Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-803/2023 10.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, Bakı Nəqliyyat Agentliyinin 06 yanvar 2023-cü tarixli, BNA ******* nömrəli saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Bakı Nəqliyyat Agentliyinin 06 yanvar 2023-cü tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə, saat 22:25-də idarə etdiyi “Opel Astra” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobili Nəsimi rayonu, 28 may küçəsində müəyyən səbəbdən müvəqqəti təcili saxlamalı olduğuna görə BNA ******* saylı elektron protokol əsasında xx.xx.2023-cü il tarixdə İXM-nin 346.1-ci maddəsi ilə cərimə edilməyi barədə elektron qərar çıxarılaraq bu barədə “SMS radar” elektron kabinetə məlumat yerləşdirilmişdir. O hesab edir ki, həmin elektron protokol əsasında çıxarılmış elektron qərar qanunsuzdur. Belə ki, dayanma-durmaya görə elektron protokol tərtib etmək hüquqi olaraq mümkün (düzgün) deyil və qanunaziddir. Bildirmişdir ki, dayanma-durma qaydasının pozulması yalnız yollarda elektron planşeftlə xidmət aparan BNA və ya DYP əməkdaşları tərəfindən (yerində avtomobilin dayanma-durma səbəbi tam aydınlaşdırıldıqdan sonra) aşkar edilməklə avtomobilin bir neçə istiqamətindən, o cümlədən avtomobilin salonunun fotoşəkilləri çəkilməli, onun qapılarının bağlı olması və içərisində hər hansı bir şəxsin olmamasını sübut edən fotoların olması da mütləqdir, eyni zamanda avtomobilin həqiqətən qadağan edilmiş yerdə park edildiyi həmin şəkillərdən aydın görünməlidir (qadağan edən nişan, piyadalar üçün nəzərdə tutulan zolaqların üzərində dayanma və s.). Pozuntu avtomobilin yanında aşkar edilməli, hətta dayanmağı qadağan edən nişan olsa belə avtomobilin dayanma səbəbi verində aydınlaşdırılmalı (nasazlıq və s.), salonunda hər hansı bir sərnişinin olmamasına, sürücünün avtomobilin yanında olmamasına cərimə tətbiq edən vəzifəli şəxs əmin olmalıdır. Bu maddədən görünür ki, İXM-nin 346.1 və 346.2-ci maddələrinin tələbinin pozmağa görə bu halda cərimə yazmaq qanunsuzdur. Bundan başqa, dayanma-durma qaydasının pozulması ilə bağlı BNA və ya DYP əməkdaşı planşetlə avtomobilə yaxınlaşmalı, həqiqətən onun qanunsuz (nasazlıq səbəbindən dayanmadığına) park edilməsinə, salonunda hər hansı bir şəxsin olub-olmamasına əmin olaraq bunu yerində aşkar etməli, “elektron planşet” vasitəsi ilə qayda pozuntusunu sübut edən xüsusi ilə də avtomobilin salonu da daxil olmaqla bir neçə fotoşəkilər çəkməli, həmçinin bortkompüter vasitəsi ilə çıxarılmış protokol və ya qərar surətini avtomobilin alın süşəsindəki silgəcin altına qoymalıdır. Barəsində İXM-nin 346.1-ci maddəsi ilə çıxarılmış protokollar və qərarlar qanunsuz olduğundan yuxarıda qeyd edilən protokolun və qərarın ləğv edilməsini, yəni sistemdən silinməsini əks halda məhkəməyə müraciət etmək üçün qərarları rəsmi göndərilməsi üçün BNA-ya elektron şikayətlə müraciət etdimişdir. BNA-nın xx.xx.2023-cü il tarixli məktubu ilə elektron qaydada göndərdiyi şikayətə baxılaraq şablon cavablardan istifadə edilərək şikayəti əsassız hesab edilmiş və qərarın surəti onun ünvanına elektron qaydada göndərilmişdir. BNA öz məktubunda İXM-nin 124.5 və 124.6-cı maddələrin məzmununu qismən şərh etmişdir. Belə ki, İXM-nin 124.5-ci maddəsində qeyd edilir: Bu Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə bu Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda, inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır və nəqliyyat vasitəsi ən yaxın mühafizə edilən duracağa aparılır. Bu halda inzibati tənbeh vermə haqqında qərarda" nəqliyyat vasitəsinin aparıldığı duracağın ünvanı göstərilir. İnzibati tənbeh vermə hamımda qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort- kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İXM-nin 124.6 maddəsində qeyd edilir: Bu Məcəllənin 346.1 346.2, 346-1.2, 346-1.3-cü və 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çək iliş apanlmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məlum olur ki, BNAnin səlahiyyətli şəxsi yuxarıda qeyd edilən maddələrin yalnız özünə sərf (lazım olan) etdiyi hissəsinə istinad edib “xəta” ilə bağlı mötəbər və təkzibedilməz sübutu olmadığından vəziyyətdən çıxış yolu kimi həmin maddələri tam şərh etməməkdə görmüş, bununla da qeyd edilən maddələrin tələblərinə riayət etməmişdir. Protokolla bağlı qərar bir ilə yaxın vaxt keçəndən sonra çıxarılmışdır. Göstərilənlərə əsasən 06 yanvar 2023-cü tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə şikayətçiyə və Bakı Nəqliyyat Agentliyinə lazımi qaydada məlumat verilsə də, şikayətçi və Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Həmçinin şikayətçi məhkəməyə ərizə ünvanlayaraq xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak etməməsinin səbəbi kimi səhhətini göstərmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4cü maddəsinə əsasən işə şikayətçinin və Bakı Nəqliyyat Agentliyinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 06 yanvar 2023-cü tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, R.M.Məmmədov xx.xx.2022-ci il tarixdə saat 22:25-də Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsində “Opel Astra’” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə dayanma və ya durma qaydalarını pozmuş və bununla da, barəsində Azərbaycan Respublikasının İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan inzibati tənbeh vermə haqqında qərardan görünür ki, inzibati xəta hadisəsi BNA-nın “Hikvision DS-2DF82361X-AELW” markalı TŞ kameraları vasitəsi ilə aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə tərəfindən tədqiq edilmiş foto-şəkildən müəyyən edilir ki, R.M.Məmmədovun idarə etdiyi “Opel Astra” markalı, **-PF-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hərəkəti uzaqdan çəkilişlə qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş şikayətçi R.M.Məmmədovun məhkəməyə ünvanladığı ərizədən görünür ki, şikayətində elektron qərarın ləğvi üçün əsaslar qanuvericiliyin tələbinə uyğun ətraflı qeyd edilmişdir. Lakin səhhəti ilə bağlı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. Odur ki, şikayətində qeyd edilənləri müdafiə edərək işə iştirakl olmadan baxıb şikayətinin təmin edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, R.M.Məmmədov xx.xx.2022-ci il tarixdə, saat 22:25-də Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsində “Opel Astra” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən, BNA-nın əməkdaşları tərəfindən onun orada olması və Azərbaycan Respublikasının İXM-nin 124.6cı maddəsi nəzərə alınmadan barəsində dayanma və ya durma qaydalarını pozması halına yol verməsi ilə bağlı 06 yanvar 2023-cü tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və ona 20 (iyirmi) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, inzibati xəta hadisəsi bilavasitə BNA-nın səlahiyyətli əməkdaşları tərəfindən deyil, TŞ şəhər kameraları vasitəsi ilə aşkar edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 124-cü maddəsinə əsasən həmin Məcəllənin 346.1-ci maddəsinin tərkibinin yaranması üçün nəqliyyat vasitəsinin sürücüsünün nəqliyyat vasitəsinin yanında olmadığı və səlahiyətli şəxs tərəfindən bilavasitə bort kompuyer və ya planşet kimi texniki vasitələrlə foto və ya video çəkiliş aparılmaqla inzibati xəta hadisəsini aşkar etdiyi hallarda yaranır. İşin hallarından göründüyü kimi, hazır ki, halda inzibati xəta hadisəsi BNA-nın səlahiyyətli əməkdaşı tərəfindən deyil, TŞ kameraları vasitəsi ilə foto çəkiliş aparılmaqla aşkar edilmişdir. Belə olan halda R.M.Məmmədovun əməlində ona istinad edilən inzibati xəta üzrə icraat inzibati xətalara dair qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirilmədiyindən onun həmin maddə ilə təqsirli bilinib barəsində tənbeh tədbirinin tətbiq edilməsi yolverilməzdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən 06 yanvar 2023-cü tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərar şikayətçi R.M.Məmmədovun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 124-cü maddələri pozulmaqla qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 122-ci maddəsinə əsasən 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 124.6-cı maddəsinə əsasən (İXM-nin 124-cü maddəsi inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə icraatın aparılması qaydası) Bu Məcəllənin 346.1 346.2, 346-1.2, 346-1.3-cü və 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. Göründüyü kimi, R.M.Məmmədov tərəfindən törədilməsi ehtimal edilən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə əhatə olunan əməl foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdir. Həmin inzibati xətalar bilavasitə səlahiyyətli orqanın əməkdaşı tərəfindən aşkar edilməmiş, yəni qərar qəbul etmiş və ya protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi inzibati xətanın törədildiyi yerdə olmamaqla həmin inzibati xətanı yerində aşkar etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində həmin Məcəllənin 346.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi nəzərdə tutulmamış, həmin maddə üzrə belə bir icraatın aparılma qaydası müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, sübut etmə vəzifəsi qərarından şikayət verilmiş orqanın üzərinə düşür, lakin həmin orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gələ bilməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də iş üzrə sübutlar təqdim etməmişdir. Bununla da məhkəmə hesab edir ki, protokol və qərar qəbul edilərkən yuxarıda göstərilən hallar tam araşdırılmamış və R.M.Məmmədovun barəsində əsassız qərar qəbul olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi R.M.Məmmədovun əməlində inzibati xəta hadisəsi olmadığından şikayəti təmin edilməli, Bakı Nəqliyyat Agentliyinin 06 yanvar 2023cü tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin olunsun. Bakı Nəqliyyat Agentliyinin 06 yanvar 2023-cü tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-803/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-803/2023
10.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver