddələrində nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 598.1.1 və 598.1.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə