Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-818/2023 16.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən "xxxx" şirkəti MMC ("xxxx" MMC-yə) Azadlıq prospekti, S.Zeynalov, R.Axundov, M.Qaşqay küçələrinin kəsişməsində yaşayış binalarının istismarına icazə verilmiş, lakin reyestrə daxil edilməsi üçün Komitəyə təqdim edilməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi E.T.Məmmədov inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, iş qrafikinin gərgin olması səbəbindən sənədlərin aidiyyəti üzrə təqdim edilməsi mümkün olmamışdır. Buna görə də yaşayış binalarının istismarına icazədə nəzərdə tutulmuş sənəd və məlumatları 5 (beş) gün müddətində Tikintilərin Dövlət reyestrinə təqdim edilməmişdir. Göstərilənləri nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Nəsimi Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Şəxs Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 103.2-ci maddəsinin tələblərini pozaraq, "xxxx" MMCyə ("xxxx" MMC) məxsus Azadlıq prospekti, S.Zeynalov, R.Axundov, M.Qaşqay küçələrinin kəsişməsində yerləşən yaşayış binalarının istismarına icazədə nəzərdə tutulmuş sənəd və məlumatları 5 (beş) gün müddətində Tikintilərin Dövlət reyestrinə təqdim etməmiş və bununla da Azərbaycan Respublikasının İXM-nin 394-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 07 saylı tikinti obyektinin istismarına icazə sənədinə əsasən Azadlıq prospekti, S.Zeynalov, R.Axundov, M.Qaşqay küçələrinin kəsişməsində "xxxx" MMC ("xxxx" MMC) tərəfindən inşa edilmiş 1 ədəd 2 girişli 16 (+antresollu+1 səviyyəli zirzəmili + kürsü + texniki mərtəbə) mərtəbəli və 1 ədəd 1 girişli 16 (+1 səviyyəli zirzəmili + kürsü + texnıkı mərtəbə) mərtəbəli yaşayış binalarının istismarına həmin tarixdən icazə verilmişdir. İş materiallarında olan “Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən rayonun ərazisində istismarına icazə verilən, lakin sənəd və məlumatların Tikintilərin Dövlət reyestrinə təqdim edilməyən tikinti obyektləri barədə” xx.xx.2023-cü il tarixli aktdan görünür ki, istismarına icazə verilən bu obyektlər barədə sənəd və məlumatlar Tikintilərin Dövlət reyestrinə daxil edilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qanunla müəyyən edilmiş müddətdə təqdim edilməli olduğu halda, bu günədək təqdim edilməmişdir. İş materiallarında olan Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısı Aparatının xx.xx.2023-cü il tarixli, 5-15/2-1-89/2023 saylı məktubun surətindən görünür ki, 2020-ci ilin mart ayından hazırki dövrədək sənəd və digər məlumatların Tikintilərin dövlət reyestrinə təqdim edilməsi üzrə məsul şəxs Aparatın Rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Şəxs təyin edilmişdir. İş materiallarında olan Şəxs izahatının surətindən görünür ki, iş qrafikinin yüklüyünün çox olmasına görə aktda qeyd olunan obyektlər barədə sənəd və məlumatları Tikintilərin Dövlət Reyestrinə xx.xx.2023-cü il tarixədək təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Azadlıq prospekti, S.Zeynalov, R.Axundov, M.Qaşqay küçələrinin kəsişməsində "xxxx" MMC ("xxxx" MMC) tərəfindən inşa edilmiş 1 ədəd 2 girişli 16 (+antresollu+1 səviyyəli zirzəmili + kürsü + texniki mərtəbə) mərtəbəli və 1 ədəd 1 girişli 16 (+1 səviyyəli zirzəmili + kürsü + texnıkı mərtəbə) mərtəbəli yaşayış binalarının istismarına Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2022-ci il tarixdən icazə verilsə də, Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin məsul vəzifəli şəxsi Şəxs bununla bağlı sənəd və məlumatları 3 iş günü müddətində Tikintilərin Dövlət Reyestrinə təqdim etməmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75.14-cü maddəsinə görə tikintiyə icazə verən müvafiq icra hakimiyyəti orqanı (qurum) icazədə nəzərdə tutulmuş məlumatları 3 iş günü müddətində vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan Tikintilərin Dövlət Reyestrinə təqdim edir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət Reyestrinin internet saytında yerləşdirilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən tikintiyə icazə verən müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tikinti obyektinin istismarına icazədə nəzərdə tutulmuş məlumatları 5 gün müddətində Tikintilərin Dövlət reyestrinə təqdim edir. Bu məlumatlar ən geci 3 iş günü ərzində Tikintilərin Dövlət reyestrinin rəsmi internet səhifəsində yerləşdirilir. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən tikintilərin Dövlət reyestrinin məqsədi tikilən, istismar edilən və sökülən tikinti obyektlərinin, habelə bu Məcəllənin 35-ci maddəsində nəzərdə tutulmuş qadağaların və məhdudiyyətlərin qeydiyyatını aparmaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsinə əsasən tikilən, istismar edilən və sökülən tikinti obyektləri, habelə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikinti obyektlərinə tətbiq edilən qadağalar və məhdudiyyətlər barədə məlumatların Tikintilərin Dövlət Reyestrinə qanunla müəyyən edilmiş müddətə göndərilməməsinə və təqdim edilməməsinə görə - vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 17-ci maddəsinin “Qeyd” hissəsində göstərilir ki, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Qeyd olunan Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32 və 33-cü maddələrinə əsasən Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-818/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-818/2023
16.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver