Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-796/2024 15.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs (bundan sonra Şəxs MMC) nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Şəxs MMC (hüquqi ünvanı: ünvan 1 **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 483-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP ******* (00100-00951/23) saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, EP ******* (00100- 00951/23) saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Baş İdarənin Rəsmiləşdirmə Mərkəzindən daxil olan 3-33-/3-1-030896/2023 nömrəli raporta əsasən müəyyən edilmişdir ki, hüquqi şəxs "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli **********4649 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ümumi dəyəri 10845,69 avro yəni, həmin bəyannamənin 22-ci və 45-ci qrafasına əsasən 18437,68 manat təşkil edən mallar konsiqnasiya yolu ilə ixrac gömrük proseduru altında Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirilmişdir. Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında 24 iyun 1997-ci il tarixli 609 nömrəli Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalarının 12.2-ci maddəsinə görə hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. "xxxx" MMC tərəfindən isə ixrac edilən malların müqabilində məcburi qaydada qaytarılmalı olan qeyd edilən xarici valyuta vəsaitlərin bir hissəsi qanunvericilikdə nəzərdə tutulan müddət ərzində hüquqi şəxsin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankdakı hesabına köçürülməmiş, bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi və vəkili Vəkil məhkəməyə ünvanlanmış eiraz ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsi (bundan sonra “Şöbə”) "xxxx" MMC-nin (bundan sonra “Şirkət”) İXM-in 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 08 dekabr 2023-cü il tarixli protokolla məhkəməyə müraciət etmişdir. Protokola görə Şirkət tərəfindən xx.xx.2023-cü il tarixli **********4649 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ümumi dəyəri 10845,69 avro, yəni 18437,68 manat təşkil edən mallar konsiqnasiya yolu ilə ixrac gömrük prosedura altında İdarədə rəsmiləşdirilmişdir. Şirkət tərəfindən ixrac edilən malların müqabilində məcburi qaydada qaytarılmalı olan xarici valyuta vəsaitlərin bir hissəsi qanunvericiliklə nəzərdə tutulan müddət ərzində bank hesabına köçürülməmişdir. Aşağıdakılara əsasən hesab edirik ki, protokol əsassızdır və iş üzrə icraata xitam verilməlidir. Protokoldan görünür ki, Şöbə ümumiyyətlə Şirkət və idxalçı tərəf olan “X2. Ve Tic. LTD ŞTİ” arasında bağlanmış müqaviləni, hesab-fakturanı və digər sənədləri araşdırmadan mülahizələr əsasında protokolu tərtib etmişdir. Belə ki, 01 fevral 2023-cü il tarixli, 01/2023 nömrəli müqaviləyə əsasən şirkət, yəni satıcı müqaviləyə edilmiş əlavədə göstərilən malları hazırki müqavilədə razılaşdırılmış şərtlər əsasında təchiz etməyi, alıcı, yəni “X2. Ve Tic. LTD ŞTİ” isə qəbul edib ödəməyi öhdəsinə götürür. Müqavilənin 4.1-ci maddəsinə əsasən malın ödəniş şərtləri hazırki müqavilənin ayrılmaz hissəsi olan əlavədə göstərilir. Müqaviləyə 1 saylı əlavəyə əsasən hesab faktura təqdim olunduqdan 3 gün ərzində ödəniş 100 faiz ediləcəkdir. Alıcı tərəfindən ödəniş edildikdən 3 gün ərzində mallar çatdırılacaqdır. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqaviləyə əsasən ödənişin qabaqcadan tam şəkildə həyata keçirilməsi razılaşdırılmışdır və mallar ödəniş tam şəkildə edildikdən sonra çatdırılmalı idi. Buna müvafiq olaraq da şirkət tərəfindən 10186.00 avro məbləğindəki hesab faktura “X2. Ve Tic. LTD ŞTİ”-yə təqdim edilmişdir. “X2. Ve Tic. LTD ŞTİ” isə xx.xx.2023-cü il tarixdə 10186.00 avro məbləğində pul vəsaitini tam şəkildə Şirkətin bank hesabına köçürmüşdür. Bunu təsdiq edən SWİFT sənədini və şirkətin bank hesabından çıxarışı hazırki etiraza qoşmada təqdim etmişlər. Bildirirlər ki, **********7804 sorğu nömrəli gömrük bəyannaməsinin 44-cü qrafasındakı 4011 nömrəli yarımbölməsində tərəflər arasında bağlanmış müqavilənin nömrəsi, yəni 01/2023, qarşısında isə müqavilənin tarixi, yəni xx.xx.2023 qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair 17 may 2021-ci il tarixli qərarında müəyyən edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətin yaranmasının əsaslarına dair qeyd edir ki, həmin maddə ilə nəzərdə tutulan inzibati xətanın ictimai təhlükəliliyi iqtisadi fəaliyyət sahəsində stabilliyin pozulmasında ifadə olunur. İnzibati məsuliyyətin yaranması üçün iki əsas nəzərdə tutulmuşdur: - xarici valyuta vəsaitinin xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilməsi; - əldə edilmiş və məcburi qaydada köçürülməli olan vəsaitin xaricdən qaytarılmaması. Həmin maddə ilə nəzərdə tutulan hüquqazidd əməlin subyekti kimi xarici iqtisadi fəaliyyəti həyata keçirən fiziki və ya hüquqi şəxs çıxış edir. Şərh olunan maddədə nəzərdə tutulan inzibati xətanın obyektiv cəhəti məcburi qaydada köçürülməli olan vəsaitin xaricdən qaytarılmamasında ifadə olunur. Bu əməl həmin şəxslər tərəfindən hərəkət və ya hərəkətsizliklə törədilə bilər. Hazırki halda şirkət xarici valyuta vəsaitini xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə etmişdir, lakin əldə edilmiş və məcburi qaydada köçürülməli olan vəsaitin xaricdən qaytarılmaması əsası mövcud deyil, çünki alıcı tərəf ödənişi tam şəkildə əvvəlcədən şirkətin bank hesabına köçürmüşdür. Bununla da şirkətin İXM-nin 483-cü maddəsi ilə inzibati məsuliyyətinin yaranması üçün əsaslar mövcud deyil. Protokolda əksini tapan bir sıra ziddiyyətlər də onun əsassız olduğunu deməyə kifayət edir. Protokolun “müəyyən etdi” bölməsində şirkət tərəfindən xx.xx.2023-cü il tarixli **********4649 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ümumi dəyəri 10845,69 avro, yəni həmin bəyannamənin 22-ci və 45-ci qrafasına əsasən 18437,68 manat təşkil edən malların konsiqnasiya yolu ilə rəsmiləşdirildiyi göstərilmişdir. Lakin növbəti abzasda xx.xx.2023-cü il tarixli **********7804 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilmiş mallar müqabilində hər hansı məbləğdə vəsaitin daxil olmadığı və qalıq borc olaraq xarici valyuta vəsaitinin ümumi məbləğinin 10845,59 avro olması göstərilmişdir. Deməli, Protokolda malların **********4649 sorğu nömrəli bəyannamə üzrə konsiqnasiya yolu ilə ixrac edildiyi müəyyən edilsə də, VAİS-ə baxış keçirilən zaman **********7804 sorğu nömrəli bəyannamə üzrə ixrac edilmiş malların müqabilində hər hansı vəsaitin daxil olmaması göstərilmişdir. Halbuki, Şirkət ancaq **********7804 sorğu nömrəli bəyannamə ilə malları ixrac etmişdir. Digər tərəfdən protokolda ümumi dəyəri 10845,69 avro məbləğində malların konsiqnasiya yolu ilə rəsmiləşdirilməsi göstərilmişdir, amma həmin məbləğin manat əvəzi qismində 18437,68 manat məbləği qeyd edilmişdir. Şöbə protokolda avro ilə malların invoys dəyəri əvəzinə statistik dəyərini qeyd etsə də, faktiki olaraq invoys dəyərinin manat əvəzi, yəni 18437,68 manat məbləğinin geri qaytarılmadığını bildirmişdir. Qeyd edək ki, tərəflər arasında bağlanmış müqaviləyə uyğun olaraq şirkətin qarşı tərəfə təqdim etdiyi invoysda malların dəyəri 10186.00 avro göstərilmişdir, **********7804 sorğu nömrəli gömrük bəyannaməsində də invoys dəyəri qismində həmin məbləğ qeyd edilmişdir, qarşı tərəf də razılaşdırılmış həmin məbləği Şirkətin bank hesabına köçürmüşdür, başqa sözlə desək, şirkətin konsiqnasiya yolu ilə ixrac etdiyi malların əvəzində əldə edəcəyi xarici valyuta vəsaitlərinin məbləği 10845,59 avro deyil, 10186.00 avro olmuşdur. 18437,68 manat 10845,59 avronun deyil, 10186.00 avronun manat ekvivalentidir (10186.00x1,8101=18437.68). Göründüyü kimi, Protokolda xeyli ziddiyyətli məqamlar mövcuddur. Hətta bəzi yerlərdə şirkətin əldə edəcəyi xarici valyuta vəsaitlərinin məbləği kimi 10845,69 avro qeyd edilmişdir. Bundan əlavə Protokol inzibati məsuliyyət müəyyən edən qanunvericiliyə uyğun tərtib olunmayıb. AR İXM 101.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra tərtib olunmalıdır. Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 may 2021-ci il Qərarına əsasən mallar bəyan edildiyi gündən Qaydalarla müəyyən edilmiş müddət ərzində (180 gün) ixrac olunan malların müqabilində məcburi qaydada köçürülməli olan valyuta vəsaiti geri qaytarılmadıqda, növbəti gün artıq inzibati xətanın törədildiyi gün kimi qəbul edilməlidir. Belə ki, bu halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri olduğu halda inzibati xətanı törətdiyi tarix 3 sentyabr 2023-cü il müəyyən olunmalıdır. İXM 101-3-cü maddəsinə görə inzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. Yəni, inzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır. Belə olan halda inzibati araşdırma aparılmasına dair qanunvericilikdə nəzərdə tutulan qaydada qərardad qəbul olunmasına dair bir sübut təqdim olunmadığı üçün inzibati xəta haqqında protokol 3 sentyabr 2023-cü il tarixində tərtib olunmalı idi. Əgər inzibati araşdırma prosessual normalara uyğun şəkildə aparılsa belə, inzibati araşdırma 2 aydan çox çəkə bilməz. Bu halda isə, inzibati xəta haqqında protokol 3 noyabr 2023-cü il tarixində tərtib olunmalı idi. İndiki halda isə, inzibati xəta haqqında protokol 08 dekabr 2023-cü ildə tərtib olunub. Bundan əlavə İXM 100.4-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Təqdim olunan inzibati xəta haqqında protokolda bunla bağlı müvafiq qeyd öz əksini tapmır. İnzibati xəta haqqında protokol qanuna uyğun şəkildə tərtib olunmadığı üçün sübut qismində tanına bilməz. Qeyd olunanlara əsasən hüquqi şəxs barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İXM-nin 483cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Baş Gömrük İdarəsindən daxil olmuş 3-33-/3-1-030896/2023 nömrəli xx.xx.2023-cü il tarixli raporta əsasən Şəxs MMC tərəfindən ixrac edilən malların müqabilində müvəkkil bankın hesabına köçürülməli olan məbləğin köçürülməsi haqqında 3-33-3100/2-004859/2023 nömrəli xx.xx.2023 tarixli bildiriş məktubla Şəxs MMC ünvanına göndərilmişdir. Lakin Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 609 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən konsiqnasiya yolu ilə ixrac edilən malların (işlərin,xidmətlərin) müqabilində vəsaitlərin bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsi haqqında məlumatlar təqdim edilməmişdir. İş materiallarında olan Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Vahid X1 informasiya resursuna baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs MMC (VÖEN: **********) tərəfındən Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirilmiş xx.xx.2023-cü il tarıxlı **********7804 sorğu nömrəli gömrük bəyannaməsi uzrə ixrac edilmiş mallar müqabilində hər hansı məbləğdə vəsait daxil olmamışdır və qalıq borc olaraq xarici valyuta vəsaitinin ümumi məbləğı 10845.59 avro təşkil edir. İş materiallarına əlavə edilmiş ödəniş sənədindən və hesabdan çıxarışdan görünür ki, Türkiyə Respublikasında yerləşən “X2. Ve Tic. LTD ŞTİ” şirkəti Şəxs MMC-nin hesabına xx.xx.2023-cü il tarixdə 10186,00 avro dolları məbləğində pul göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Türkiyə Respublikasında yerləşən “X2. Ve Tic. LTD ŞTİ” şirkəti tərəfindən Şəxs MMC-nin hesabına xx.xx.2023-cü il tarixdə 10186,00 avro dolları məbləğində pul göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə inzibati xəta hadisəsi olmadığından Şəxs MMC barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-796/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-796/2024
15.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver