Məhkəmə qərarları › İş №3(006)-808/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-808/2021

01.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-808/2021 01.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Cəbizadə Aybəniz Emin qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Nizami RPİ-nin DYPŞ tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 3(006)-2518/2020 saylı qərarı ilə Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. Həmin qərardan Şəxs MMC-nin baş direktoru tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 3(103)-371/2021 saylı qərarı ilə Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 3(006)-2518/2020 saylı qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs MMC “Honda Pilot” minik markalı, **- PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx xxxx 2020-ci il tarixdə, saat 16:37-də inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs barəsində məlumatı səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmiş, bununla da, Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi N.X.Nəbiyev bildirmişdir ki, Nizami RPİnin DYPŞ-nin Şəxs MMC-yə məxsus “Honda Pilot” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2020-ci il tarixli MQ 4504 (254606) saylı bildirişi “xxxx” MMCnin 29 saylı Poçt Şöbəsinə xx xxxxxx 2020-ci il tarixində daxil olsa da, Şəxs MMC-yə rəsmi olaraq xx xxxxxx 2020-ci il tarixində təqdim edilmişdir (poçt çatdırılma vərəqəsi əlavə olunur). Həmin bildirişə uyğun olaraq “Honda Pilot” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü barəsində müvafiq məlumatlar xx.xx.2020-ci il tarixli HOD 12235 saylı məktubla təqdim edilmiş və həmin gün Nizami RPİ-nin DYPŞ-nin Bakı şəhəri, Ordubadı 6-da yerləşən ünvanına göndərilmişdir. Məktub xx.xx.2020-ci il tarixli tarixdə, saat 11:00-da göndərilmiş və xx.xx.2020-ci il tarixdə, saat 16:38-də Nizami RPİ-nin DYPŞ tərəfindən qəbul olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Nizami RPİ-nə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Nizami RPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. Ona görə də, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Daxili İşlər Nazirliyi BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin Şəxs MMC-yə ünvanladığı xx xxxxxx 2020-ci il tarixli sorğudan görünür ki, “Honda Pilot” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx xxxx 2020-ci il tarixdə, saat 16:37-də inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs barəsində məlumat verilməsi xahiş edilmiş, eyni zamanda həmin məlumatların 5 iş günü müddətində verilməməsinə görə hüquqi şəxs (vəzifəli şəxs) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, həmin sorğu xx xxxxxx 2020-ci il tarixdə Şəxs MMC-nin məsul şəxsi tərəfindən qəbul edilmişdir. İş materiallarında olan qaimədən görünür ki, Şəxs MMC tərəfindən xx xxxxxx 2020-ci il tarixdə göndərilmiş məktub xx xxxxxx 2020-ci il tarixdə Nizami RPİ tərəfindən qəbul edilmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli, D**********01317 saylı çatdırılma vərəqindən görünür ki, SS667556627AZ kodlu məktub xx xxxxxx 2020-ci il tarixdə Şəxs MMC-nin məsul şəxsi tərəfindən qəbul edilmişdir. Məhkəmə iclasında isə müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən müvafiq sorğu onlara daxil olduqdan sonra hüquqi şəxsin istifadəsində olan nəqliyyat vasitəsi və onu idarə etmiş fiziki şəxs haqqında məlumatlar (o cümlədən hazırki iş materiallarında olan sorğuda göstərilən nəqliyyat vasitəsinin sürücüsü barədə məlumatlar) Bakı şəhəri Nizami RPİ-nə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar