Məhkəmə qərarları › İş №3(006)-795/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-795/2022

28.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-795/2022 28.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X6 Xidmətinin 2-ci Ərazi X6 İdarəsinin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin nümayəndələri X3 və X1 iştirakları ilə, Şəxs QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 18 fevral 2022-ci il tarixli, MN ******* saylı saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara əsasən, 18.02.2022-ci il tarixdə Nəsmi rayonu, ünvan 1 ünvanında yerləşən Şəxs QSC-yə məxsus mağazada X7 zamanı YTQ 03-2002 b2.2-2.2.17 pozulması müəyyən edilmişdir. Bununla da, Şəxs QSC Azərbaycan Respublikasının İXM-nin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin X6 Xidmətinin 2-ci Ərazi X6 İdarəsinin nümayəndəsi X4 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, "xxxx" QSC tərəfindən inzibati xəta 18.02.2022-ci il tarixdə keçirilmiş X7 zamanı törədilməsi aşkar olunmuşdur. "xxxx" QSC səlahiyyətli şəxsləri tərəfindən X7sinin aparılmasına lazimi şərait yaradılmamışdır. Şəxs QSC-nin barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs QSC-nin nümayəndəsi Y.F.Aslanov izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidməti 2-ci ərazi X6 İdarəsinin inspektoru vəzifəsində işləyən Elçin Quliyev tərəfindən Şəxs Qapalı Səhmdar Cəmiyyətinin ünvan 2 ünvanında yerləşən mağazasında plan üzrə keçirilən X7nin nəticələrinə əsasən Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1 -ci maddəsi ilə inzibati xəta törədilməsi barədə 18.02.2022-ci il tarixdə qanunsuz və əsassız olaraq MN № ******* nömrəli "xxxx" protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidməti 2-ci ərazi X6 İdarəsinin inspektoru vəzifəsində işləyən Elçin Quliyev tərəfindən Şəxs Qapalı Səhmdar Cəmiyyətinin ünvan 3 ünvanında yerləşən mağazasında plan üzrə keçirilən X7nin nəticələrinə əsasən Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə xitam verilməlidir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidməti 2-ci ərazi X6 İdarəsinin inspektoru Elçin Quliyev tərəfindən Şəxs Qapalı Səhmdar Cəmiyyətinin ünvan 4 ünvanında yerləşən mağazasında aparılmış yoxlamanın nəticələrinə dair Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən guya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1 -ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə 18.02.2022-ci il tarixdə qanunsuz və əsassız tərtib edilmiş MN № ******* nömrəli "xxxx" protokoldan görünür ki bu fakt 18.02.2022-ci il tarixli YTM aktı ilə təsdiq edilir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidməti 2-ci ərazi X6 İdarəsinin inspektoru Elçin Quliyev tərəfindən Şəxs Qapalı Səhmdar Cəmiyyətinin ünvan 4 ünvanında yerləşən mağazasında yoxlamanın aparılması haqqında qərarın surəti və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarış, o cümlədən 18.02.2022-ci il tarixdə tərtib edilmiş “X7 Aktı” və ona əlavə edilmiş sənədlərin bir nüsxəsi yoxlama başa çatdığı tarixdən növbəti üç iş günü ərzində Şəxs QSC-yə və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilməmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidməti 2-ci ərazi X6 İdarəsinin inspektoru Elçin Quliyev tərəfindən Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1 -ci maddəsi ilə guya inzibati xəta törədilməsi barədə 18.02.2022-ci il tarixdə qanunsuz və əsassız tərtib edilmiş MN № ******* nömrəli "xxxx" protokol 01.03.2022-ci il tarixdə QSC daxil olduqdan sonra, Şəxs QSC tərəfindən01.03.2022-ci il tarixdə 017/02/22 nömrəli məktubla Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X6 Xidmətinin 2ci ərazi X6 İdarəsinin rəisinə müraciət edilmiş və sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY ********* nömrəli çıxarışa əsasən 18.02.2022ci il tarixdə Şəxs Qapalı Səhmdar Cəmiyyətinin ünvan 2 ünvanında planlı “X7” keçirilməsi ilə bağlı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” (2 iyul 2013-cü il tarixli) Azərbaycan Respublikası Qanununun 31.9- cu maddəsinin tələblərinin kobud şəkildə pozularaq yoxlama aktı və ona əlavə edilmiş sənədlərin bir nüsxəsinin Şəxs Qapalı Səhmdar Cəmiyyətinə təqdim edilməməsi barədə irad bildirilmiş və yoxlama aktının və ona əlavə edilmiş sənədlərin bir nüsxəsinin Şəxs QSC-yə rəsmi qaydada təqdim edilməsi tələb edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidməti 2-ci ərazi X6 İdarəsinin inspektoru vəzifəsində işləyən Elçin Quliyev tərəfindən Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə inzibati xəta törədilməsi barədə 18.02.2022-ci il tarixdə MN № ******* nömrəli "xxxx" protokol düzgün tərtib edilməmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidməti 2-ci ərazi X6 İdarəsinin inspektoru vəzifəsində işləyən Elçin Quliyev tərəfindən Şəxs Qapalı Səhmdar Cəmiyyətinin ünvan 4 ünvanında yerləşən mağazasında plan üzrə keçirilən X7 zamanı yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasının və ya yerinə yetirilməməsinin heç bir konkret halları müəyyən edilmədiyi üçün inspektor Elçin Quliyev Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1 -ci maddəsi ilə inzibati xəta törədilməsi barədə 18.02.2022-ci il tarixdə tərtib edilmiş MN № ******* nömrəli "xxxx" protokolda inzibati xətanın mahiyyətini göstərə bilməmiş,protokolun tərtibinə qanuni don geyindirmək məqsədi ilə “YTM zamanı YTQ 03-2002 b 2.2-2.2.17 pozulması müəyyən edildi” kimi ümumi ifadələri protokola daxil etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidməti 2-ci ərazi X6 İdarəsinin inspektoru vəzifəsində işləyən Elçin Quliyev tərəfindən Şəxs Qapalı Səhmdar Cəmiyyətinin ünvan 4 ünvanında yerləşən mağazasında plan üzrə keçirilən X7nin nəticələrinə əsasən Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə tərtib edilmiş müvafiq protokol qanunsuz və əsassız olduğundan aşağldakılara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidməti 2-ci ərazi X6 İdarəsinin inspektoru vəzifəsində işləyən Elçin Quliyev tərəfindən Şəxs Qapalı Səhmdar Cəmiyyətinin ünvan 5 ünvanında yerləşən mağazasında plan üzrə keçirilən X7 zamanı yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasının və ya yerinə yetirilməməsinin konkret halları müəyyən edilmədiyi halda,yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1 -ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi olmadığı halda Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1 -ci maddəsi ilə inzibati xəta törədilməsi barədə 18.02.2022-ci il tarixdə qanunsuz və əsassız olaraq MN №0510427 nömrəli "xxxx" protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs QSC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə başlanılmış icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından, yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasının və ya yerinə yetirilməməsinin halları konkret olaraq nədən ibarət olması göstərilmədiyindən Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin X6 Xidmətinin 2-ci Ərazi X6 İdarəsinə geri qaytarılmalıdır. Bundan əlavə, "xxxx" QSC-nin səlahiyyətli şəxsləri tərəfindən Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin X6 Xidmətinin 2-ci Ərazi X6 İdarəsinin nümayəndəsinə X7sinin aparılmasına lazımi şərait yaradılmaması sübuta yetirilmir. Belə ki, inzibati xəta haqqında protokol düzgün tərtib edilməmiş, yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasının və ya yerinə yetirilməməsinin halları konkret olaraq nədən ibarət olması göstərilməmişdir. Bununla da məhkəmə hesab edir ki, inzibati xətanın konkret olaraq hansı hərəkətlərlə törədilməsi protokolda göstərilmədiyindən inzibati materiala baxılması mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin Azərbaycan Respublikasının İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasının və ya yerinə yetirilməməsinin halları konkret olaraq nədən ibarət olması məlum olmadığından, həmin materiallar əsasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin təqsirli olub-olmamasını müəyyən etmək mümkün olmadığından, mövcud natamamlıqları işə baxılarkən tamamlamaq mümkün olmadığından protokol və toplanmış material Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin X6 Xidmətinin 2-ci Ərazi X6 İdarəsinə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin X6 Xidmətinin 2-ci Ərazi X6 İdarəsinə qaytarılsın. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar