Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-801/2023 22.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MTK-nın rəhbəri X1 iştirakları ilə, Şəxs MƏNZİL TİKİNTİ KOOPERATİVİ (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu 341-ci məh., Topçubaşov küç, 11, FAKTİKİ ÜNVAN: Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva ev 220; VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Protokola əsasən Şəxs Mənzil Tikinti Kooperativi 1) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-911/2018 saylı icra vərəqəsinin, 2) Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-120/2019 saylı icra vərəqəsinin, 3) Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-667/2019 saylı icra vərəqəsinin 4) Bakı şəhəri, Nəsimi rayon xx.xx.2021-cı il tatrixli, 2(006) 3934/2021 saylı icra vərəqəsinin 5) Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(102)-790/2017 saylı icra vərəqəsinin, 6) Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-4192/2021 saylı icra vərəqəsinin, 7) Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-6128/2021 saylı icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 3(006)-3796/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə ŞəxsMTK barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Verilmiş apelyasiya şikayəti əsasında Bakı Apelyasiya Məhkəməsinin 3(103)- 140/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarı ilə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 3(006)-3796/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilərək iş yenidən baxılması üçün Bakı şəhəri Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Məhkəmədə iclasında iştirak edən Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Pərviz Babayev icraatda olan icra sənədləri üzrə icraatın birləşirildiyini bildirmiş, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra tədbirlərinin həyata keçirildiyini, lakin görülmüş tədbirlərin icra sənədlərinin icrasının təmin edilməsi üçün nəticə vermədiyini qeyd etmişdir. O, əlavə olaraq bir neçə dəfə sözügedən ünvanda olduqlarını bildirmiş, ərazidə tikinti işlərinin faktiki olaraq dayandırıldığını, ərazidə borcluya məxsus tələbin yönəldilə bilinəcəyi qiymətli əmlakın aşkar edilmədiyini bildirmişdir. Həmçinin vaxtaşrı olaraq borcluya məxsus bank hesablarında pul vəsaitinin olub olmadığını müəyyən etmək üçün sorğuların verildiyini, lakin hesabda vəsaitin aşkar edilmədiyini bildirmişdir. Lakin buna baxmayaraq icraatda icra sənədlərinin olduğunu və icrasının təmin edilməli olduğunu və borclunun qərəzli olaraq icranı təmin etmədiyini bildirmişdir. Məhkəmə prosesində iştirak edən Şəxs MTK-nın rəhbəri X3 izahatında Şəxs MTKnın uzun müddətdir ki, faktiki olaraq fəaliyyət göstərmədiyinin bildirmiş, tikinti işlərinin dayandırılmasının onlardan asılı olmadığını qeyd etmiş, tikinti işlərinin aparılmasının bərpa edilməsi üçün mümkün bütün vasitələrdən istifadə etdiklərini vurğulsmış, tikinti işlərinin dayandırılmasının müvafiq dövlət qurumları tərəfindən həyata keçrildiyini və nəticədə onlara küllü miqdarda zərər dəydiyini bildirmişdir. O, ifadəsində barələrində olan məhkəmə qətnamələri barədə məlumatlı olduğunu və iş üzrə tələbkarların müəyyən mənada haqlı olduqlarını, onların zərər çəkdiklərini bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, daha çox zərər çəkən tərəf rəhbəri olduğu Şəxs MTK-dır. O, tərtib edilmiş protokolla razılaşmayaraq Şəxs MTK-nın mövcud vəziyyətdə inzibati məsuliyyətə cəlb edilməsi üçün hüquqi əsasın olmadığını bildirmişdir. İş materiallarında olan sənədlərə əsasən Şəxs MTK-nın borclu olduğu icra sənədləri üzrə müvafiq qaydada icraata başlanılaraq borcluya məlumat verildiyi müəyyən edilmiş, lakin icra sənədlərinin icrası borclu üçün müəyyən edilmiş könüllü müddət ərzində təmin edilməmişdir. İcra tədbirləri zamanı Şəxs MTK-nın rəhbərinin X3 olduğu müəyyən edilmiş, o icra məmurunun qanuni çağrışlarına gəlmədiyi üçün barəsində “Borclunun məcburi gətirilməsi barədə” xx.xx.2021-ci il tarixdə qərar qəbul edilmiş və məhkəməyə təqdimatla müraciət edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyəti müəyyən edir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən Hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir. 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, 18.2.3 hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, 18.2.4. bu məcəllənin 18.2.1-18.2.3 maddələrində nəzərdə tutuluş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. ŞəxsMTK-nın vəzifəli şəxsləri tərəfindən qərəzli olaraq icra məmurunun hansı qanuni tələbinin yerinə yetirməməsi məhkəmə araşdırılması zamanı müəyyən edilməmiş, bu barədə möhtəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ŞəxsMTK-nın icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və bununla da onun hərəkətlərində inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MTK barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-801/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-801/2023
22.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver