Məhkəmə qərarları › İş №3(006)-809/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-809/2025

12.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-809/2025 12.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis kapitanı – X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Bakı şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsindən daxil olmuş 12 fevral 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 11 fevral 2025-ci il tarixdə Nəsimi DYPİ-nin həyətində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, həmin vaxt içkili olmuş, etdiyi əməllərin fərqində olmamışdır. Həmin gündən qabaq spirtli içki içmiş və onun təsiri altında olmuşdur. Onun hər hansı bir polisin işinə müdaxilə etmək fikri olmayıbdır. Sadəcə həmin vaxtı içkili olduğundan hərəkətlərini dərk etməmişdir. Etdiyi əmələ görə peşman olduğunu, bu əməlinə görə polis əməkdaşlarından üzr istədiyini bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Eyni zamanda, o, məhkəməyə ərizə ilə müraciət edərək hazırkı inzibati xəta haqqında işə müdafiəçinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis kapitanı – X6 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat təxminən 13:00 radələrində xidmətdə olduğu zaman 2 nəfər vətəndaş X1 və Şəxs inzibati otağına gələrək bildiriblər ki, xx.xx.2025-ci il tarixdə sərxoş halda “Ford Fusion” markalı **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə edərkən Nəsimi DYPŞ-nın YPX-nin inspektorları tərəfindən saxlanılaraq alkotestlər sərxoşluğu müəyyən edərək avtomobili duracağa təmin olunub. Vətəndaş Şəxs inzibati binanın həyətində qeyri-adekvat hərəklər edərək digər vətəndaşlara müdaxilə etmiş, mühafizə əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq saymazlıq etmişlər. Daha sonra onun xidməti otağına daxil olaraq yüksək tonla danışmış, onun iş fəaliyyətini pozmuşlar. Vətəndaşdan kəskin spirt iyi gəlmiş, daha sonra vətəndaş Şəxs Nəsimi rayon polis idarəsini ƏÇPA-nın əməkdaşlarına təhvil verilmişdir. ƏÇPA-nın əməkdaşları raportla müraciət edərək xx.xx.2025-ci il tarixdə, inzibati ərazidə xidmət aparakən təxminən saat 13:20 radələrində efir vasitəsi ilə Nəsimi Rayon Yol Polisi Şöbəsidən məlumat verilərək Nəsimi rayon DYP-nin inzibati binasına yaxınlaşılması bildirilmiş, köməklik məqsədi ilə onlar dərhal deyilən yerə yaxınlaşmış, özlərini təqdim etmiş və yüksək səs-küy salan iki nəfər şəxsin olduğunu görmüşlər. Onlar öz növbələrində hər iki şəxsi sakitçiliyə və nizam intizama dəvət etmiş və həmin şəxslərə buranın inzibati bina olması və DYŞ-nin əməkdaşlarının iş fəaliyyətinə maneəçilik yaratdıqlarını bildirmişlər. Həmin vətəndaşlardan kəskin spirtli içki qoxusu gəlmişdir. Daha sonra hər iki şəxsi dəvət edərək 20-ci PŞ-nin növbətçi hissəsinə gətirib təhvil vermişlər. Növbətçi hissədə məlum olmuşdur ki, həmin şəxslər xx.xx.1997-ci il təvəllüdlü X1, xx.xx.1996-cı il təvəllüdlü Şəxsdur. Şöbəyə təqdim olunmuş raportlar əsasında araşdırma ona həvalə olunmuş, Şəxs izahatı alınarkən törətdiyi əməli içkili olaraq törətdiyini, içkili olması ilə bağlı özünü idarə edə bilmədiyini, əməlindən peşman olmasını bildirmişdir. Araşdırma zamanı Şəxs törətdiyi xətalara görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair protokol tərtib olunmuşdur. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində tərtib olunmuş protokolun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin inzibati təcrübə üzrə inspektoru vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə, saat təxminən 13:00 radələrində xidmətdə olduğum zaman 2 nəfər vətəndaş X1 və Şəxs inzibati otağaa gələrək xx.xx.2025-ci il tarixdə sərxoş halda “Ford Fusion” markalı **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə etmişlər. Vətəndaş Şəxs inzibati binanın həyətində qeyri-adekvat hərəkətlər edərək digər vətəndaşlara müdaxilə etmişlər. Mühafizə əməkdaşı dəvət olunmuş, həmin şəxslər mühafizə əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq saymazlıq etmişlər. Daha sonra xidmət otaqda yüksək tonla danışmış, iş fəaliyyətini pozmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, inzibati ərazidə xidmət aparakən təxminən saat 13:20 radələrində Nəsimi Rayon Yol Polisindən efir vasitəsi ilə məlumat verilmişdir ki, Nəsimi rayon DYPİ-nin inzibati binasına yaxınlaşılması bildirilmişdir. Köməklik məqsədi ilə dərhal deyilən yerə yaxınlaşmışlar. Əvvəl özünü təqdim etmiş və yüksək səs küy salan iki nəfər şəxsin olduğunu görmüşlər. Hər iki şəxsi sakitçiliyə və nizam intizama dəvət etmiş və həmin şəxslərə buranın inzibati bina olması və DYPŞ-nin əməkdaşlarının iş fəaliyyətinə maneəçilik yaratdıqlarını bildirmişlər. Həmin şəxslər onların qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmiş, həmin vətəndaşlardan kəskin spirtli içki qoxusu gəlmişdir. Daha sonra hər iki şəxsi dəvət edərək 20-ci PŞ-nin növbətçi hissəsinə gətirib təhvil vermişlər. Növbətçi hissədə məlum olmuşdur ki, həmin şəxslər xx.xx.1997-ci il təvəllüdlü X1, xx.xx.1996-cı il təvəllüdlü Şəxsdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis kapitanı – X6 tərəfindən tərtib edilmiş 12 fevral 2025-ci il tarixli MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs 11 fevral 2025-ci il tarixdə Nəsimi DYPİ-nin həyətində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. İnzibati qaydada tutma haqqında 11 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 15:30-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, şahidin izahatı və iş materiallarında olan protokol, izahatlar və digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs 11 fevral 2025-ci il tarixdə polis əməkdaşlarının ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Şəxs əməlində yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini – yəni ictimai qayda əleyhinə olduğunu, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir və həbsetmənin əvvəli «11» fevral 2025-ci il, saat 15:30-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsdə saxlamanın əvvəli «11» fevral 2025-ci il, saat 15:30 tarixdən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar