Məhkəmə qərarları › İş №3(006)-809/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-809/2021

02.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-809/2021 02.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Cəbizadə Aybəniz Emin qızının katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin 21 may 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin 21 may 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi Həmid Əhmədov tərəfindən onun barəsində MN ******* saylı 21.05.2020-ci il tarixli inzibati xəta haqqında qərar qəbul olunmuş və ona 1.200 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq olunmuşdur. Qeyd olunan inzibati tənbeh vermə haqqında qərar qəbul olunarkən və ya inzibati xəta haqqında icraata başlanılarkən o ümumiyyətlə dəvət olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 17 yanvar 2019-cu il tarixli Fərmanı ilə ləğv edilmişdir (fərmanın surəti əlavə olunur). Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 17 yanvar 2019-cu il tarixli Fərmanının 4-cü hissəsinin icrasını təmin etmək məqsədilə və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə:,nin 14.5-ci bəndinə müvafiq olaraq ləğvetmə komissiyasının yaradılması barədə Azərbaycan Respuəlikası Gənclər və İdman Naziri cənab Azad Rəhimov tərəfindən 10.12.2019-cu il tarixində əmr imzalanmışdır (əmr əlavə olunur). Həmin Əmrin 3-cü bəndinə əsasən ləğv edilmiş X9 X5 rəhbərliyinə (Q.Sadıxov) Azərbaycan Respublikası Əmək Məcəlləsinin “a” bəndinə əsasən 30.12.2019-cu il tarixdən işçilərlə bağlanılmış əmək müqavilələrinə xitam verilməsi, müvəfiq qaydada işçilərə həmin Məcəllənin 77-ci maddəsində nəzərdə tutulmuş işdənçıxarma müavinətlərinin ödənilməsi və əmək müqaviləsinə xitam verilməsi, işçilərin siyahısını məlumat üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin müvafiq Məşğulluq mərkəzinə təqdil edilməsi tapşırılmışdır. Aşağıdakı əsaslara görə hesab edir ki, ona qarşı MN ******* saylı 29.06.2020-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul olunmuş 21.05.2020-ci il tarixli qərar əsassız olduğuna görə ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir: Azərbaycan Respublikasının İrzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Şikayətə əlavə olunmuş qərardan görünür ki, X6, X10, X4 əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələbinə uyğun olaraq son haqq-hesabı axırıncı iş günü işəgötürən tərəfindən ödənilməmişdir. Əvvəla qeyd olunmalıdır ki, İXM-in 192.4-cü maddəsində son-haqq hesabın hesablanması və ödənilməməsində yol verilən pozuntulara görə tənbeh nəzərdə tutulmamışdır. Həmin maddədə əmək və məzuniyyət haqlarının hesablanması nəzərdə tutulub. Həmin Məcəllənin normaların analogiya üzrə tədbiqi nəzərdə tutulmadığından əməlin tövsifində yol verilmiş pozuntu əməldə həmin inzibati xətanın tərkibinin olmaması əsası ilə icraata xitam verilməsi ilə nəticələnməlidir. Qərarda təsvir olunan inzibati xəta İXM-in 192.6-cı maddəsinin tərkibini yaradır. Bu səbəbdən də hesab edirik ki, qərar əsassızdır. Eyni zamanda nəzərə çatdırır ki, İXM-in 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yuxarıda adları çəkilən şəxslərlə bağlanmış əmək müqavilələrinə 10.12.2019-cu il tarixində xitam verilmiş, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar isə 21.05.2020-ci il tarixində (121 gün sonra) qəbul edilmişdir. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Bakı şəhər İdarəsinin rəisi X8 qəbul etdiyi MN ******* saylı 21.05.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə şikayətçi Q.Q.Sadıxova və Azərbaycan Respublikası ƏƏMN yanında DƏMX-nin Bakı şəhər İdarəsinə lazımi qaydada məlumat verilsə də, şikayətçi Q.Q.Sadıxov və Azərbaycan Respublikası ƏƏMN yanında DƏMX-nin Bakı şəhər İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə şikayətçi Q.Q.Sadıxov və Azərbaycan Respublikası ƏƏMN yanında DƏMX-nin Bakı şəhər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Nəsimi Rayon Məhkəməməsinin 17 iyul 2021ci il tarixli, 3(006)-809/2021 saylı bildirişindən görünür ki, şikayətçi Q.Q.Sadıxovun yaşadığı ünvan 1 ünvanına və Azərbaycan Respublikası ƏƏMN yanında DƏMX-nin Bakı şəhər İdarəsinin ünvanına Nəsimi Rayon Məhkəməsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir. İş materiallarına əlavə edilmiş şikayətçi Q.Q.Sadıxovun vəkili və nümayəndəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Vəkil 22 iyul 2021-ci il tarixli ərizəsindən görünür ki, iş üzrə bir sıra mühüm əhəmiyyət kəsb edən sübutlar var ki, onların əldə olunması 02 avqust 2021-ci il tarixinə qədər gecikir. Belə ki, apelyasiya instansiya məhkəməsinin araşdırılmasının zəruri hesab etdiyi hallar üzrə təqdim olunacaq həmin sübutlar işin sonrakı taleyində böyük rol oynaya bilər. Qeyd olunanları nəzərə alaraq 22 iyul 2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasının başqa vaxta təxirə salınması xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş Nəsimi Rayon Məhkəməməsinin 22 iyul 2021-ci il tarixli, 3(006)-809/2021 saylı bildirişindən görünür ki, şikayətçi Q.Q.Sadıxovun yaşadığı ünvan 1 ünvanına və Azərbaycan Respublikası ƏƏMN yanında DƏMX-nin Bakı şəhər İdarəsinin ünvanına Nəsimi Rayon Məhkəməsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir (22 iyul 2021-ci il tarixli reyestrin 31-32 sıra nömrələri ilə). İş materiallarına əlavə edilmiş şikayətçi Q.Q.Sadıxovun vəkili və nümayəndəsi Vəkil 02 avqust 2021-ci il tarixli ərizəsindən görünür ki, hazırkı iş üzrə bir sıra mühüm əhəmiyyət kəsb edən sübutlar var ki, onların bir hissəsi artıq əldə olunmuşdur. Belə ki, apelyasiya instansiya məhkəməsinin araşdırılmasının zəruri hesab etdiyi hallardan biri də son haqqhesabın şikayətçilərə ödənilməsidir ki, həmin hissədə şikayətçilərin bir hissəsinin ərizə vermişdir. Həmin şikayətçilər son haqq-hesabı aldıqlarını, lakin riyazi hesablamalarda səhvə yol verildiyini qeyd edərək bununla bağlı mülki qaydada məhkəməyə müraciət edəcəklərini qeyd ediblər. Vacib və tale əhəmiyyətli məhkəmə iclası ilə əlaqədar Qax rayonunda olduğuna görə məhkəmə iclasının təxirə salınmasında köməklik göstərilməsi xahiş edilmiş və növbəti iclasda həmin ərizələrin təqdim olunacağı göstərilmişdir. İş materiallarında olan 21 may 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, vətəndaşlar X6, X10, X2 əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələbinə uyğun olaraq son haqq-hesabı axırıncı iş günü işəgötürən tərəfindən ödənilməmişdir. Buna görə də X9 X5 direktoru Q.Q.Sadıxov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 1.200 manat miqdarında cərimə edilmişdir. “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17.01.2019-cu il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyində X9 X12 ləğv edilmişdir. “Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyindəki X9 X5 ləğv edilməsi barədə” sözügedən nazirliyin 10.12.2019-cu il tarixli əmri ilə Mərkəzin ləğv edilməsi ilə bağlı ləğvetmə komissiyası yaradılmış, həmin qurumun rəhbərliyinə (Q.Sadıxov) Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən 30.12.2019-cu il tarixindən işçilərlə bağlanmış əmək müqavilələrinə xitam verilməsi, müvafiq qaydada işçilərə işdənçıxarma müavinətlərinin ödənilməsi və əmək müqaviləsinə xitam verilmiş işçilərin siyahısını məlumat üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Məşğulluq mərkəzinə təqdim edilməsi tapşırılmışdır. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən X9 X12 tərəfindən G.M.Hümbətova, P.N.Bəndərli və S.B.Hüseynovanın əmək müqavilələrinə 30.12.2019-cu il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən (müəssisə ləğv edildikdə) xitam verilmiş, həmin bildirişlərin hər biri 22.01.2020-ci il tarixdə müvafiq sistemə daxil edilmişdir. "xxxx" ASC tərəfindən təqdim edilmiş hesabdan çıxarışlara əsasən 20.12.2019-cu il tarixdə G.M.Hümbətova, P.N.Bəndərli və S.B.Hüseynovaya müvafiq ödənişlər olunmuşdur. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 19 avqust 2020-ci il tarixli qərarından görünür ki, şikayət təmin edilmiş, X7 Bakı Şəhər İdarəsinin 21 may 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 09 fevral 2021-ci il tarixli qərarından görünür ki, apelyasiya şikayəti qismən təmin edilmiş, Q.Q.Sadıxovun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin 21 may 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin təmin edilərək qərarın ləğv edilərək qərarın ləğv edilməsinə dair Nəsimi Rayon Məhkəməsinin 19 avqust 2020-ci il tarixli qərarı apelyasiya şikayətinə münasibətdə ləğv edilmiş və inzibati xəta haqqında iş materialları yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli qərarından görünür ki, şikayət qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin 21 may 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş baxılması üçün həmin quruma göndərilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 17 iyun 2021-ci il tarixli qərarından görünür ki, apelyasiya şikayəti qismən təmin edilmiş, Q.Q.Sadıxov barəsində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin 21 may 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməklə işin yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinə qaytarılmasına dair Nəsimi Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli qərarı apelyasiya şikayətinə münasibətdə ləğv edilmiş və inzibati xəta haqqında iş materialları yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 17.01.2019-cu il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyində X9 X12 ləğv edilmiş, nazirliyin 10.12.2019-cu il tarixli əmri ilə Mərkəzin ləğv edilməsi ilə bağlı ləğvetmə komissiyası yaradılmış, həmin qurumun rəhbərliyinə (Q.Sadıxov) Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən 30.12.2019-cu il tarixindən işçilərlə bağlanmış əmək müqavilələrinə xitam verilməsi, müvafiq qaydada işçilərə işdənçıxarma müavinətlərinin ödənilməsi və əmək müqaviləsinə xitam verilmiş işçilərin siyahısını məlumat üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Məşğulluq mərkəzinə təqdim edilməsi tapşırılmışdır. X9 X12 tərəfindən G.M.Hümbətova, P.N.Bəndərli və S.B.Hüseynovanın əmək müqavilələrinə 30.12.2019-cu il tarixdən xitam verilmişdir. Həmin işçilərə məxsus bank hesablarından olan çıxarışlara əsasən onlara 20.12.2019-cu il tarixdə pul ödənişlərinin köçürüldüyü aydın olur. X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 21.05.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla X9 X5 direktoru Q.Q.Sadıxov G.M.Hümbətova, P.N.Bəndərli və S.B.Hüseynovanın əmək müqavilələrinə xitam verilərkən Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələbinə uyğun olaraq son haqq-hesabın axrıncı iş günü ödənilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi üzrə təqsirli bilinərək 1.200 manat məbləğində cərimə edilmişdir. Lakin məhkəmə tədqiq olunmuş dəlilləri nəzərdən keçirib belə nəticəyə gəlir ki, şikayətçi Q.Q.Sadıxov tərəfindən vətəndaşlar H.M.Hümbətova, P.N.Bəndərli və S.B.Hüseynovaya son haqq-hesab 20 dekabr 2019-cu il tarixədək ödənilsə də, onların əmək müqaviləsinə 10 gün sonra, yəni 30 dekabr 2019-cu il tarixdə xitam verilmişdir. Belə ki, vətəndaşlar H.M.Hümbətovanın, P.N.Bəndərlinin və S.B.Hüseynovanın 10 günlük haqqhesabı onlara ödənilməmişdir. Həmçinin məhkəmə iclasında müəyyən edimişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsinə əsasən həmin Məcəllənin 192.4-cü maddəsinin dizpozisiyasında nəzərdə tutulan inzibati xəta davam edən xəta hesab olunur. Bununla da məhkəmə hesab edir ki, X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən 21.05.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olaraq qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin 21 may 2020-ci il tarixli, MN ******* saylı qərarı qanuni və əsaslı olduğundan Q.Q.Sadıxovun verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin 21 may 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar