Məhkəmə qərarları › İş №3(006)-811/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-811/2023

22.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-811/2023 22.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, şikayətçi X3 nümayəndəsi X2 iştirakı ilə, X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsinin 23 yanvar 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 23 yanvar 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X7 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsi rəisinin 23 yanvar 2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” MN ******* nömrəli qanunsuz və əsassız Qərarı ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmişəm və 600 (altı yüz) manat cərimə olunmuşdur. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməyi və ona 600 (altı yüz) manat inzibati cərimə tətbiq olunması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsi rəisinin 23 yanvar 2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” MN ******* nömrəli Qərarı qanunsuz və əsassızdır, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsində əmək müfəttişi vəzifəsində işləyən X8 tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru kimi guya tərəfindən Azərbaycan Respublikası İnzibati Xatalar Məcəlləsinin 198.1.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyi barədə 10 yanvar 2023-cü il tarixdə qanunsuz və əsassız olaraq MN ******* nömrəli "İnzibati xəta haqqında protokol” tərtib edilmişdir. Həmin protokolun tərtibi barəsində toplanmış materiallardan görünür ki, X11 ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında xx.xx.2022-ci il tarixdə onun QSC-yə nəzarətçi vəzifəsinə qəbul edilməsi barədə 4 (dörd) ay müddətinə müddətli əmək müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin ikinci cümləsinin "bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən miiddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur” müddəası rəhbər tutularaq onunla bağlanmış əmək müqaviləsi iki dəfə əvvəl müəyyən olunmuş müddətə uzadılmışdır. X11 xx.xx.2022-ci il tarixdə baş satıcı vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi rəhbər tutularaq (tərəflərdən birinin təşəbbüsü) və X5 işdən azad edilməsi barədə xx.xx.2022-ci il tarixli ərizəsi əsas götürülərək onunla bağlanmış 14 yanvar 2022-ci il tarixli əmək müqaviləsi xx.xx.2022-ci il tarixdə ləğv edilmişdir. İstifadə edilməmiş 12 (on iki) günlük əmək məzuniyyətinə görə ona kompensasiya hesablanmaqla son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi,işçiyə ödənilməli əmək haqqı) sonuncu iş günü, yəni xx.xx.2022-ci il tarixdə işçinin hesabına keçirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsinin rəis müavini Fərid Bağırovun 05 dekabr 2022-ci il tarixli **********3 nömrəli məktubuna əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən X5 barəsində tələb olunan sənədlər, o cümlədən onun 2022-ci ilin oktyabr, noyabr, dekabr ayları üzrə işə davamiyyətini əks etdirən tabellər idarəyə təqdim edilmişdir. Həmin tabellərə əsasən X11 üçün 02 noyabr 2022-ci il tarixi istirahət günü olmuş, o, 03,04,05,06,07 noyabr 2022-ci il tarixlərdə gündə 07 saat olmaqla, cəmi həftə ərzində 35 saat işləmiş, 08,09,10 noyabr 2022-ci il tarixlərdə istirahət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsinin 9-cu abzasına və 2-ci hissəsinə görə, ”Zəfər Günü”(noyabrın 8-i) iş günü hesab edilməyən bayram günü olduğundan 07 noyabr 2022-ci il tarixdə X5 iş günü Azərbaycan Respublikası Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən bir saat qısaldılmadığı bəhanəsi əsas götürülərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsinin əmək müfəttişi X4 qənaətinə görə X9 münasibətdə “normal əmək və istirahət rejiminə riayət edilməmiş” və bununla da, guya tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsi ilə inzibati məsuliyyətin müəyyən edilməsi səbəbləri və həmin maddənin dispozisiyasının mahiyyətini nəzərə çatdırır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 215-ci maddəsinin dispozisivasında mülkiyyətçi və işəgötürənlər üçün təsbit edilən vəzifələrin “əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə pulsuz müalicəvi profilaktiki yeməklər, süd və ona bərabər tutulan digər məhsulların verilməsi” vəzifəsi istisna olmaqla, digər vəzifələrin icra edilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198-ci maddəsində, o cümlədən “normal əmək və istirahət rejiminə riayət edilməməsinə” görə Məcəllənin 198.1.5-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsinə görə mülkiyyətçi və işəgötürənlər tərəfindən normal əmək və istirahət rejiminə riayət edilməməsi əməyin mühafizəsi qaydalarının pozulması kimi qiymətləndirilir və bu əməl inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsinin dispozisiyası “normal əmək və istirahət rejiminə riayət edilməməsinə” kimi ifadə olunmuşdur. Qanunun məzmununa görə normal əmək-zərərli və təhlükəli istehsalat amillərinin işləyənlərə təsirinin istisna olunduğu və onların təsir səviyyəsinin müəyyən olunmuş normativlərdən artıq olmadığı əmək şəraitidir. Azərbaycan Respublikasında əmək müqaviləsi ilə işləyənlərin normal əmək və istirahət rejimi Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 37-ci maddəsinin İİ hissəsinə görə, əmək müqaviləsi ilə işləyənlərə qanımla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü. istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 89-cu maddəsinin 2-ci hissəsinə görə, gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. Həmin Məcəllənin 89-cu maddəsinin 3-cü hissəsinə görə, gündəlik normal iş vaxtına ııyğıın olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. İnzibati xəta təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər inzibati xəta əməl larindən, o cümlədən başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, inzibati xəta tərkibi ictimai təhlükəli əməli konkret inzibati xəta kimi xarakterizə edən inzibati xəta qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. İnzibati xəta tərkibinin əlamətləri İnzibati Xətalar Məcəlləsinin inzibati-hüquqi qadağaları müəyyənləşdirən Xüsusi hissəsində formalaşdırılır. Lakin, inzibati xəta tərkibinin əlamətlərinə dair göstərişlər ümumi hissədədə verilir və bunlara bütün inzibati xəta tərkibləri üçün eyni və bir çoxları üçün ümumi olan əlamətlər aiddir. İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsində inzibati xətanın obyektinin növlərindən, 13-14-cü maddələrində subyektiv tərəfin əlamətlərindən və 16-18ci maddələrində inzibati xətanın subyetlərindən bəhs olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə müvafiq olaraq həmin Məcəllənin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati Xətalar Məcəlləsinin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər, 17-ci maddəsinə görə vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə, 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar.İnzibati Xətalar Məcəlləsinin 12.1ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsində əmək müfəttişi vəzifəsində işləyən X8 tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru kimi guya tərəfimdən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsi ilə inzibati xəta törətməyi barədə 10 yanvar 2023-cü il tarixdə qnunsuz və əsassız olaraq tərtib edilmiş MN ******* nömrəli “İnzibati xəta haqqında” protokolda inzibat xətanın mahiyyətini göstərə bilməmiş, protokolun tərtibinə qanuni don geyindirmək məqsədi ilə “X1 iş gönü hesab edilməyən bayram günü qabağı iş gününün müddəti bir saat qısaldılmayaraq Əmək Məcəlləsinin 108-ci maddəsinin tələbləri pozularaq normal əmək və istirahət rejiminə riayət edilməmişdir” kimi ümumi ifadələri protokola daxil etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsinin rəis müavini Fərid Bağırovun 30 dekabr 2022-ci il tarixli **********7 nömrəli məktubuna əsasən etibarnamə üzrə səlahiyyətli nümayəndəm "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin hüquqşünası vəzifəsində işləyən X6 10 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsində əmək müfəttişi vəzifəsində işləyən X4 qəbulunda olmuş, M.Həsənlinin qanunsuz və əsassız olaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsi ilə tərtib etdiyi 10 yanvar 2023-cü il tarixli MN ******* nömrəli “İnzibati xəta haqqında” protokola aşağıdakı məzmunda yazılı etirazını bildirməklə izahat bildirmişdir: ”Protokol tam qanunsuz və əsassız tərtib edilmiş, İXM-nin 198.1.5-ci maddəsinin dispozisiyası normal əmək və istirahət rejiminə riayət edilməməsini təsbit edir. ”AZZA” QSC-nin baş direktoru tərəfindən X9 münasibətdə normal əmək və istirahət rejimi pozulmamışdır.” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsində əmək müfəttişi vəzifəsində işləyən X8 tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin əaş direktoru kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsi ilə inzibati xəta törətməyi barədə xx.xx.2023-cü il tarixdə qanunsuz və əsassız olaraq tərtib edilmiş MN ******* nömrəli “İnzibati xəta haqqında” protokolda inzibati xətanın mahiyyəti göstərilməməklə, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməməklə və bu barədə protokolda müvafiq qeyd aparılmamaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.4, 100.2-ci maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 may 2019-cu il tarixli Qərarının 2-ci bəndində göstərilir: İnzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsində baş əmək müfəttişi əzifəsində işləyən X8 tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru kimi guya tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyi barədə qanunsuz və əsassız olaraq tərtib edilmiş 10 yanvar 2023-ci il tarixli “İnzibati xəta haqqında protokolun “müəyyən edildi” hissəsində: “X1 iş günü hesab edilməyən bayram günü qabağı iş gününün müddəti bir saat qısaldılmayaraq Əmək Məcəlləsinin 108-ci maddəsinin tələbləri pozularaq normal əmək və istirahət rejiminə riayət edilməmişdir” göstərilmiş, həmin maddə ilə nəzərdə tutulan inzibati xəta tərkibinin yaranması üçün obyektiv cəhətin zəruri əlaməti olan “normal əmək və istirahət rejiminə riayət edilməməsi” ilə bağlı tərəfimdən qanun pozuntularına yol verilməsi halları aşkar edilməmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsində baş əmək müfəttişi vəzifəsində işləyən X8 tərəfindən X5 şikayət ərizəsi üzrə araşdırma aparılarkən onun normal əmək və istirahət rejiminə riayət edilməməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin yaranması üçün obyektiv cəhətin zəruri əlaməti olan “normal əmək və istirahət rejiminə riayət edilməməsi” ilə bağlı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru kimi tərəfimdən qanun pozuntularına yol verilməsi halları aşkar edilməməsinə baxmayaraq həmin maddə ilə inzibati xətanı törətməyi ilə əlaqədar barəsində qanunsuz və əsassız olaraq 10 yanvar 2023-ci il tarixli “İnzibati xəta haqqında protokol” tərtib edilmiş və həmin protokola əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsi rəisinin 23 yanvar 2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” MN ******* nömrəli Qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsi ilə "İnzibati məsuliyyətə cəlb edilərək 600 (altı yüz) manat cərimə edilməyi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsi rəisinin 23 yanvar 2023-cü il tarixli “inzibati tənbeh vermə haqqında” MN ******* nömrəli Qərarını 27 yanvar 2023-cü tarixdə poçt rabitəsi xidməti vasitəsi ilə əldə etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsində baş əmək müfəttişi əzifəsində işləyən X8 tərəfindən X5 şikayət ərizəsi üzrə araşdırma aparılarkən onunla əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsində nəzərdə tutulan nzibati xəta tərkibinin yaranması üçün obyektiv cəhətin zəruri əlaməti olan “normal əmək və istirahət rejiminə riayət edilməməsi” ilə bağlı əməlimdə inzibati xəta tərkibi olmadığı halda, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 600 (altı yüz) manat cərimə edilməyi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsi rəisinin 23 yanvar 2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” MN ******* nömrəli Qərarının qanunsuz və əsassız olması nəzərə alınıb, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Odur ki, qeyd olunanların nəzərə alınaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 23 yanvar 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsinə lazımi qaydada məlumat verilsə də, qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X7 şikayətdə göstərilənlərə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsinin İnzibati xəta haqqında MN ******* nömrəli, 10 yanvar 2023-cü il tarixli protokolun və MN ******* nömrəli, 23 yanvar 2023-cü il tarixli qərarın surətlərindən görünür ki, X11 iş günü hesab edilməyən bayram günləri qabağı iş gününün müddəti bir saat qısaldılmayaraq Əmək Məcəlləsinin 108-ci maddəsinin tələbləri pozularaq normal əmək və istirahət rejiminə riayət edilmədiyinə görə, X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 600 (altı yüz) manat məbləğində cərimə olunmuşdur. Maddə 198. Əməyin mühafizəsi qaydalarının pozulması 198.1. Əməyin mühafizəsi qaydalarının pozulmasına, yəni: 198.1.1. əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməməsinə; 198.1.2. binaların, qurğuların, avadanlığın və texnoloji proseslərin təhlükəsizliyinə riayət edilməməsinə; 198.1.3. bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmamasına; 198.1.4. işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktika xidmətinin təşkil edilməməsinə; 198.1.5. normal əmək və istirahət rejiminə riayət edilməməsinə; 198.1.6. işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməməsinə; 198.1.7. işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkilinin və əməyin mühafizəsinin təbliğinin təmin edilməməsinə; 198.1.8. kollektiv müqaviləyə əməyin mühafizəsi üzrə qaydaların daxil edilməməsinə; 198.1.9. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddətdə və formada əməyin mühafizəsi, əmək şəraiti və onların qüvvədə olan normalara uyğunlaşdırılması üçün görülən tədbirlərin nəticələri haqqında statistik hesabatın verilməməsinə; 198.1.10. maşın və avadanlıqların fırlanan və ötürücü hissələrinin istehsalçı tərəfindən təchiz edilmiş mühafizə qurğuları olmadan istismar edilməsinə görə beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsinə əsasən, əməyin mühafizəsi qaydalarının pozulmasına, yəni normal əmək və istirahət rejiminə riayət edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 103-cü maddəsi: Maddə 103. İstirahət və nahar üçün fasilə

1. İş günü (növbəsi) ərzində işçilərə istirahət və nahar etmək üçün fasilə verilməlidir.

2. Fasilənin verilməsi vaxtı və davamiyyəti müəssisədaxili intizam qaydaları, növbə cədvəlləri və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir.

3. Əmək şəraitinin xarakterinə görə işi dayandırmaqla fasilənin vaxtını və davamiyyətini müəyyən etmək mümkün olmadıqda, işəgötürən işçiyə nahar etməyə şərait yaratmalıdır.

4. İşçinin bir iş günü ilə növbəti iş günü arasındakı gündəlik istirahət vaxtı azı 12 saat olmalıdır. Növbəli iş vaxtı rejimində işçilərin istirahət vaxtının müddəti müvafiq növbə cədvəlləri ilə tənzimlənir.

5. İstirahət və nahar fasilələrinin müddəti iş vaxtına daxil edilmir. İstirahət və nahar fasilələrindən işçi öz mülahizəsi ilə istədiyi kimi istifadə edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 104-cü maddəsi: Maddə 104. İstirahət günləri

1. Hər bir işçiyə həftələrarası fasiləsiz istirahət günlərindən istifadə etməyə şərait yaradılmalıdır. Həftələrarası istirahət günlərinin sayı beşgünlük iş həftəsində iki gün, altıgünlük iş həftəsində isə bir gün olmalıdır.

2. İş vaxtının cəmlənmiş uçotu zamanı istirahət günləri, həmkarlar ittifaqları təşkilatı ilə razılaşdırılmış növbə cədvəlinə uyğun olaraq verilir. Həmkarlar ittifaqları təşkilatı olmayan iş yerlərində isə bu qayda əmək müqaviləsi ilə tənzimlənir.

3. Hər dəfə qan və ya qan komponentlərini pulsuz (əvəzsiz) verən donorlara orta əməkhaqqı saxlanılmaqla əlavə istirahət günü verilir. Həmin istirahət günü donorun arzusu ilə onun illik məzuniyyətinə əlavə edilə və ya il ərzində istənilən vaxtda istifadə edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 108-ci maddəsi: Maddə 108. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı günlərdə iş gününün müddəti

1. Bu Məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olunmaqla, qalan iş yerlərində səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır.

2. Altıgünlük iş həftəsi ilə işləyən müəssisələrdə bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti 6 saatdan çox ola bilməz. Göründüyü kimi Qanunun məzmununa görə normal əmək-zərərli və təhlükəli istehsalat amillərinin işləyənlərə təsirinin istisna olunduğu və onların təsir səviyyəsinin müəyyən olunmuş normativlərdən artıq olmadığı əmək şəraitidir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİİ hissəsinə görə, heç kəs törədildiyi zaman hüquq pozuntusu sayılmayan əmələ görə məsuliyyət daşımır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsinin dispozisiyasının məzmununa əsasən “normal əmək və istirahət rejiminə riayət edilməməsinə” görə işəgötürənlərin normal əmək rejiminə və istirahət rejiminə eyni zamanda riayət etməmələri nəzərdə tutulmuşdur. İş materialları ilə istirahət rejiminə əməl edilməməsi öz təsdiqini tapsa da, normal əmək rejiminə hansı formada əməl edilməməsi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab edilir. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 128.1-ci maddəsinin tələbinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Beləliklə, məhkəmə işin hallarını tam və hərtərəfli araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, X7 tərəfindən normal əmək rejiminə hansı formada əməl edilməməsi müəyyən edilmədiyindən şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 23 yanvar 2023-cü il tarixli, MN ******* nömrəli qərar ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə r a r a a l d ı:

X3 şikayəti qismən təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 23 yanvar 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana qaytarılsın. Qalan hissədə şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar