Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-797/2021 11.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin nümayəndəsi X1, barəsində inzibati qaydada icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1980-ci ildə Gürcüstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs oğlunun barəsində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsindən daxil olmuş materiala baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Şəxs oğlu nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, M.Qasımov küçəsində «Az Samand» markalı, **-PG-*** dövlət nömrə nişanlı avtomobili spirtli içkilərdən istifadə olunması nəticəsində sərxoş vəziyyətində idarə etmişdir. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan Şəxs oğlu törədilmiş inzibati xətada özünü təqsirli bilməyərək göstərmişdir ki, avtomobil idarə etmək üçün BC kateqoriyalı sürücülük vəsiqəsi olmuş, lakin onun məlumatı olmadığı üçün həmin kateqoriya üzrə sürücülük vəsiqəsinin müddətinin xx xxxxxxxx 2020-ci il tarixdə bitməsindən xəbəri olmamışdır. xx xxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, M.Qasımov küçəsində «Az Samand» markalı, **-PG-*** dövlət nömrə nişanlı avtomobili idarə edərkən polis əməkdaşları tərəfindən saxlanılmış və onun spirtli içkidən istifadə etməsi ilə əlaqədar olaraq müayinədən keçiriləcəyi bildirilmişdir. O, sərxoş vəziyyətdə olmasa da, sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktında onun yüngül dərəcəli sərxoşluq vəziyyətində olması qeyd olunmuşdur. Bununla razılaşmayaraq, bir neçə saat sonra yenidən sərxoşluq vəziyyətinin müayinəsindən öz təşəbbüsü ilə keçmiş və onun həqiqətən də sərxoş vəziyyətdə olmaması müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, barəsində tərtib edilmiş protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Nəsimi rayon Polis İdarəsinin nümayəndəsi X2 izahatında göstərdi ki, xx xxxxxxx 2020-ci il tarixdə M.Qasımov küçəsində «Az Samand» markalı, **- PG-*** dövlət nömrə nişanlı avtomobil polis əməkdaşları tərəfindən saxlanılaraq, həmin avtomobilin sürücüsü Şəxs sənədlərinin yoxlanılması zamanı sürücülük vəsiqəsinin müddətinin bitməsi müəyyən edilmişdir. Lakin həmin vaxt barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin sərxoşluq vəziyyətdə avtomobil idarə etməsinə əsaslı şübhələr yarandığından yoxlamadan keçirilmiş və onun yüngül dərəcəli sərxoşluq vəziyyətində avtomobil idarə etməsi müəyyən edilmişdir. Bundan sonra həmin şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və aidiyyəti üzrə məhkəməyə göndərilçmişdir. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X6 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2/17846 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə aktından görünür ki, xx.xx.2020-ci il tarixdə müayinə edilmiş 1980-ci il təvəllüdlü Şəxs spirtli içkidən istifadə nəticəsində yaranan sərxoşluq vəziyyətində olması müəyyən olunmuşdur. İş materiallarında olan AC № 580578 saylı sürücülük vəsiqəsindən görünür ki, 1980-ci il təvəllüdlü Şəxs BC kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ xx xxxxxxxx 2020-ci il tarixdə bitmişdir. Məhkəmə tərəfləri dinləyib, inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi özü tərəfindən inkar edilsə də, Bakı şəhər Nəsimi rayon DYPŞ YPX-nin inspektoru X3 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol, tibbi müayinə aktı və digər iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Qeyd olunan Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərardan rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-797/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-797/2021
11.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver