Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-811/2022 17.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, X1 iştirakı ilə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş 15 fevral 2022-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 16 fevral 2022-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Nəsimi Rayon Polis İdarəsinin 22ci Polis Bölməsi tərəfindən tərtib edilmiş 15 fevral 2022-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 16 fevral 2022-ci il tarixli, EPQ ******* saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Nəsimi RPİ-nin 22-ci PB-nin polis sahə inspektoru Vüqar Rüstəmov tərəfindən onun barəsində 15.02.2022-ci il tarixində inzibati xəta haqqında protokol tərtib edilmiş və protokolda onun tərəfindən İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı (epideıniya əleyhinə rejimin, sanitarıyagigiyena və karantin rejiminin tələblərinin pozulması) törətdiyi qeyd edilmişdir. Lakin, protokolun törədildiyi əməlin təsviri və həmin faktın sübut edilməsi ilə bağlı hissəsi boşdur. İnzibati xətanın törədildiyi yer olaraq 28 Mall ticarət mərkəzi göstərilmişdir. Qeyd edir ki, o, 15 fevral tarixində bilet almaq məqsədilə 28 Mall Ticarət Mərkəzində yerləşən İticket satış ofisinə yaxınlaşmış, satış nümayəndəsi ondan mobil nömrəsini soruşmuş, nömrəni bir neçə dəfə təkrarlayandan sonra səsi eşidilmədiyi üçün qoruyucu maskanı azca aşağı endirərək, nömrəsini deməyə cəhd göstərmişdir. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq qoruyucu maskası olmadığına görə onu cərimə etdiklərini bildirmişlər. Halbuki polis əməkdaşları ona yaxınlaşan zaman belə onun maskasının ağzında olduğunu görmüşlər və o, vəziyyəti polislərə izah etmişdir. Belə ki, o, həmişə qayda-qanunlara əməl edən vətəndaş olmuş, pandemiya şəraitinin qaydalarına əməl etmiş, öz sağlamlığının və ətrafdakıların sağlamlığı üçün isə qoruyucu maskadan həmişə istifadə etmişdir. Bu barədə cərimənin mövcud olub-olmadığı onun qoruyucu maskadan istifadəsinə təsir göstərməmişdir. Hazırda isə qoruyucu maska istifadə etdiyi halda heç bir əsas olmadan inzibati xəta törətməkdə təqsirli bilinir. EXP1272001 nömrəli protokol əsasında Nəsimi RPİnin 22-ci PB-nin rəisi Zaur Əliyev tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və həmin qərara əsasən o, İXM-nin 211.1-ci maddəsinə əsasən 100 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, qeyd edilən qərar əsassızdır. Göründüyü kimi, protokolda qeyd edilmiş inzibati xəta tərkibli əməl onun tərəfindən törədilməmişdir. Göstərilənlərə əsasən onun Azərbaycan Respublikası İnzibati Xəlalar Məcəlləsinin 211.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 100 (yüz) manat məbləğində cərimə edilməsinə dair Nəsimi RPİ-nin 22-ci PB-nin 16 fevral 2022-ci il tarixli, EPQ ******* saylı qərarını ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi S.Ə.Məmmədov şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, o, bilet alarkən fərdi qoruyucu vasitədən istifadə etmiş halda idi, satıcı ondan mobil nömrəsini soruşduqda bir neçə dəfə təkrarlasa da sonuncu onun nömrəsini eşitməmiş və buna görə də o, məcbur qalıb fərdi qoruyucu vasitəsini ağız nahiyəsindən aşağı endirmişdir. Göstərilənləri nəzərə alaraq barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə şikayətçiyə və Nəsimi Rayon Polis İdarəsinin 22-ci PB-nə lazımi qaydada məlumat verilsə də, şikayətçi və Nəsimi RPİ-nin 22-ci PB-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə şikayətçinin və Nəsimi RPİnin 22-ci PB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan 15 fevral 2022-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, S.Ə.Məmmədov həmin tarixdə, saat 16:09 radələrində Nəsimi rayonu, 28 Mall Ticarət Mərkəzində olarkən polis əməkdaşları tərəfindən onun fərdi qoruyucu vasitədən istifadə etməməsi müəyyən edilmiş, nəticədə S.Ə.Məmmədovun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan 16 fevral 2022-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, S.Ə.Məmmədov Azərbaycan Respublikasının İXMnin 211.2-ci maddəsini törətməkdə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, S.Ə.Məmmədov 15 fevral 2022-ci il tarixdə 28 Mall Ticarət Mərkəzində bilet alarkən üzündə olan fərdi qoruyucu vasitədən düzgün istifadə etməməsi (karantin qaydasını pozması) aşkar edilmiş, onun barəsində həmin tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında 16 fevral 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək sonuncu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 100 manat məbləğində inzibati cərimə edilmişdir. Həmçinin məhkəmə iclasında şikayətçinin ərizəsindən və izahatından müəyyən edilmişdir ki, şikayətçi fərdi qoruyucu vasitədən düzgün istifadə etməməsini, yəni onun ağız nahiyəsindən aşağı salmasını bildirmişdir. Göründüyü kimi S.Ə.Məmmədov epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimləri dövründə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulması halına yol vermişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariyagigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə – fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş 15 fevral 2022-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 16 fevral 2022-ci il tarixli, EPQ ******* saylı qərarı qanuni və əsaslı olduğundan S.Ə.Məmmədovun verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş 15 fevral 2022-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 16 fevral 2022-ci il tarixli, EPQ ******* saylı qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-811/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-811/2022
17.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver