Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-817/2022 01.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Nəsimi RPİ-nin 20-ci PB-nin sahə inspektoru X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, 16 avqust 1984-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, himayəsində 2 yetkinlik yaşına çatmayan uşağı olan, Samux rayonu, Sərkar ərazi dairəsi, Sərkar kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, 24 dekabr 2021-ci il tarixdə vətəndaş Zərərçəkmiş şəxs DİN-nin 102 xidmətinə və Nəsimi RPİ-nin 20ci PB-nə müraciət edərək bildirmişdir ki, 07 oktyabr 2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən yolun kənarında Şəxs adlı şəxsə özünə məxsus 430 AZN pul vəsaitini əlbəəl plastik qapı düzəltdirmək məqsədilə versə də, sonuncu vədinə əməl etməyərək onu aldatçmış və həmin məbləği dələduzluq yolu ilə ələ keçirmişdir. Faktla bağlı zərərçəkmiş şəxs müraciəti əsasında Nəsimi RPİ-nin 20-ci PB-də təhqiqatçı tərəfindən müvafiq araşdırma aparılmışdır. Təhqiqatçının qəbul etdiyi 03 yanvar 2022-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda törədilmiş əməldə inzibati xəta tərkibi olduğu üçün qəbul edilmiş qərarın surəti Nəsimi RPİ-nin 20-ci PB-nin aidiyyati əməkdaşına verilmişdir. Həmin polis şöbəsinin sahə inspektoru tərəfindən müvafiq inzibati araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inizbati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Nəsimi RPİ-nin 20-ci PB-nin sahə inspektoru A.R.Bayramov bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Zərərçəkmiş şəxs vurulmuş ziyan ödənilməmişdir və sonuncu Şəxs şikayətçidir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2021-ci ilin oktyabr ayında tanış olmuşdur. Sonuncu ilə arasında müqavilə bağlanılmış və həmin müqaviləyə görə o, plastik qapı düzəldib Zərərçəkmiş şəxs verməli idi. İlkin olaraq o, sonuncudan hazırlanacaq qapıların behi üçün 430 manat almışdır. Lakin o, pulu aldıqdan sonra heç bir iş görməmişdir. O, Zərərçəkmiş şəxs ona verdiyi pulu qaytarmaq istəsə də sonuncu bundan imtina etmiş və təzminat olaraq ondan əlavə 1.200 manat məbləğində pul istəmişdir. Bundan başqa o, bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə telefonla əlaqə saxlayaraq ona elektron ödəniş edə biləcəyini demiş və sonuncudan bank kartının şəklini istəmişdir, lakin Zərərçəkmiş şəxs ilk əvvəl kartını atsa da sonradan şəklini silmişdir. Buna görə də o, Zərərçəkmiş şəxs pulunu qaytara bilməmişdir. Onun ilk əvvəl ümumiyyətlə pulu alıb işləri görməmək niyyəti olmamışdır. Hazırda pulu ödəməyə hazırdır. Həmçinin, o, ailəlidir və himayəsində iki yetkinlik yaşına çatmayan övladı var. Göstərilənləri nəzərə alaraq barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən vəkil Z.E.Hüseynov bildirmişdir ki, zərərçəkmiş şəxsə pulunun qaytarılması təklif olunsa da o, pulunu geri götürmək istəmir və bunun müqabilində 1.200 manat kompensasiya tələb edir. Halbuki, hüquqlarını müdafiə etdiyi şəxs Şəxsla Zərərçəkmiş şəxs arasında müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən Şəxs pul müqabilində plastik qapı düzəldib Zərərçəkmiş şəxs verməli idi. Belə ki, Şəxs dələduzluq yolu ilə özgəsinin əmlakını talamaq niyyəti olmamışdır. Sonuncunun talamaq niyyəti olsa idi, Zərərçəkmiş şəxs ona vermiş olduğu pulu qaytarmaq kimi bir hərəkəti olmazdı. Göründüyü kimi, Şəxs əməlində heç bir inzibati xəta hadisəsi yoxdur. Şəxsla Zərərçəkmiş şəxs arasında olan münasibətlər tamamilə mülki xarakterli münasibətlərdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, ona 430 manatdan artıq ziyan dəymişdir. Belə ki, o, Şəxs plastik qapı və pəncərə sifarişi vermiş, həmin sifarişə görə 2021-ci ilin noyabr ayında ona 430 manat pul ödəmişdir. Onların razılaşmasına əsasən Şəxs ona 10 ya da 12 günə həmin sifarişi çatdırmalı idi. Daha sonra o, Şəxs zəng vurduqda sonuncu Gəncə şəhərində problemi olduğu üçün ora getdiyini bildirmişdir. Sonra Şəxs Gəncə də problemlərinin artdığını Bakıya gələn kimi sifarişləri ona verəcəyini bildirmişdir. Sonradan o, Şəxs zəng etsə də, nə sonuncuya nədə ki, onun qardaşına zəng çatmamışdır. Onların arasında akt olmuş və hər iki tərəf həmin aktı imzalamışdır. Sonradan o, Şəxsla əlaqə saxlaya bilmiş, sonuncu malın qiyməti qalxdığı üçün işi yekunlaşdıra bilmədiyini bildirmişdir. O, isə dərhal pulunu geri qaytardığını tələb etmiş bu zaman Şəxs ondan elektron kartının şəklini atmağı xahiş etmiş, həmçinin demiş ki, hissə-hissə olsada odəyəcəkdir. O, dərhal elektron kartının şəklini Şəxs göndərmiş və sonra yadına düşmüş ki, sonuncu ona hissə-hissə ödəyəcəyini də bildirmiş və bundan sonra dərhal elektron kartının şəklini silmişdir. O, Şəxs şikayətçidir və ona dəymiş ziyanın ödənilməsini tələb edir. Göstərilən halları nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 03 yanvar 2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün Nəsimi RPİ-nin 20-ci PB-yə həvalə edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs tanışı Şəxs qapı-pəncərə düzəlilməsi işiylə məşğul olmasını bilib, sonuncu ilə arasında müqavilə bağlamış, beh olaraq Şəxs 430 manat pul ödəniş etmiş, həmin müqaviləyə görə Şəxs 10- 12 gün müddət ərzində Zərərçəkmiş şəxs verdiyi sifarişləri tamamlamalı və sonuncuya təhvil verməli idi. Lakin Şəxs razılaşmış müddət ərzində sifarişləri tamamlamamış və verdiyi pulu Zərərçəkmiş şəxs qaytarmamışdır. Daha sonra Şəxs Zərərçəkmiş şəxs beh olaraq aldığı 430 manatı qaytarmağı sonuncuya təklif etsə də Zərərçəkmiş şəxs həmin pulu hissə-hissə almağı qəbul etməmiş və onu yubatdığı üçün Şəxs 430 manat puldan əlavə olaraq 1.200 manat məbləğində təzminat tələb etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, bu müddət ərzində Şəxs dəfələrlə Zərərçəkmiş şəxs ilə əlaqə saxlayıb aldığı pulu hissə-hissədə geri ödəmək istəmiş, sonuncu qətiyyətlə pulu almaqdan imtina etmiş və ondan kompensasiya tələb etmişdir. Bundan başqa, Şəxs Zərərçəkmiş şəxs aldığı 430 manatı qaytarmaq məqsədi ilə bank kartının şəklinin ona göndərməyini istəmiş, Zərərçəkmiş şəxs ona bank kartının şəklini göndərsə də dərhal həmin şəkli silmişdir. Beləliklə məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs ilə Şəxs arasında yaranmış münasibətlər müqavilədən irəli gələn öhdəliklərdən əmələ gəlmiş və Şəxs müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Həmçinin Şəxs və Zərərçəkmiş şəxs izahatlarından da göründüyü kimi, Zərərçəkmiş şəxs və Şəxs arasında yaranmış münasibətlər mülki xarakterli münasibətlərdir. Şəxs ümumiyyətlə dələduzluq yolu ilə özgəsinin əmlakını talamaq niyyəti olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər çıxış edir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında əsasən müəyyən edilir ki, hazırda barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs təqsirliliyi sübuta yetirilməmişdir. Belə ki, Şəxs əməlində inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 elementdən biri olan subyektiv cəhət (göstərilən halda üzrsüz səbəb və ya qərəzlilik) yoxdur. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olanhakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 48-51, 53, 53.2, 114-117, 128-130 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-817/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-817/2022
01.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver