Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-803/2021 29.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, Bakı şəhər BPİ-nin DYPİ-nin xx xxxxxx 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxx 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhər BPİ-nin DYPİ-nin xx xxxxxx 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxx 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə, “Honda Accord” (minik) markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etdiyi zaman Bakı şəhəri, Ənvər Qasımzadə küçəsində xidmət keçən yol polisi barəsində AR İXM-nin 327.1-ci maddəsinə əsasən İXP ******* nömrəli protokol tərtib edilmişdir. (Bakı şəhəri DYPİ Yol patrul xidməti baş inspektor, polis kapitanı X4) Həmin protokol əsasında inzibati xəta haqqında TP4172725 nömrəli, xx.xx.2021-cu il tarixli qərar qəbul edilmişdir. Belə ki, həqiqətən qeyd olunan tarixdə o, avtomobillə Bakl şəhəri, Ənvər Qasımzadə ilə hərəkətdə olmuşdur. Bu zaman xidmətdə olan Bakı şəhəri DYPİ Yol patrul xidməti baş inspektoru polis kapitanı Ə.Ş.Hüseynov onu saxlayaraq barəsində AR İXM-nin 327.1-ci maddəsinə əsasən ******* nömrəli protokol tərtib etmişdir. İlkin olaraq qeyd edir ki, yol polisi əməkdaşı yolda ən azı yol ayrıcından sürücü tərəfindən görünən 100 metrə aralıda (məsafədə) xidmət keçməlidir. İkincisi polis əməkdaşı ona İXM-nin 329.3-cü maddəsi işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə-protokol tərtib edilməsini bildirsə də protokolu barədə məlumat aldıqdan sonra məlum olub ki barəsində qanunsuz AR İXM-nin 327.1-ci maddəsinə protokol tərtib edilmişdir Halbuki tərəfindən avtomobili idarə etdiyi zaman heç bir yol hərəkəti qaydası pozulmamışdır. Bu halları həmin ərazidə quraşdırılmış kamera QPS 40 3897877, 49 ******* nömrəli cihazları vasitəsi ilə sübut olunur. Mən Asan pay vəsitəsi ilə elektron məlumatı aldıqdan sonra elektron qaydada yuxarı orqan, DİN-nin BDYPİ-nin rəisi polis Generalı cənab Ramiz Rzayevə şikayət etmişdir. Şikayəti ilə əlaqədar idarənin qaynar xəttinə və aidiyyatı şəxslərin ünvanlarına zənglər edərək şikayətinin nəticəsi barədə məlumat əldə etmək istəsə də heç bir məlumat əldə edə bilməmişdir. İnzibati xəta haqqında protokol və qərar onun ünvanına daxil olmamışdır. Halbuki ki, protokol üzrə qərar qəbul edilərkən o, dəvət olunmalı öz etirazlarını bildirməli və yalnız bundan sonra qərar qəbul edilməli idi. Cavabdeh inzibati orqanların hərəkətsizliyi və hüququnun pozulması səbəbindən qərar ona qanunvericiliyə uyğun göndərəilmədiyindən Məhkəməyə müraciət etmişdir. Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 3(006)-600/2021 saylı qərardadını (hakim Azər Tağıyev) aldıqdan sonra Bakı şəhər BPİ-nin DYPİ-ə gedərək xx xxxx 2021-ci il tarixdə barəsində qəbul edilən protokol və qərarı almışdır. Göstərilənlərə əsasən barəində inzibati xəta haqqında xx xxxxx 2021-ci il tarixli, TP ******* saylı qərarı qanunsuz hesab edərək ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi R.C.Qəhrəmanov ərizəsinin mahiyyətinə uyğun izahat verərək bildirmişdir ki, polis əməkdaşı onu yolda saxlamış, o, tini dönərkən ona dönmə işığını yandırmadığını bildirilmiş, halbuki polis əməkdaşı onun qabağında olublar, orada müşahidəedici kameralar da olmuşdur. O buna etirazını bildirməsinə baxmayaraq barəsində protokol tərtib edilmişdir. Sonradan ona Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsi ilə cərimə yazılıb. Bu nişan qaydasını pozmaqdı. Halbuki əgər o göstərilən qaydanı pozsaydı onun barəsində İXM-nin 329.3-cü maddəsi ilə protokol tərtib olunmalı idi. Daha sonra o, barəsində tərtib edilmiş protokolla müraciət etmiş, DYPİ-nin 902 saylı qaynar xətti ilə əlaqə saxlamış, lakin onu qəbul etməmiş və protokolu ona verməmişlər. İdarəyə 3 dəfə gedib-gələndən sonra ona barəsində tərtib edilmiş protokolu veriblər. Lakin hadisə ilə bağlı hər hansı sübut, yəni nə görüntü nə də səs yazısı ona təqdim edilməmişdir. Göstərilənləri nəzərə alaraq, şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhər BPİ-nin DYPİ-nə lazımi qaydada və telefon vasitəsilə məlumat verilsə də, Bakı şəhər BPİ-nin DYPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Bakı şəhər BPİ-nin DYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, R.C.Qəhrəmanov xx xxxxxx 2021-ci il tarixdə, saat 11:28-də Bakı şəhəri, Səməd Vurğun 149 küçəsində idarə etdiyi “Honda Accord” minik markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin pozuntusu halına yol vermişdir. İş materiallarında olan xx xxxxx 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, R.C.Qəhrəmanov xx xxxxxx 2021-ci il tarixdə, saat 11:28-də Bakı şəhəri, Səməd Vurğun 149 küçəsində idarə etdiyi “Honda Accord” minik markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobillə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarının pozmuş buna görə də, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, R.C.Qəhrəmanovun barəsində xx xxxxxx 2021-ci il tarixdə Bakı şəhəri, Səməd Vurğun 149 küçəsində idarə etdiyi “Honda Accord” minik markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobillə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarının pozma halına yol verməsi ilə bağlı DYPİ-nin əməkdaşı tərəfindən xx xxxxxx 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, xx xxxxx 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə R.C.Qəhrəmanov Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, R.C.Qəhrəmanov barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı 3 dəfə polis idarəsinə müraciət edəndən sonra əldə etmiş, həmin zaman ona hadisə ilə bağlı hər hansı videogörüntü və ya səs yazısı təqdim edilməmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, R.C.Qəhrəmanovun barəsində Bakı şəhər BPİ DYPİ-də aparılan inzibati iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə ki, R.C.Qəhrəmanova polis əməkdaşı tərəfindən onun dönmə işığından istifadə etməməsi bildirilsə də barəsində əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmasına görə əsassız olaraq protokol tərtib edilmiş və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə həmçinin hesab edir ki, sübut etmə vəzifəsi qərarından şikayət verilmiş orqanın üzərinə düşür, lakin həmin orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gələ bilməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də iş üzrə sübutlar təqdim etməmişdir. Bununla da məhkəmə hesab edir ki, protokol və qərar qəbul edilərkən yuxarıda göstərilən hallar tam araşdırılmamış və R.C.Qəhrəmanovun barəsində əsassız qərar qəbul olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Bakı şəhər BPİ-nin DYPİ-də aparılan inzibati araşdırma zamanı hakimin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikasının İXM-nin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər BPİ-nin DYPİ-nin xx xxxxxx 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxx 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Bakı şəhər BPİ-nin DYPİ-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin olunsun. Bakı şəhər BPİ-nin DYPİ-nin xx xxxxxx 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxx 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Bakı şəhər BPİ-nin DYPİ-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-803/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-803/2021
29.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver