Məhkəmə qərarları › İş №3(006)-819/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-819/2022

17.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-819/2022 17.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Bakı Nəqliyyat Agentliyinin 20.12.2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Nəqliyyat Agentliyinin 20.12.2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarının qanunsuz hesab edilərək ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, BNA onu qanunsuz cərimə etmişdir. Avtomobilin nasazlığı və onun səhhətilə ilə bağlı avtomobili kənarda saxlamışdır. Avtomobilin içərisində ola-ola onu cərimələmişlər. Avtomobilin mühərrikində problem olmuş və bu səbəbdən həmin avtomobili saxlamışdır. Hətta həmin vaxt yolu da kəsmişdir. Qeyd olunanları nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməyi ilə bağlı 20 dekabr 2021-ci il tarixli qərarı qanunsuz olduğundan ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq şikayətçi X2 və barəsində şikayət verilən orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə şikayətçinin və barəsində şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş 20.12.2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 “BMW 3201 Minik” markalı, **-TK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 20.12.2021-ci il tarixdə yol hərəkəti qaydalarını pozduğu üçün barəsində İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və 20 manat məbləğində inzibati qatdada cərimə edilmişdir. Məhkəməyə təqdim edilmiş fotoşəkildən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ərazisində yol nişanının tələbi “BMW 3201 Minik” markalı, **-TK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəfindən pozulmuşdur. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X2 “BMW 3201 Minik” markalı, **-TK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 20.12.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ərazisində yol hərəkəti qaydalarını pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi təqsirli bilinmiş və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 20 manat məbləğində cərimə edilmişdir. Məhkəmə hesab edir ki, X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və inzibati xəta haqqında iş üzrə qəbul edilmiş 20.12.2021-ci il tarixli, BNA ******* saylı qərar qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Bakı Nəqliyyat Agentliyinin 20.12.2021-ci il tarixli, BNA ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar