Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-814/2023 13.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti aparatının baş məsləhətçisi Şəxs tərəfindən "xxxx" MMC-yə aid Bakı şəhəri, Nəsimi rayonu, Ak.Həsən Əliyev, Novruzov Qardaşları, Sabit Rəhman və Mərdanov Qardaşları küçələrini əhatə edən məhəllədə inşa edilmiş binaların istismarına icazə verilsə də, bununla əlaqədar sənəd və məlumatlar qanunla müəyyən edilmiş vaxtda Tikintilərin Dövlət Reyestrinə təqdim edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində icraat aparılan şəxsə və inzibati xəta haqqında protokolu tərtib etmiş quruma müvafiq qaydada bildirişlər göndərilsə də, onlar məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - xx.xx.2022-ci il tarixli, 08 saylı tikinti obyektinin istismarına icazə sənədinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Ak.Həsən Əliyev, Novruzov Qardaşları, Sabit Rəhman və Mərdanov Qardaşları küçələrini əhatə edən məhəllədə "xxxx" MMC tərəfindən inşa edilən 07 ədəd 01 girişli, 5, 5, 6, 7, 8, 10 və 11 mərtəbəli yaşayış binalarının və 3 səviyyəli avtodayanacağın istismarına həmin tarixdən icazə verilmişdir; - “Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən rayonun ərazisində istismarına icazə verilən, lakin sənəd və məlumatların Tikintilərin Dövlət reyestrinə təqdim edilməyən tikinti obyektləri barədə” xx.xx.2023-cü il tarixli akta görə istismarına icazə verilən bu obyektlər barədə sənəd və məlumatlar Tikintilərin Dövlət reyestrinə daxil edilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qanunla müəyyən edilmiş müddətdə təqdim edilməli olduğu halda, bu günədək təqdim edilməmişdir; - Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısı Aparatının xx.xx.2023-cü il tarixli, 5-15/2-1-89/2023 saylı məktubunda qeyd olunur ki, 2020-ci ilin mart ayından hazırki dövrədək sənəd və digər məlumatların Tikintilərin dövlət reyestrinə təqdim edilməsi üzrə məsul şəxs Aparatın Rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Şəxs təyin edilmişdir; - Şəxs izahatında göstərir ki, iş qrafikinin yüklüyünün çox olmasına görə aktda qeyd olunan obyektlər barədə sənəd və məlumatları Tikintilərin Dövlət Reyestrinə xx.xx.2023-cü il tarixədək təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75.14-cü maddəsinə görə tikintiyə icazə verən müvafiq icra hakimiyyəti orqanı (qurum) icazədə nəzərdə tutulmuş məlumatları 3 iş günü müddətində vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan Tikintilərin Dövlət Reyestrinə təqdim edir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət Reyestrinin internet saytında yerləşdirilir. Bu Məcəllənin 104.1-ci maddəsinə əsasən tikintilərin Dövlət reyestrinin məqsədi tikilən, istismar edilən və sökülən tikinti obyektlərinin, habelə bu Məcəllənin 35-ci maddəsində nəzərdə tutulmuş qadağaların və məhdudiyyətlərin qeydiyyatını aparmaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsi tikilən, istismar edilən və sökülən tikinti obyektləri, habelə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikinti obyektlərinə tətbiq edilən qadağalar və məhdudiyyətlər barədə məlumatların Tikintilərin Dövlət Reyestrinə qanunla müəyyən edilmiş müddətə göndərilməməsinə və təqdim edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Həmin Məcəllənin 17-ci maddəsinin “Qeyd” hissəsində göstərilir ki, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Beləliklə, məhkəmədə müəyyən olunur ki, "xxxx" MMC-yə aid Bakı şəhəri, Nəsimi rayonu, Ak.Həsən Əliyev, Novruzov Qardaşları, Sabit Rəhman və Mərdanov Qardaşları küçələrini əhatə edən məhəllədə inşa edilmiş 07 ədəd 01 girişli, 5, 5, 6, 7, 8, 10 və 11 mərtəbəli yaşayış binalarının və 3 səviyyəli avtodayanacağın istismarına Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2022-ci il tarixdən icazə verilsə də, Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin məsul vəzifəli şəxsi Şəxs bununla bağlı sənəd və məlumatları 03 iş günü müddətində Tikintilərin Dövlət Reyestrinə təqdim etməmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Qeyd olunan Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bu Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, habelə iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-814/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-814/2023
13.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver